İcra başçısını öldürtmək istəyən bu dövlətdir - Şok açıqlama
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd planının ifşa olunması ölkə gündəmini dəyişdirib.
Daha öncə də xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti (DTX) Lənkəranın icra başçısını öldürmək istəyən şəxsi saxlayıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.
Məsələ ilə bağlı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial media hesabında bununla bağlı açıqlama yazıb. O hesab edir ki, bu planın da arxasında dayanan İrandır.
Yenisabah.az Musavat.com-a istinadla həmin açıqlamanı təqdim edir:
İran dayanmır! Yenə də İcra Başçısı öldürtmək istəyib!
Deputat Fazil Mustafaya sui-qəsd sifarişinin ifşa olunmasından heç bir nəticə çıxartmayıb. Gəncənin icra başçısına qarşı planlaşdırdıqlarını bu dəfə Lənkəranda etmək istəyiblər. DTX önlərini kəsməsə idi, bunu edəcəkdilər.
Burada iki məqama diqqət edin:
1. Əyləmi "Yunis Səfərovun qisasını almaq" motivi ilə planlayıblar;
2. Təşkilatçı öncədən Livanda erməni lobbisi ilə görüş planlaşdırıbmış. Bu da İran və Ermənistan kəşfiyyatlarının birgə fəaliyyətinə şübhə yaradır.
Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərov kimdir? İranın, konkret olaraq general Qasım Süleymaninin qurduğu "Qüds" silahlı birləşməsinin əlamanlarından biri, İran xüsusi xidmətinin agenti!
Bu iş onu göstərir ki, İran ölkəmizdə təxribat törətmək, aranı qarışdırmaq niyyətindən əl çəkməyib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 2953 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunÇörək almağa gedən gənc qız itkin düşdü
Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki
30 iyunGəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru
29 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyun