Konsertində terror törədilən "Piknik" qrupu haqda MARAQLI FAKTLAR

Konsertində terror törədilən "Piknik" qrupu haqda MARAQLI FAKTLARXəbər verdiyimiz kimi, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" ticarət mərkəzində faciə olub.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, maskalı şəxslər içəridə olanlara atəş açıb, yanğın törədiblər. Həmin terror aktında 82 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, hadisə "Piknik" adlı rok qrupunun konsertində baş verib. Konsertin başlamasına bir neçə dəqiqə qalmış atəş səsləri eşidilməyə başlayıb, musiqiçilər qrim otağında olduqları üçün zərər çəkməyiblər.

Bəs nə üçün məhz bu qrupun konsertində qətliam törədildi? Bunun hansısa siyasi çalarları var? Qrupun fəaliyyətinə nəzərə salsaq şübhələnməyə əsas var.

Lent.az "Piknik" qrupu barədə məlumatı təqdim edir.

"Piknik"əsası 1978-ci ildə qoyulmuş məşhur sovet və rus rok qrupudur. Qrup üzvləri peşəkar və tamhüquqlu qrupun 1981-ci ildə Edmund Şklyarskinin qrupa rəhbərlik etdiyi zaman yarandığını düşünürlər.

2016-cı ildə sənətçilər Krıma, Sevastopol şəhərinə "Xilas gəmisi" veloşousuna gedərək, jurnalistlərə sanksiyalara əhəmiyyət vermədiklərini bildiriblər.

"Piknik qrupu mövcud olana qədər yeddi baş katib dəyişib. Biz Brejnevin dövründə başladıq. Bu onu göstərir ki, siyasət, liderlər dəyişir, amma "Piknik" qrupu qalır. Bizi heç bir sanksiya maraqlandırmır. Siyasətçilər gəlir və gedir. 20-30 il əvvəl kimin nazir olduğunu indi heç kim xatırlamır, amma "Piknik" olduğu kimi qalır və sevilir", - qrupun vokalisti Marat Korçemni son müsahibəsində belə demişdi.

"Biz Krıma gələndə həmişə atəşfəşanlıq olur, insanlar Kanndakı kimi sahil boyunca gəzirlər. İnsanların ancaq pozitiv əhval-ruhiyyədə olmasına sevinmək olar", - deyə qrup üzvü Putinist əlavə edib.

Krıma səfərdən 1 il sonra rokçular Ukraynanın "Sülhməramlı" mərkəzinin cinayət məlumat bazasına daxil edilib.

Şair, bəstəkar və "Piknik" qrupunun rəhbəri Edmund Şklyarski, barabançı Leonid Kirnos, eləcə də qrupun baş gitaraçısı və bek-vokalisti Marat Korçemnı Ukraynanın dövlət sərhədini qəsdən pozmaqda, Rusiyanın təcavüzünü inkar etməkdə, habelə qastrol səfərlərində rus dilini təbliğ etməkdə ittiham olunublar.

"Piknik"in solistləri Rusiya- Ukrayna müharibəsi haqqında açıq danışmadılar, heç nə olmamış kimi davranmağa üstünlük verdilər.

2022-ci ilin may ayında siyasətçi Zaxar Prilep öz Telegram kanalında qrup rəhbəri Edmundun cəbhədə hərbi texnika üçün ehtiyat hissələrin alınmasına kömək etdiyini yazıb.

Ukraynada arzuolunmaz şəxslər sayılan bu musiqiçilər fəal şəkildə Rusiyanı gəzir, festivallarda iştirak edir və ölkə büdcəsinə böyük fayda verirlər.

Qrup demək olar ki, hər il bir neçə albom buraxır. Musiqiçilər pərəstişkarlarını yeni rekordlar, köhnə, lakin sevimli musiqi kolleksiyaları ilə sevindirirlər. Uzun bir yaradıcılıq yolu keçmiş "Piknik" qrupu həm orta yaşlı insanlar, həm də gənclər tərəfindən sevilir.

Sonda bir kiçik qeydi etmək də yerinə düşər ki, rok musiqi, xüsusən ağır metal rok həm xristian, həm müsəlman aləmi şeytana xitab edən musiqi kimi dəyərləndirir. Çox vaxt metalçıları satanistlərlə qarışıq salırlar.

"Al-Arabia" kanalı öncə terror aktına görə məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyünü yazsa da, məlumat təsdiqini tapmadı. Rok qrupun konserti zamanı baş verən terror aktının bu ərəb kanalı tərəfindən İŞİD-lə əlaqələndirilməsində satanistlərlə əlaqə faktoru da rol oynaya bilər.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1032   Tarix: 26 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun