Ermənilər strateji nöqtədə yerləşən kəndimizi necə işğal etdi? - Xain planlar belə başladı
Kərki kəndinin sakinləri 34 ildən çoxdur ki, yurd həsrəti ilə yaşayırlar. Kərki 1990-cı ilin yanvar ayında işğal edildi. 30 yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstərdilər. 1989-cu il dekabrın 14-dən etibarən ermənilər Kərki, Sədərək kəndlərini güclü atəşə tutdular. 1990-cı ilin yanvarın 15-dən hücumlar daha da intensivləşdi. Təhlükəsizlik məqsədilə ilk növbədə qadınlar, uşaqlar və yaşlılar kənddən çıxarıldı.
Sonxeber.az xəbər verir ki, Kərki kəndinin sakinləri "Aztv Xəbər"ə açıqlama verib:
"Mənim özüm orada avtobus sürücüsü işləyirdim. Hər gün o kəndə gedib gəlirdim. Orada ermənilər bizə çox əziyyət verib. Avtobusu elə hala salmışdılar ki, darmadağın etmişdilər.
Gözəl günlərimiz keçib. Daha sonra qaçqın düşdük. Hərəmiz bir tərəfə dağıldıq".
Yanvarın 18-i səhərə kimi Kərki kəndi müdafiə olundu. Lakin silah çatışmazlığı və qüvvələr nisbəti qeyri-bərabər olduğundan kənd işğal edildi. Kərki Sədərəyin 8-10 km-liyində yerləşir. Kəndin işğalı 20-ci əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşdü. Eyni zamanda Kərkinin işğalı 20 yanvar qırğını, Xocalı soyqırımının və ermənilərin Azərbaycanın alınmaz qalası olan Sədərəyə hücumlarının başlanğıcı oldu.
Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub. Son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Həmin gün kənd səhər saat 4 radələrindən saat 19:00-a qədər şiddətli atəşə tutulub.
"Kənddə 11 silahımız var idi. 11 silah ilə Kərki kəndində müdafiə olunmuşuq. 2500-3000 nəfərə qarşı müqavimət göstərmişik. Hər şey soyuq qar günündə olub".
Ətraflı "Aztv Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1096 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunFilippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyun