Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur
Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi illik Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, digər Skandinaviya ölkələri də ilk onluqda görünür. Ölçülmüş meyarlar arasında adambaşına düşən gəlir, eləcə də sosial dəstək kimi bir çox iqtisadi, siyasi və sosial parametrlər var. Xoşbəxtliyin təməlləri mövzusu üzərində çalışan fin psixologiya tədqiqatçısı Frank Martela yazdığı məqalədə finlərin niyə bu qədər xoşbəxt olması barədə sualı cavablandırıb.
O, xoşbəxtlər ölkəsində insanların heç vaxt etmədikləri üç şey barədə belə yazıb:
1. Biz özümüzü qonşularımızla müqayisə etmirik. Finlər sərvətlərini açıq nümayiş etdirən insanlara tərbiyəsiz kimi baxır, bunu qəbul etmirlər. Uğurlu görünməkdənsə, bizi xoşbəxt edən şeyə diqqət yetiririk. Özümüzü başqaları ilə müqayisə etmək əvəzinə öz standartlarımızı təyin etmək bizi xoşbəxt edir.
2. Təbiətin faydalarını unutmuruq və təbiətə əsla ziyan vurmuruq.
Ölkə əhalisinin əksəriyyəti təbiətin onlar üçün çox vacib olduğunu deyir. Təbiətin enerji və istirahət verdiyini hiss edirik. Ölkə əhalisinin əksəriyyəti yay tətilindən kənd yerlərinə getmək, təbiətlə təmasda olmaq üçün istifadə edir.
3. Biz cəmiyyətdə inam dairəsini və bizə olan güvəni əsla qırmırıq.
İnam nə qədər yüksəkdirsə, insanlar bir o qədər xoşbəxt olurlar. 2022-ci ildə "itirilmiş pul kisəsi" təcrübəsi ilə dünyanın 16 ölkəsini gəzdik, müxtəlif şəhərlərdə küçələrə 192 pul kisəsi atılaraq insanların dürüstlüyünü yoxladıq. Helsinkidə 12 pul kisəsindən 11-i sahibinə qaytarıldı. Finlilər bir-birlərinə güvənirlər və dürüstlüyə dəyər verirlər. Deyir ki, kompüterinizi kitabxanada unutsanız yaxud telefonunuzu qatarda itirsəniz, onun geri qayıdacağına əmin ola bilərsiniz. Uşaqlar çox vaxt məktəbdən evə ictimai avtobusla gedirlər və onlara hamı nəzarət edir.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 865 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyun100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyul