Xocalı qatilinin qızı HƏBS OLUNDU

Xocalı qatilinin qızı HƏBS OLUNDUErmənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib.

Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Naira Qriqoryan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə ittiham olunub.

N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib. Naira Qriqoryan general Manvel Qriqoryanın qızıdır.

Qeyd edək ki, bu, Qriqoryanlar ailəsi ilə bağlı ilk həbs olunma hadisəsi deyil. Bundan əvvəl Naira Qriqoryaın atası, qardaşı və anası da müxtəlif cinayətlərdə ittiham olunub. Ümumiyyətlə Qriqoryanlar Ermənistanda "kriminal ailə" kimi məşhurlaşıb.

Belə ki, general Manvel Qriqoryan hələ 2018-ci ilin iyununda külli miqdarda dövlət əməlakını mənimsəməkdə, qanunsuz silah saxlamaq və gəzdirməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsindən sonra Eçmiadzin şəhər meri vəzifəsindən istefa verməyə məcbur olan oğlu Karen Manvelyan da saxlanılmışdı.

O da atası ilə birlikdə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu.

Bir müddət sonra Manvelyanın arvadı Nazik Amiryan da əvvəlcədən razılaşma əsasında bir qrup şəxslər tərəfindən qanunsuz silah saxlama, əldə etmə və ya daşıma əməllərini törətməkdə şübhəli bilinmiş və barəsində həbs qətiimkan tədbiri seçilmişdi.

Nəhayət həbs olunma növbəsi ailənin qızı Naira da çatdı. General Manvel Qriqoryan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçılarındandır. O, Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın "Yerkrapa" könüllüləri ittifaqının sabiq sədridir.

Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

M.Qriqoryan Qarabağ müharibəsində əsir götürülən bir azərbaycanlını 4 il evində qul kimi saxlayıb işlətmişdi.

M.Qriqoryanın dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib.

1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon dram girov qoymaq qarşılığında zaminə buraxılıb.

M.Qriqoryan İkinci Qarabağ Müharibəsi başlayandan sonra - oktyabrın 7-də Qarabağ bölgəsinə gəlmişdi. Lakin orada səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görmüşdülər. Ermənilər onu Azərbaycan hərbçilərinin əlinə keçə biləcəyindən ehtiyatlanaraq, Yerevana qaytarmışdılar.

M.Qriqoryan 2020-ci ilin noyabrında infarktdan ölüb.(Modern.az)


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1204   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun