41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...

41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda rast gəldiyimiz əfsanəvi Səməndər quşu. "Məlikməmməd" nağılında Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər quşunun dayanmadan 40 gün, 40 gecə uçduğu deyilir. Digər rəvayətə görə Səməndər quşu odun içində yaşayır. Oddan da alışıb yanır. Boşuna Səməndər quşunu misal çəkmədim. Adların insanın taleyinə təsiri zaman-zaman özünü təsdiq edib. Odlu-alovlu, haylı-küylü, şaqraq gülüşlü, özünün, səsinin bənzəri olmayan peşəkar aktyor Səməndər Rzayevdə olduğu kimi. O da sözün əsl mənasında Səməndər quşunun taleyini yaşadı bu həyatda. Göylərdə 40 gün pərvaz edən Səməndər quşu kimi Səməndər Rzayevin də ruhu ömrün 41-ci baharında pərvazlanıb göylərə köç etdi...

Publika.az bu gün Əməkdar artist, peşəkar aktyor, qiraət və dublaj ustası Səməndər Rzayevi yad edir.

- Ayə, ay camaat, bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib.

- Bax bu kino zəhmətkeşləri durub oradan gəliblər bizim yanımıza. Ayə, gəliblər bizi çəksinlər kinoya. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir. Ayə, bu toydur, burda neyləmək lazımdır?

- Oynamaq.

- Oynamaq lazımdır.

- Ə, nətər oynayaq ey? Səs o yandan gəlir, çalğıçılar burada oturub.

- Ayə, nə təfotu var bunun? Buradan eşit, buradan da oyna da...
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Çətin ki, bu epizodu xatırlamayan tapılar. Dönə-dönə, doyunca baxmaq istəyir adam o kadrlara. Doyursan, amma yenə də baxmaq istəyirsən. Bax budur, peşəkar aktyor oyunu, məharəti, tamaşaçını öz istedadı, səsi, sehri ilə ovsunlayan ustalıq. Səməndər Rzayev məhz belə sənətkarlardan biridir. Onun sənət tərcümeyi-halında teatr da var, kino da, radio da, televiziya da. Və hər birinin öhdəsindən eyni ustalıqla gəlirdi, böyük aktyor.

Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. Uşaqlığı II Dünya müharibəsinin çətin günlərinə təsadüf edib. Müharibə dövrünün hər bir uşağı kimi çətin günlər onun da həyatından yan keçməyib. Amma bütün bunlara baxmayaraq, uşaqlıqdan sənət eşqi ona bütün ağrı-acıları, çətinlikləri dəf etməyə yardımçı olub.

Oxuduğu məktəbdə "aktyor" ləqəbi qazanan Səməndər Rzayev orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Xalq artisti Rza Təhmasibdən sənətin sirlərini peşəkarcasına öyrənərək gələcək uğurlarının ilk təməlini elə o vaxtdan qoyur.
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Aktyor bir müddət Sumqayıt Teatrında işləyərək müxtəlid səpkili rolları canlandırıb. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Bu sənət ocağında aktyor "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı" kimi onlarla səhnə əsərlərində özünəməxsus obrazlara həyat verib. Səməndər Rzayevə, hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşıb. Deyib ki, kiçik açarla da böyük qapılar açmaq olur. Elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilib, bütün zal heyrətə gəlib. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyub.

Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, Xalq artisti Yaşar Nuri deyib ki, ilk filmi haqqında bir özü bilib, bir də mən... "Uşaqlığın son gecəsi" filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər Rzayev olub. Amma sonralar o, kinoda da öz sözünü deyib. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları - Səməndər imzası ilə kino tariximizə əbədilik həkk olunub. Ümumilikdə 60-dan çox filmdə fərqli və bənzərsiz rollara həyat verib Səməndər Rzayev.

Səməndər Rzayev çox vaxt filmlərdən özü imtina edib. Teatr, televiziya filmləri, tamaşaları, aparıcısı olduğu "Bulaq" verilişi bu imtinanın əsas səbəblərindən biri olub. Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Səməndər Rzayev daxilən azad sənətkar idi, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onun rollarının əksəriyyəti ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, haradasa görmüsən, onlarla ünsiyyətdə olmusan. İstedadlı aktyorun səsindəki şirinlik, özünəməxsusluq da bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev kinoda dublyaj sənətinin ustalarından biri idi.

Səməndər Rzayev az yaşasa da, qısa zaman kəsiyinə özü boyda böyük işlər sığdıra bildi. O, elə sağlığında adının haqqını verməyi bacardı. Əfsus ki, layiq olduğu ali fəxri adı ala bilmədi…
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Evi həmişə qonaq-qaralı olardı, deyilənə görə. Özü kimi yeyib-içən dostları az deyildi. Elə onu yarı yolda qoyan da məhz bu yeyib-içməyi oldu nə yazıq ki… "Həyatın dibində" adlı tamaşada rolunu canlandırmaq üçün xəstəxandan çıxıb birbaşa teatra gəlmişdi. Səhnəyə çıxmazdan əvvəl o ki var içib. Bu dəfə ağrılarını unutmaq, tamaşanı oynamaq üçün içib... O qədər içib ki, ayaq üstdə durmaq belə çətin olduğu halda tamaşanı oynayıb və səhnə arxasında yıxılıb, bu onun səhnədə son rolu olub.

Səhnədəki "Həyatın dibində" onu gerçək həyatın dibinə ömürlük qərq edib. Aktyor 1986-cı il, martın 27-də vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1092   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun