Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMA

Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMAKommunal xidmətlərinin qiymətinin artması evlərin və iş yerlərinin büdcəsinə təsir göstərir. Bu baxımdan vətəndaşları maraqlandıran əsas problemlərdən biri aqiyməti artmaqda olan kommunal xidmətlərdir. Bəs Azərbaycanda kommunal xidmətlərin ucuzlaşması baş verə bilər?

Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli Sonxeber.az-a açıqlama verib:
Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMA"Azərbaycanda kommunal xidmətlərinin ucuzlaşması gözlənilmir. Burada zibildaşıma, ıift xidməti, qaz, işıq və su daxildir. Bu istiqamətdə qiymətlərin ucuzlaşması baş verməyəcək. Sözügedən xidmətlərin ucuzlaşması üçün isə heç bir əsas yoxdur. çünki bu istiqamətdə bir sıra problemlər var. Həmin problemlər həll edilməyənə qədər kommunal xidmətlərin qiymətinin dəyişməsi olmayacaq. Onsuzda həmin xidmətlərin qiymətləri qaldıranda müəyyən səbəblərə əsas gətirildi. Bu baxımdan həmin səbəblər aradan qalxmayıb".

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu illə bağlı sıra məqamlara toxunub:
Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMA"2024-cü ilin ilk iki ayında alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalında artımlar var. Günəş enerjisinin istehsalı 6 dəfə artıb. Həm külək, həm də digər alternativ mənbələrdən əldə edilən enerjinin payının artması bütövlükdə, xüsusən elektrik enerjisində qiymətin baxılması daha alternativ imkanların yaradılmasına imkan yaradıla bilər. Belə ki, inkişaf etmiş ölkələrdə alternativ mənbələrdən ailələrin, icmaların elektrik enerjisi hasil etməsi və istehlakı üçün istifadə etməsi, enerjinin bir hissəsini dövlətə satması mümkündür. Biz təklif edirik ki, oxşar praktika Azərbaycanda həyata keçirilsin. Bütövlükdə elektrik enerjisinin qiymətlərinin azalmasına, vətəndaşlarımızın daha aşağı qiymətə elektrik enerjisi almasına gətirib çıxarda bilər. Bu baxımdan həmin istiqamətdə aparılan mexanizmlərin tətbiq edilməsi və dünya praktikasına uyğun olaraq mexanizmlərin həyata keçirilməsi elektrik enerjisinin qiymətinin aşağı düşməsinə şərait yarada bilər".

İqtisadçı Rəşad Həsənov deyir ki, bu günə qədər hökumətin fəaliyyətinin təhlili onu göstərir ki, kommunal xidmətlərdə ucuzlaşma baş verməyəcək:
Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMA" Ən azından yaxın və orta müddətli dövrdə, o cümlədən növbəti 5 il ərzində belə bir ucuzlaşma ehtimalını gözləmək sadəlövhlük olardı. Onu da nəzərə almaq lazımdır ki, kommunal xidmətlər sahəsində fəaliyyət göstərən qurumların böyük əksəriyyəti bu və digər şəkildə zərərlə fəaliyyət göstərirlər. Düşünmürəm ki, burada əsas səbəb qiymətlərdir. Mən fikirləşirəm ki, burada əsas səbəb maliyyə vəsaitlərinin düzgün istifadə edilməməsi, korrupsiya, şəffaflığının olmaması, itkilərin çoxluğu kimi məqamlardır. Amma fakt ondan ibarətdir ki, qurumlar zərərlə və çoxu subsidiya ilə fəaliyyət göstərir. Belə olan təqdirdə, qiymətlərin ucuzlaşmasını gözləmək sadəlövhlükdür. Qaz limiti isə son müzakirələrdən sonra, limitləri daha diversifikasiya etdilər. Üç pilləli mexanizmi tətbiq etməyə başladılar. Bu təcrübəyə əsaslansaq onu deyə bilərik ki, yaxın və orta gələcəkdə qaz limitlərinin aradan qaldırılması müzakirə mövzusu deyil. Hətta qiymətlər artar, amma azalmaz".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 3817   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun