Ermənistanda rus hərbi bazaları ilə yanaşı, ABŞ qoşunları fəaliyyət göstərə bilər? - AÇIQLAMA

Ermənistanda rus hərbi bazaları ilə yanaşı, ABŞ qoşunları fəaliyyət göstərə bilər? - AÇIQLAMAMəlum olduğu kimi, bu gün Paşinyan hakimiyyəti ABŞ və Qərbin xeyrinə seçimlər etməkdə davam edir. Qarşıda gələn ABŞ-Aİ-Ermənistan müştərək konfransı bunun sübutudur. Əlbəttə ki, Ermənistan siyasi dairələri Rusiyadan gələ biləcək addımlara qarşı təhlükəsizlik qarantı istəyir. Bu gün Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılı bir dövlətdir. Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl bildirdi ki, aqustun 1-dən "Zvartnots" hava limanından rus sərhədçiləri çıxarılmalıdır. Burada bir sual yaranır. Rusiya hərbi bazalarının ErMənistanda yerləşdiyi vaxtda, ABŞ qoşunları ölkə ərazisində yerləşdirilə bilər?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistanda bu gün Avropa İttifaqı və ABŞ-nin əsas hədəflərindən biri qərbin hərbi mövcudluğunun təməlini qoymaq üçün hərbi bazalarını yaratmaqdır:

"Amma faktiki olaraq bu gün düşünmürəm ki, belə bir təhlükəli ssenari ilə üz-üzə qalsın. Çünki Ermənistan hər nə qədər qərbpərəst kimi görünsə də, Ermənistanda sorosçu hakimiyyəti çox qorxaqdır. Hakimiyyət usiyanın ABŞ hərbi bazalarına qarşı hansı reaksiya verəcəyini yaxşı bilirlər. Heç ABŞ ona hansısa bir zərurət görmür ki, Rusiyanın hərbi bazası olan bir ölkədə öz qoşunlarını təmin etmiş olsun. Həm buna ehtiyac yoxdur. Bu gün Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində olan qrup İran- Rusiya əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onsuzda Ermənistan əraziləri anti-Rusiya kəşfiyyat poliqonuna çevrilib. Belə olan təqdirdə ABŞ-nin yaxud Avropanın hansısa strukturlarının Ermənistan ərazisində hərbi formada mövcudluğuna bir ehtiyac qalmır. Digər tərəfdən Ermənistan-Rusiya münasibətlərinin gərgin bir fazada olduğunu görürük. Münasibətlərin bu şəkildə davam etməsi Ermənistanı çox ciddi siyasi xaotik kataklizmlərin gözlədiyini deməyə əsas verir. Belə qarmaqarışıqlar fonunda mən hesab etmirəm ki, ABŞ Ermənistanda hansısa qoşun birliyi saxlasın".

Xatırladaq ki, Ermənistan "Zvartnots" və "Baqrataşen" sərhəd-buraxılış məntəqələrində işləmək üçün zabit qəbulu elan edib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları məlumat yayıb. Eyni zamanda aprelin 5-də ABŞ-Aİ-Ermənistan arasında müştərək konfransı olacaq. Bəzi mənbələrə görə, burada tərəflər arasında təhlükəsizliyin təmin edilməsinə dair sənədin imzalanacağı bildirilir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1106   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun