Bakıda ata çarəsizlikdən böyrəyini satır - FOTO
Mövcud iqtisadi durum, ölkdəə davamlı olaraq devalvasiyanın baş verməsi, dolların manata münasibətdə məzənnəsinin qalxması, ərzaq və qidaların bahalaşması insanlarda depressiyanı pik həddə çatdırıb. Xəstəsi olan, imkansız ailələr müxtəlif çıxış yolları axtarırlar. Təəssüflər olsun ki, onlar arasında daxili orqanını satmaq istəyənlər də az deyil. Tam ciddi. Bəli, yerləşdirilən elan mətnlərində də bu sözlər yazılır, imkansızlıqdan orqanımı satıram, yalnız ciddi şəxslər əlaqə saxlasın.
Özünü təqdim edən Rəşad da böyrəyini satmaq istəyir. Onu buna vadar edən məcburiyyətdir, atalıq məcburiyyəti.
36 yaşlı Rəsulov Rəşad Nazim oğlu Quba rayonunda anadan olub. Ali təhsillidir. Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini isə yarımçıq başa vurub. 11 il müəllim işləyən həmsöhbətimiz deyir ki, 2 ildir övladının beynində gicgah nahiyəsində anakroid kista aşkarlanıb.
Respublika Neyrocərrahiyə Xəstəxanasında belə diaqnoz qoyulub. Ata deyir ki, bu mayenin böyümə ehtimalı olduğu üçün uşağın səhhətində təhlükə yarada bilər. Ona bildirilib ki, xəstəliyin ölkədə müalicəsi mümkünsüzdür. Yalnız Almaniya və Türkiyədə bu əməliyyat mümkündür. Bu da 12-15 min ABŞ dollarına başa gəlir. Atanın isə buna imkanı çatmır, elə bu gün Yasamal rayonunda kirayədə qaldığı ünvandan çıxarılıb. Malı, mülkü yoxdur. 1 ildir ki, işsizdir. DSMF (Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi) və məşğulluğa dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməyib.
İki övlad sahibi olan Rəşad deyir ki, övladının vəziyyəti günü-gündən pisləşdiyi üçün böyrəyini satmaq məcburiyyətində qalıb:
"Övladım gözümün qabağında sızıldayırsa, bu sağlamlıq mənə lazım da deyil. Bu elanı yerləşdirdikdən sonra mənə zənglər gəldi. Onlar polis idilər. Hətta, böyrəyi almaq üçün məni polis idarəsinə də çağırdılar. İnandım, getdim də. Ordan da məni Nazirlər Kabineti yanında yerləşən polis bölməsinə apardılar ki, səni həbs edirik. Dedim həbs edin, orqan mənimdir, satıram. Hər bir valideyn övladından ötrü yaşayır".
Əslində qanunvericilikdən xəbərdar olmayan Rəşad üçün bu ən son çıxış yoludur.
Bu balacaya kömək olmaq istəyənlər bank hesabına pul köçürə bilərlər:
Bəs qanunvericilikdən xəbərdar olmayan bu şəxslərin atdığı addımlar haqda ölkə qanunları nə deyir? Hansı halda bu mümkün ola bilər?
Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, insan orqanlarının köçürülməsi "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunla tənzimlənir. Həmin qanuna əsasən, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir: "Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.
Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır".
Qanunun diqqətçəkən məqamlarından biri də ondan ibarətdir ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir.
Həmsöhbətimiz qeyd edib ki, donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir. Qanuna əsasən, hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar:
"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun 17-ci maddəsinə əsasən, insan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir".
A.Abdullayev qeyd edib ki, Cinayət məcəlləsinin 137-ci maddəsində insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etməyə görə məsuliyyət nəzərdə tutulur:
"İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısına görə - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etməyə görə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
A.Abdullayev qanundakı ziddiyət doğuran məqamdan da söz açıb. O vurğulayıb ki, cinayət məcəlləsinin bu maddəsində qeyd edilən "İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısına görə" ifadəsi anlaşılan deyil. Maddənin məzmunundan belə anlaşılır ki, orqanların alqı-satqısının qanuni yolları da var. Bu isə, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun 17-ci maddəsinə ziddir. Belə ki, həmin maddədə qeyd edilir ki, insan orqanı alqı-satqı obyekti ola bilməz:
"Göründüyü kimi, qanunvericilikdə orqan alqı-satqısı qadağan edilir. Amma qanunun tələblərinə cavab verən şəxslər, öz daxili orqanlarının digər şəxslərə köçürülməsinə razılıq verə bilərlər. Bu hal, şəxsin ölümündən sonrakı köçürülməyə də aiddir".
Mənbə: Cəbhə info









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO