Paşinyan ancaq bu halda SEÇKİLƏRƏ GEDƏ BİLƏR - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan mətbuatında Nikol Paşinyanın istefa verəcəyini və sentyabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini yazıb. Daha sonra Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxıb. Bəs Paşinyan hansı halda istefaya gedə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi son aylarda aktual olan məsələlərdir. Bunun üçün Ermənistan mətbuatında müzakirə olunurdu, sonradan hakimiyyət bunu təkzib edib:
"Proseslər fonunda əgər Paşinyan öz siyasi gücünü yeniləmək üçün növbədənkənar parlament seçkilərinə gedə bilər. Burada daha çox iki məqsəd ola bilər. İlk olaraq hakimiyyətdə təhlükə yaranacağı təqdirdə Paşinyan mütləq səs çoxluğu ilə qazanmaq istəyə bilər. Bu təhlükə təkcə Rusiyadan deyil. Rusiyadan gələ biləcək təhlükə açıq təhlükədir. Bu halda növbədənkənar parlament seçkilərinə gedilmir. Mənə elə gəlir ki, Paşinyan Qərbdən təzyiqlər hiss edir. Çünki Qərb Nikol Paşinyanın qarşısına müəyyən hədəflər qoyub. Onların istəkləri var və icra edilməsində müəyyən israrlar edirlər. Əgər Paşinyan bu istəklərin həyata keçirilməsini gecikdirəcəyi təqdirdə Ermənistan hakimiyyətinin daxilində yeni bir fiqur çıxarda bilər. Qərb Paşinyan hakimiyyətini bir növ dəyişdirə bilər. Mövcud sistem qalır, amma ki, fiqur dəyişir. Paşinyan bu halda parlament seçkilərinə gedərək öz gücünü, "mən əsas hakiməm" mesajını Qərbə verə bilər".
Asif Nərimanlının sözlərinə görə, Paşinyanın Ermənistan hakimiyyətində müxalifəti yeniləmək planı var. Mövcud müxalifət dedikdə, burada parlamentdə olan müxalifətdən söhbət gedir:
"Parlament olan müxalifət sonuncu parlament seçkilərində Rusiyaya meyilli olanlar parlamentdə təmsil olundular. Onlar parlamentdə müəyyən narazılıq yaradırlar. Onlar üçün bir növ bu tribunadır. İstisna deyil ki, növbədənkənar parlament seçkilərinə Paşinyan gedərsə, həm də özünə yaxın parlamentə daxil etmək istəyəcək. Edmun Manukyan yaxud digər ona yaxın şəxslər var. Hətta zaman-zaman onun görüşləri baş tutur. Növbədənkənar parlament seçkilərinin əsas hədəflərindən biri bu ola bilər. Hazırkı müxalifəti parlamentdən göndərmək və onların yerinə daha yaxın, konstruktiv hesab etdiyi müxalifəti daxil etmək ola bilər. Paşinyan seçkilərə getmək üçün hələki bir təhlükə görmür. Xüsusən regionun bu qədər gərgin olduğu vaxtda Nikol Paşinyanın seçkilərə getməsi halı azdır. İndiki vaxtda növbədənkənar seçkilərə getmək ölkədə bir növ Paşinyanı Rusiya qarşısında açıq hədəf halına gətirə bilər. Rusiyanın Ermənistan siyasətində müəyyən bir proseslərə yönəltmək imkanlarını artıra bilər. Ən azından insanların küçəyə çıxmasından tutmuş digər məqamlara qədər çox hadisələr baş verə bilər. İndiki halda mitinqlərin keçirilməsini müəyyən qədər qarşısını ala bilirlərsə seçki vaxtı bunu edə bilməyəcəklər. Yaxın zamanda belə seçkilərə getməyəcəyini düşünürəm".
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsi haqda xəbərlər 1 apel zarafatıdır.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 629 Tarix: 01 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunFilippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyunBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyun