"10 il keçdi, amma zəng etmədi" - Sahib Elçindən niyə inciyib?
Əməkdar artist Sahib İbrahimov həmkarı Elçin Cəfərovdan inciyib.
Ölkə.Az xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə"verilişində qonaq olarkən bildirib. O, bunun səbəbini isə belə izah edib:
"Elçin məndən yaşca kiçikdir. İncəsənət Universitetini yaşlı vaxtımda oxumuşam. O zaman Elçinlə yaxşı münasibətimiz var idi. "Şirin şipşirin" mahnısı çıxmışdı, təzəcə populyarlaşırdı. Bacım qızının toyu olacaqdı və bəzi sənətçiləri dəvət etmişdim. Bacım qızı Elçini də məclisə çağırmağımı istədi. Dedim ki, o mənim kiçik qardaşımdır və bizim çox gözəl münasibətimiz olub. Zəng vurdum, köməkçisi telefona cavab verdi. Dedim ki, onu axtaran tələbə yoldaşı Sahib İbrahimovdur, mənə zəng etsin. Bacım qızının toyudur, dəvət etmək istəyirəm. Köməkçisi "yaxşı" deyib dəstəyi asdı.
İki gün keçdi, zəng gəlmədi. Növbəti gün yenidən Elçinin nömrəsinə yığdım. Dəstəyi köməkçisi götürdü və dedi ki, "Elçinə onu bacınızın qızının toyuna dəvət etmək istədiyini çatdırmışam. Özü sizinlə əlaqə saxlayacaq". Bu söhbətin üstündən 10 il keçib, amma Elçin zəng etmədi. Söz açıldı ona görə dedim. Mən Elçindən çox incimişəm. Qəlbim ondan sınıb".
Proqramda qonaq olan Elçin isə cavab olaraq bunları deyib:
"Kiçiyə də, böyüyə də hər zaman hörmətim var. Sahib böyük sənətkardır. Hansısa məkana daxil olan şəxs salam verməlidir. O salamı da mütləq almalısan, çünki Allahın salamıdır. Əziz qardaşım, 2009-cu ildən bu kini mənə niyə saxlamısan? Görüşərdik, söhbət edərdik. Biz dəfələrlə çəkilişlərdə görüşmüşük. Bu çox xırda söhbətdir. Əgər qəlbinə dəymişəmsə, üzr istəyirəm. Bu aləmdə belə söhbətlər çox olur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabr"Banu" Günel illər sonra - Foto
"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər
26 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr