Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."
"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 min manata satıb. Mənim evim villa deyil, bir şey deyil. Yalandan özlərindən qiymət qoyublar. Bu mənim şəxsi işimdir, heç kimin ixtiyarı yoxdur qarışsın. Xeyir ola, Gülü ilə maraqlanırlar?! Mən sakit həyat yaşamaq istəyirəm. Heç kimim yoxdur. Nə atam var, nə bacım-qardaşım, nə də övladım. Allah kimi mən də təkəm. Məni bu jurnalistlər çox incitdilər, qəlbimə dəydilər. Onsuz da, yaram özümə bəsdir. Niyə yenidən yaralayırlar? Ağlamaqdan sağ gözüm tutulub, görmürdü. Həkimə gedib müalicə aldım".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rəmişin xanımın Gülü deyib. O, daha sonra əlavə edib.
"Ən böyük arzum tezliklə Rəmişə qovuşmaqdır. Başqa arzum yoxdur. Bu dünyadan doydum daha. Rəmiş rəhmətə gedəndə dövlətimiz məzarlıqda yer ayırdı. Onun yanında da kiçik bir yer var. Mənim də yerim oradır. Dünyamı dəyişəndən sonra orada dəfn olunacağam. Dünən Rəmişin məzarını ziyarət etdim. Sağ olsunlar, gitara ifaçıları gəlib ziyarət ediblər, onu yada salıblar. Əklil də qoyublar. Rəmiş kimi şan-şöhrətli olsunlar. Hər dəqiqə onu yuxuda görmürəm. Bəzən görürəm. Yeri boş qalıb. Rəmişin pal-paltarını ehtiyacı olan insanlara verdim. Hər geyinəndə ona rəhmət oxusunlar. Gitarası, tarı, royalı, üzüyü, saatı isə evimdədir. Heç bir muzeyə verməyəcəyəm. İndi muzey var? Burdan alacaqlar, o yandan gedib satacaqlar. Bir oğul ki, atanı, ananı öldürür, kənara mənim nə etibarım ola bilər?!", - deyə sənətkarın xanımı bildirib.
Gülü xanım dolanışığından da danışıb.
"Camaat necə dolanırsa, mən də elə dolanıram. Hər şeyim var. Şükür Allaha, ac deyiləm. Rəmişin vaxtında nə pal-paltar almışamsa, onu geyinirəm. Bundan sonra heç nə alan deyiləm. 70 yaşım var, kimə qalacaq?! Paltarlarım heç köhnəlmir, səliqəli geyinirəm. Niyam Salaminin yanında restoranda çalışıram. Niyam məni heç yerə buraxmır. Allah ondan kömək olsun. Məni evdən heç kim çıxara bilmirdi, bunu ancaq Niyam bacardı. Mənə bacısı kimi münasibət bəsləyir. İş görməyə də qoymur. Deyir ki, başını qarışdır, yanımda gəz. Niyamdan başqa böyük sənətkarımız Qədir Rüstəmovun ailəsi, İmişlidən Cavid adlı şəxs var ki, mənə dəstək olurlar", - deyə o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabr"Banu" Günel illər sonra - Foto
"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər
26 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr