Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTOBütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub.

Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərində nəqliyyat polisinin rəisi işləyib.

O, vaxtilə korrupsiyada ittiham edilərək həbs olunub. İddialara görə, T.Niftəliyev polis əməkdaşları üçün nəzərdə tutulan vəsaiti mənimsəyib.

T.Niftəliyev 2014-cü ilin oktyabrında korrupsiyada və qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Qanunsuz silahlar 2011-ci ilin yayında axtarış zamanı şübhəlinin mənzilində tapılıb.
Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO23 cildlik cinayət işində ümumilikdə 10 cinayət epizodu olub. Müttəhimlər kürsüsündə isə şübhəli dəstə lideri və onun üç ortağı oturub.

Cinayət işi üzrə beş mayor və üç polis polkovnik-leytenantı olmaqla 13 zərərçəkmiş şəxs üzə çıxıb. T.Niftəliyev onların adına əlavə maddi yardım yazıb və pulu şəxsi maraqları üçün mənimsəyib.

Müstəntiqlərin fikrincə, T.Niftəliyev ağır maddi vəziyyətə görə polis əməkdaşlarını onlara maddi yardım göstərmək üçün ərizə yazmağa məcbur edib.

Onun iştirak etdiyi maliyyə pozuntularının izi 2012-ci ilə qədər uzanır. O, Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Trans-Baykal Xətti İdarəsi tərəfindən alınan federal vəsaiti də "yuyub". T.Niftəliyev öz qulluq mövqeyindən və tabeliyində olan işçilərin ondan asılılığından istifadə edərək, müstəntiqlərin fikrincə, ağır maddi vəziyyətlərinə görə polis əməkdaşlarını onlara əlavə maddi yardım göstərmək üçün ərizələr yazmağa məcbur edib. Lakin onların çoxu bu pulu görməyib.
Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTOMaraqlıdır ki, T.Niftəliyev bu cinayətlərinə görə məsuliyyətdən yaxa qurtara bilib. Amma hüquq-mühafizə orqanlarından qovulub.

Bundan sonra o, diaspor fəaliyyətinə qoşulub. Tofiq Niftəliyev altı il "Araz" səhmdar cəmiyyətinin rəhbəri olub. Amma burada da qaranlıq əməllərindən qalmayıb. Bildirilir ki, T.Niftəliyev 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra diaspor üzvlərindən zərərçəkənlərə yardım toplayıb. Amma bu yardım Türkiyəyə çatdırılmayıb, T.Niftəliyev tərəfindən mənimsənilib. O da iddia olunur ki, T.Niftəliyev Blaqoveşenskdə qrup - banda formalaşdırıb. Bu qrup sayəsində isə hər kəsi, o cümlədən şəhərdə yaşayan azərbaycanlıları qorxu altında saxlayır.
Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3160   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Könül Həmzəyeva axtarışa verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsind

10 mart
.

Vardanyana hökm oxundu - 20 il - Yenilənib

Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə v

17 fevral
.

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq-Video

Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib. "Qafqazinfo" "Halktv"yə istinadən xəbər verir ki, S.Vahabovanın "ailə qurduğu" şəxsləri aldadaraq toy məclisindən toplanan qızılları ələ keçirib qaçdığı məlum olub. Bel

14 fevral
.

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. -ın -a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi olan anası Sürahim İbadova ifadə verərə

23 fevral
.

Həbsxandan qan donduran etiraf: "Öldürüb hissələrə bölmüşəm"

İstanbulun Şişli rayonunda 24 yanvar gecəsi Özbəkistan vətəndaşı Durdona Xokimovaya məxsus parçalanmış meyitin tapılması ilə bağlı aparılan istintaqda yeni və şokedici detallar üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, iş üzrə əsas fiqur hesab olunan və hazırda həbsdə saxlanılan Gofurjon Akmalkhonovi

13 fevral
.

Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak"

6 fevral
.

Molla rejiminin Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların ADLARI MƏLUM OLDU

Dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyy

5 mart
.

Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil

3 aprel
.

Xaçmazda qatarla avtomobil toqquşdu - 22 yaşlı sürücü öldü - Yenilənib - Video

Xaçmazda qatarla avtomobil toqquşub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib. Belə ki, "VAZ" markalı avtomobili hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdl

5 fevral