Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMAToy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik.

Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonra toy biznesi ciddi böhrandadır. Müşahidələr göstərir ki, xeyli şadlıq sarayları mərasim evlərinə çevrilib, başqa sahələr üzrə icarəyə verilib.

Azərbaycanda toy məclislərinin sayının kəskin şəkildə azaldığını rəsmi statistika da təsdiqləyir. Təkcə son üç ilin statistikasına nəzər salsaq görərik ki, nikaha daxil olanların sayında əhəmiyyətli şəkildə azalma var. Məsələn, ölkədə 2024-cü ilin ilk ayında 3 657 nikah qeydə alınıb. 2023-cü ildə müvafiq olaraq 11 870 nikah bağlanılıb. 2022-ci ilin yanvar-mart aylarında isə 14 606 nikah rəsmiləşdirilib.

Bəs görəsən, toy sənayesi böhrandan çıxa biləcək? Bunun üçün sahibkarlar hansı addımları ata bilərlər? Bu sektora dövlətin hansı dəstəyi ola bilər?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Xərc yükü yaradan toy ənənəsi

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin böhranda olmasının əsas səbəbi son dövrlərdə nikahların sayının azalmasıdır:

"Eyni zamanda, biz xüsusilə pandemiyadan sonrakı dövrdə gənclərin daha rasional toy məclislərinin təşkilinə üstünlük verdiyini müşahidə edirik. Belə ki, onlar nisbətən daha az dəbdəbəli, əsasən yaxın ətrafları ilə toy etməyə üstünlük verirlər. Nəticə etibarilə, daha çox 2005-ci ildən sonra formalaşan və dəbdəbənin artması ilə müşahidə olunan, artıq xərc yükü yaradan toy ənənəsi mərhələli şəkildə zəifləyəcək".

"İnvestorlar daha effektiv sahələrə yatırım etməlidirlər"

Ekspert hesab edir ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar öz investisiyalarını alternativ istiqamətlərə yönəltməlidirlər:

"Sahibkarlar bu sahədə dəbdəbəni artırmaq istiqamətində investisiyalardan çəkinməlidirlər. Daha optimal sayda tutumu olan sarayların qurulmasına meyilənməlidirlər. Eyni zamanda, infrastrukturu elə dizayn etməlidirlər ki, bu təyinat fərqli istiqamətlərdə də istifadə oluna bilsin. Tutaq ki, həmin obyektlərdən yalnız toy məclisləri üçün deyil, adi günlərdə, kütləvi tədbirlərin, konsertlərin təşkili və sair kimi də istifadə etmək mümkün olsun".

Mütəxəssis dövlətin bu sahəyə dəstəyini vacib saymır. O hesab edir ki, dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr mövcuddur:

"Düzdür, bura da xidmət sektorudur, müəyyən bir dövriyyə yaradır. Amma dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr vardır. Hesab edirəm ki, dövlət daha ağlabatan, ciddi sərmayələri dəstəkləməlidir".

Menyuların tərtibatına yenidən baxmalıdırlar

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir ki, şadlıq sarayları menyuların tərtibatına yenidən baxmalıdırlar. Onun fikrincə, toy sənayesində mövcud olan iqtisadi çətinliklər menyuların qiymətinin baha olması ilə bağlıdır:

"Menyulardan lüzumsuz əlavələr çıxarılmalıdır. Şadlıq sarayları toy sahiblərinə menyu seçimi ilə bağlı şərt qoymamalıdırlar. Atəşfəşanlıq, toya dəvət olunan musiqiçilərlə bağlı da qiymətlərə yenidən baxılmalıdır. Çünki bunlar da çox xərc tələb edən istiqamətlərdir".

R.Atakişiyevin qənaətincə, bu sahəyə dövlət tərəfindən dəstək verilməsi gözlənilmir:

"Çünki bu sektor dövlət üçün strateji sahə sayılmır".

"Kim deyir ki, bu sahədə böhrandır?"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə toy sənayesinin böhranda olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, bu gün də şadlıq saraylarında toy etmək üçün aylar öncədən növbəyə yazılmaq lazımdır:

"Kim deyir ki, bu sahədə böhrandır? Təxminən 1-2 ay əvvəl yaxın bir qohumum toyla bağlı şadlıq sarayı axtarırdı. Onlara bildirmişdilər ki, ən yaxşı halda toy tarixini oktyabr, noyabr və dekabr ayına yaza bilərlər. Belə olan halda hansı böhrandan söhbət gedir? Heç bir böhran yoxdur, hamı da işləyir. Sadəcə, məni həm vətəndaş, həm də millət vəkili olaraq toyların dəbdəbəli keçirilməsi narahat edir. Biz bu məsələni bir qədər sadələşdirməliyik. Toy gənclər üçündür, sadə bir ortamda olmalıdır. Amma mən toy xərclərini eşidəndə dəhşətə gəlirəm. Menyular adambaşı təxminən 100 manatdan başlayıb, 500-700 manata kimi dəyişir. Axı bu qədər israfçılıq olmaz".

Bir vaxtlar ayda 20-25 toy, indi isə...

Əvvəllər toy mövsümünü səbirsizliklə gözləyən və yeni mövsümə ciddi şəkildə hazırlıq görən şadlıq saraylarında durğunluqdur. Onlar da bu durğunluğun səbəbinin axtarışındadırlar. Həmsöhbət olduğumuz bəzi şadlıq saraylarının administratorları bildirirlər ki, vəziyyət son iki ildə daha pisləşib. Onların sözlərinə görə, bir vaxtlar ayda 20-25 toy şənliyi təşkil edirdilərsə, indi 4-5 toy tutanda sevinirlər.

Şadlıq saraylarından birindən bildiriblər ki, tələbat əvvəlki illərlə müqayisədə xeyli azalıb:

"Əvvəlki dövrlərlə müqayisədə toy edənlərin sayında ciddi fərq var. Tələbat çox azalıb. Səbəbini özümüz də bilmirik".

Digər şadlıq sarayının administratoru da toyların azlığından gileylənib. Onun sözlərinə görə, toyların sayında təxminən 50 faiz azalma var:

"Qiymətlərimiz də baha deyil. Sadəcə, elə bil ki, toy etmək istəyən yoxdur. Son iki ildə vəziyyət daha da pisləşib".

Daha bir şadlıq sarayından təsdiqləyiblər ki, ötən illərlə müqayisədə toy etmək istəyənlərin sayı ciddi şəkildə azalıb:

"Əvvəllər mövsüm başlayanda bir ayda 12-14 toyumuz olurdu. Amma bu ilin aprel ayına 5-6 toyumuz var. İndi toy edənlər həm də daha yığcam məclislərə üstünlük verirlər. Demək olar ki, artıq 500-600 nəfərlik toy edən yoxdur. İndi müraciətlər 150, maksimum 300 nəfərlik məclislərin təşkili ilə bağlıdır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 846   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ağ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi

Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi

30 avqust
.

Mövsümi tükənmişliyin üç əsas ƏLAMƏTİ

Mövsümi tükənmişliyə üç əsas əlamət işarə edə bilər: səbəbsiz yaranan əsəbilik, 10-15 dəqiqədən artıq bir işə diqqəti cəmləyə bilməmək və görülən işlərdə mənasızlıq hissi. xəbər verir ki, bu barədə MİREA - Rusiya Texnologiya Universitetinin Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaqin

31 avqust
.

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu

30 avqust
.

Bahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu

Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu

29 avqust
.

"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİ

Qlobal pandemiya, regional münaqişələr və əsas ticarət yollarının bağlanması göstərdi ki, qida idxalı dünyanın heç bir ölkəsi üçün qida təhlükəsizliyini tam təmin edə bilməz. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:. Qida təhlükəsizliyi probleminə görə, bu gün ölkələr gələcəkd

30 avqust
.

Azərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO

Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. xəbər verir ki, bu barədə gənc numizmat Fərhad M. məlumat verib. Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifad

30 avqust
.

Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbi

Azərbaycanda kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir edən əsas sahələrdən biridir. Bəs görəsən, Azərbaycan fermerinin hazırda ən böyük problemi hansıdır: maliyyə, su, bazar, yoxsa istehsal xərcləri?. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirl

30 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

İlbər Ortaylının qızı atasının son günlərindən danışdı: "Mənim üçün gözəl bir vida şansı oldu"

Martın 13-də çoxsaylı orqan çatışmazlığı səbəbilə vəfat edən tanınmış tarixçi Prof. Dr. İlber Ortaylının qızı Tuna Ortaylı atasının xəstəxanadakı son günləri ilə bağlı duyğusal açıqlamalar verib. xarici mediaya istinadla xəbər verir ki, Mirgün Cabasın YouTube kanalına qonaq olan Tuna Ortaylı atasını

31 avqust