Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Məbləğ açıqlandı

Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Məbləğ açıqlandıSon günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.

Görəsən, müharibə iştirakçılarının aldığı müavinət artırılacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Siyavuş Novruzov deyib ki, bəzən bir çoxları təqaüdlə müavinəti qarışdırır.

O, veteranların aldığı 80 manatın təqaüd deyil, müavinət olduğunu qeyd edib:

"Keçmişdə müharibə iştirakçıları ictimai nəqliyyatdan ödənişsiz istifadə edirdilər, işıqpulu ödəmirdilər. Sonra özəl sektorların inkişafı ilə əlaqədar dövlət veteranlara müəyyən miqdarda vəsait ayırdı ki, onlar özləri ödəniş etsinlər. Ona görə də təxminən 200 minə yaxın müharibə iştirakçısı 80 manat müavinət alır. Hətta onlar haradasa çalışsa, əlavə gəliri olsa belə, yenə həmin pulu alırlar. İnsanlar birdəfəlik bilməlidirlər ki, o məbləğ veteranlara yaşayış üçün deyil, kommunal və nəqliyyat xərcləri üçün verilir. Amma buna baxmayaraq, biz yenə də bu məbləğin artırılmasının tərəfdarıyıq".

Deputat deyib ki, nəqliyyat və kommunal xərclər artdığı üçün veteranların da müavinətləri artırılacaq:

"Fikrimcə, müharibə iştirakçılarının müavinətləri 130-150 manat aralığında olacaq. "Veteranam" deyib, sui-istifadə etmək də olmaz. Bu gün elə veteran var ki, həkim, müəllim, sürücü, hansısa müəssisədə mütəxəssis olaraq çalışır. Lakin yenə də 80 manat müavinətini alır və almalıdır. Qeyd edim ki, əlillik dərəcəsi olan şəxslər dövlətdən təqaüd alırlar. Bəziləri qəsdən veteranların aldığı 80 manatı təqaüd kimi qələmə verib, araya narazılıq salırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3778   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb, Azərbaycan siyahıda yoxdur

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb. Həmin şəhərlərin siyahısını təqdim edirik:. 1. Sürix, İsveçrə. 2. Oslo, Norveç. 3. Kaberra, Avstraliya. 4. Cenevrə, İsveçrə. 5. Sinqapur. 6. Kopenhagen, Danimarka. 7. Lozanna, İsveçrə. 8. London, İngiltərə. 9. Helsinki, Finlandiya. 10. Əbu-Dabi, BƏƏ. Ağıllı şəhə

29 aprel
.

"İnək sağmışam, əkin əkmişəm, toyuq-cücəyə baxmışam" - Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT

ın "Rəsmilərlə qeyri-rəsmi" rubrikasında növbəti qonağımız, deputat Jalə Əhmədovadır. - Jalə xanım, haqqınızda araşdırma aparanda daşıdığınız vəzifələri oxuyanda nəfəs kəsilir. Deputat, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətlər

26 aprel
.

Musabəyovdan rüsvayçı AÇIQLAMA: "Deputatın lazım görülməyən bir məsələni aktuallaşdırması və gündəmə gətirməsi yersizdir" - ŞƏRH

Xəbər verdiyimiz kimi, İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı -a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, deputat Rasim Musabəyovun dediyi fiki

29 aprel
.

"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA

Bu gün terror təşkilatlarına qarşı mübarizə təkcə döyüş meydanında deyil, həm də çoxşaxəli şəkildə aparılmalıdır. İnsan həyatını asanlaşdırmaq, ünsiyyət mühitini yaxşılaşdırmaq və genişləndirmək üçün ortaya çıxan yeni ünsiyyət vasitələrindən biri olan sosial media dövlətlərlə terror təşkilatları arasınd

29 aprel
.

Köhnə, baxımsız, nasaz liftlər: Sakinlərin problemi nə vaxt həllini tapacaq? - VİDEO

Liftin şaxtası var, amma özü yoxdur. Təhlükənin miqyasını təsəvvür etmək mümkündür. Liftin çağırırsan və qapı açılır. Diqqətsizlik edib qarşıya baxmadan ayaq atırıq. xəbər verir ki, problem ilə bağlı sakinlər "Aztv Xəbər"ə danışıblar:. "Bu bina 1970-80 ci illərdə tikilib. Amma liftin yenilənməs

29 aprel
.

"Özünə hörmət edən bunu eləməz" -Bu restoranları CƏRİMƏ GÖZLƏYİR - VİDEO

Bakıdakı şadlıq saraylarında menyu qiymətləri 30-450 manat arasındadır. Menyu qiymətləri hər şadlıq sarayında təklif olunan xidmətlər və yeməklərin sayına görə dəyişir. Qiymətin aşağı olması keyfiyyətə öz təsirini göstərir. Bəzən şadlıq sarayında toya qatılanlar süfrəyə plov gətirilənədək təcili yardı

26 aprel
.

Dünyanın ən hündürboylu müğənnisi vəfat edib

Braziliyalı müğənni Mariya Felisiana 77 yaşında vəfat edib. O, dünyanın ən hündürboylu müğənnisi kimi tanınıb. Mariyanın boyu 2,25 metr idi. Qeyd edək ki, Felisiana 16 yaşından səhnədə çıxış edib. 10 yaşına qədər o, adi bir uşaq kimi hündür olub, lakin sonra kəskin şəkildə uzanmağa başlayıb. Felisian

29 aprel
.

1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO

"Allah bu cür zülmlərə bais olanları bağışlamayacaq heç vaxt. "HƏMAS" yaraqlılarının 2023-cü il oktyabrın 7-də İsrailə cəmi 2 minə yaxın yəhudinin həlak olmasıyla nəticələnmiş hücumundan sonra İsrail ordusunun Qəzzaya qarşı son 6 aydan çox müddətdə, demək olar ki, fasiləsiz hücum və bombardmanlar

26 aprel
.

Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİ

ABŞ Konqresinin üzvü, ermənipərəst və erməni lobbisinin sifarişlərinin icraçısı Dina Titus Azərbaycana qarşı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiyini bildirib. Onun sanksiya siyahısına 44 nəfəri daxil etməsi xüsusi diqqət çəkib və Ordumuzun tarixi Zəfəri ilə bitən 44 günlük müharibəy

29 aprel