"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA

"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMABu gün terror təşkilatlarına qarşı mübarizə təkcə döyüş meydanında deyil, həm də çoxşaxəli şəkildə aparılmalıdır. İnsan həyatını asanlaşdırmaq, ünsiyyət mühitini yaxşılaşdırmaq və genişləndirmək üçün ortaya çıxan yeni ünsiyyət vasitələrindən biri olan sosial media dövlətlərlə terror təşkilatları arasında yeni mübarizə sahəsi kimi qarşıya çıxır. Yaşadığımız dövrdə insanlar hər gün sosial mediadan aktiv şəkildə istifadə etməyə başlayıblar. Bu vəziyyət fərdlərin ünsiyyət vərdişlərini də dəyişib.Onsuzda sosial şəbəkələr arasında ən çox narazılıq edilən platforma "TikTok"dur. Çoxlu sayda insanın "TikTok"dan istifadə etməsi və ona nəzarət etməkdə çətinliyin olması terror təşkilatları tərəfindən bir fürsət olaraq görülür və təbliğat məqsədilə fəal şəkildə istifadə edilir.

Azərbaycanın "TikTok" platformasında terror qruplaşmaları yardım adı altında kampaniya başladıb. Bildiyimiz kimi, uzun müddətdir İsrail-Fələstin müharibəsi davam edir. Qəzzalılara yardım adı altında bu şəxslər vətəndaşlardan aldıqları vəsait ilə fəaliyyətlərini davam etdirməyə və özlərini maliyyələşdirməyə çalışırlar. Bu kampaniya və təbliğatların qarışısını almaq məqsədilə hansı addımlar atılır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, bu məsələ həqiqətən ən aktual problemlərdən biridir və bununla bağlı əhaliyə geniş maarifləndirmə xarakterli məlumatlar verilməlidir:
"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA"Cinayət Məcəlləsində terrorçuluq, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəslinə aiddir. Terrorçuluq xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Burada ictimai təhlükəsizliyi pozma, əhali arasında vahimə yaradılır. Dövlət və hakimiyyət orqanları, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qərarın onların xeyirinə qərar verilməsinə səy göstərilir. Ona görə bu cinayətləri törədənlərə kim yardım edirsə, maddi yardım göstərirsə, əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaiti və digər əmlaklar dolayısı yolla göndərilirsə, bunlar Cinayət Məcəlləsinin 214 - 1 maddəsi ilə cəlb olunurlar. Bu insanlar "TikTok"da belə hallara yol verirlərsə məsuliyyətdən yayınmırlar".

Şəmsəddin Əliyevin sözlərinə görə, həmin şəxslər könüllü olaraq müvafiq orqanlara etdiyi hərəkətlər ilə bağlı peşmançılığını bildirir və bununla əlaqədar müraciət edirlərsə, onların işlərində başqa cinayət tərkibli əməlləri yoxdursa, həmin şəxslər məsuliyyətdən azad oluna bilərlər:

"Cinayət Məcəlləsinin bu maddəsində nəzərdə tutulan və həmin əməli törədən şəxslər hakimiyyət orqanlarına vaxtında xəbər verməlidir. Belə hallar kütləvi informasiya vasitələrində bu şəkildə yayılırsa, bu da terrorçuluğa açıq şəkildə çağırışdır. Əgər həmin qruplaşmalara kömək adı altında maddi dəstək göstərirlərsə, terrorçuluq cinayətində nəzərdə tutulan əməllərin törədilməsinə açıq çağırış kimi qiymətləndirmək mümkündür. Ona görə də belə insanlar bu kimi hallara inanmamalı və yayınmalıdırlar. Çünki bu məlumatlar cəmiyyət arasında vahimə yaradır. Ona görə bunların baş verməməsi üçün həmin şəxslər zərərsizləşdirilməli və ictimai təhlükəsizliyin təmin olunmasına yönələn addımlar gücləndirilməlidir".

Əlbəttə ki, günümüzdə şəxslərin, xüsusilə gənclərin bu tip radikal qruplaşmalara qatılmasını sosial şəbəkələr ilə əlaqələndiririk. Əlbəttə ki, bu platformaların gənclər üzərində böyük bir payı var. Radikal qruplaşmalara qatılması şəxsin özünün iradəsindən də asılıdır. Müəyyən araşdırmalar onu göstərir ki, həmin radikal qruplaşmalara meyl edən insanlarda ailə faktoru və sosial mühitində bir xeyli rolu var.

Bəs bütün bunları nəzərə alsaq, hansı psixologiyada olan insanlar radikal qruplaşmanın qurbanı olur? Psixoloq Fərqanə Mehmanqızı saytımıza öz fikirlərini bölüşüb:
"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA"Psixoloji həssas olan insanlar ən çox radikal qruplaşmaların qurbanı olur. Çünki onların özlərini təsdiq etməyə ehtiyacı var. Ailədə və cəmiyyətdə özlərini təsdiq edə bilməyən insanlar psixoloji baxımdan həssas olurlar və həmin qruplaşmalarda özlərini güclü hiss edirlər. Radikalların eşitmə və analitik qabiliyyətləri olmur. Ona görə də o qrupda özlərini təsdiq etməyə daha çox meyillənir. Belə ki, onlar eşitmirlər və ancaq ittiham edirlər. Bu gün radikal qruplaşmalar onlara qatılan insanlardan "maşa" kimi istifadə edirlər. Psixoloji baxımdan həssas olan, özünəinamı aşağı və diqqət - qayğı görməyən insanlar özlərini ictimai cəmiyyətdə və ailə daxilində özlərini təsdiq edə bilməyənlər bu kateqoriya daxildir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1348   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun