Ağıza tüpürmək, dua ilə doğuzdurmaq: Mollaların fırıldağı və əsl TƏBABƏT

Ağıza tüpürmək, dua ilə doğuzdurmaq: Mollaların fırıldağı və əsl TƏBABƏT"O zamanlar boğazı ağrıyan şəxslər mollaya gedirdilər. Molla dualar oxuyub, ağızlarına tüpürər onların da boğazlarının ağrısı keçərmiş. Bu gün də bəzi ucqar rayonlar bu "müalicə metodu"na inanırlar".

Loğmanlarımızın tibbə miras qoyduğu "evdəyik". Buranı keçmişdə daha çox "Qaraşəhər müalicəxanası" kimi tanıyıblar. İndi elə həmin keçmiş binadayıq. Elə bizi də tibb elminin əsasını qoyan, Koss məktəbinin məzunu Hippokrat və onun andı "qarşıladı".

1984-cü ildə Azərbaycan SSR səhiyyə naziri Azərbaycan Təbabəti Muzeyinin yaradılması barədə əmr imzalayır. 2 il sonra rəsmi olaraq muzey 29 yanvar 1986-cı ildə açılır. Təbabətimizin mirasları 1889-cu ildə inşa edilmiş tarixi binada, keçmiş "Qaraşəhər müalicəxanası"nın binasında qorunub saxlanılır.

Lent.az komandası bu yazısında tibb tariximizin yaranmasından tutmuş, keçmişin müalicə metodlarını da sizə təqdim edəcək.

Muzey deyəndə köhnə, toz basmış rəflər, qıcırtılı pilləkənlər ağıla gəlir. Təbabət Muzeyində isə "xəstəxana qoxusu". Axı bura tibb, müalicə ilə bağlıdır. Amma düşüncələrimiz bizi yanıltdı. Divarlarda səliqə ilə həkim və tibb işçilərinin fotoları, müalicəvi otlar, keçmişin ilk tibbi alətləri xronoloji ardıcıllıqla düzülüb.

Binanın girişində bizi muzeyin direktoru Sevinc Maniyeva qarşılayır. Onun sözlərinə görə, fondda ümumilikdə 13 845 əşya saxlanılır:

"Onlardan 8 162-si əsas, 5 683-ü köməkçi fonda aiddir. Fond daim yeni materiallarla zənginləşir. Muzeyin ekspozisiya zallarında isə minə yaxın eksponat nümayiş olunur. Bu eksponatların bir qismi həkim və tibb işçilərinin özləri tərəfindən, bir qismi isə onlar vəfat etdikdən sonra ailə üzvləri tərəfindən muzeyə bağışlanıb".

Muzeyin ekspozisiyası II mərtəbənin 9 zalında yerləşdirilib. I zal. Həkimlərin andı.

Təbabətin çox qədim tarixi vardır. O, insanla bərabər meydana gəlib, empirik sürətlə inkişaf edib, yeni müalicə metod və vasitələri ilə zənginləşib. Zalın girişində elmi tibbin əsasını qoyan, Koss məktəbinin məzunu, həkim ailəsindən çıxmış Hippokratın büstü və "Hippokrat andı" qarşılayır.

Böyük alimin əsas ideyaları var idi: xəstənin yatağı üzərində müşahidə, ayrı-ayn xəstəliklərin simptomologiyası, xəstəliyin etiologiyasında xarici mühitin rolu, mediko-topoqrafik təsvir, gigiyena diyetik müalicə metodları. Bütün bu ideyalar indiki vaxta kimi öz əhəmiyyətini mühafizə edib.

II zal. Küpə qoymaq, qan buraxmaq, sxolastik tibb, doğuş duası...

Ekskursiya aparıcısı Zemfira Dadaşova bildirib ki, xalq tibbini o zaman dəlləklər, aralıq mamaları, sınıqçılar yayırdılar:

"Hələ qədim vaxtlar empirik tibbin metod və vasitələrini tətbiq edirdilər. Bu nəsildən-nəslə keçərək yeni metod və vasitələrlə zənginləşmiş və onlardan bəzisi indiyə qədər gəlib çatıb. Xalq tibbini yayanlar dəlləklər, aralıq mamaları, sınıqçılar (sümük düzəldən) və başqaları idi. Bitki, heyvan və kimyəvi mənşəli zəngin dərman vasitələri arsenalı var idi. İndi də respublikanın ayrı-ayrı rayonlarında küpə qoymaq, qan buraxmaq, masaj kimi müalicə metodlarına rast gələ bilərsiniz. Talış zonasında banka əvəzinə həcəmətdən istifadə edirlər".

Z.Dadaşova qeyd edib ki, lakin dinin təsiri altında inkişaf edən sxolastik tibb deyilən metod və vasitələr var idi:

"Belə vasitələrdən əsasən din xadimləri, ruhanilər istifadə edirdilər (dua yazmaq, çöpçü) və bu da əhalinin sağlamlığına mənfi təsir göstərirdi. Bu aldadıcı metodlar Əzim Əzimzadənin çəkdiyi karikaturalarda öz əksini tapıb".

Zemfira xanımın dediyi kimi, Əzim Əzimzadə mollaların cahil insanları aldatdığı tüpürcək metodunu öz karikaturasında əks etdirib. Bu karikaturada boğazı ağrıyan kişinin molla qarşısında diz çöküb, ağzının açdığı əks olunub. Digər şəkildə təbii doğum prosesi təsvir edilib. Yenə molla dua oxuyaraq doğumu həyata keçirir. Növbəti rəsmdə isə molla uşağı ox və yay ilə qorxudaraq bir növ çıldaq edir (qorxuluğunu çıxarır). Möhür və digər dualar, oxunmuş boyunbağılar da bir sıra müalicəvi proseslərdə istifadə edilirdi.

Zalın daxilində bir qapı açılır, burada keçmişdə yaşayan bir ailə maketlərlə təsvir edilib. Təsvirdə xəstə kişini həyat yoldaşı bankalanma üsulu ilə sağaltmağa çalışır. Daha sonra, orta əsrlərdə həkimlərin istifadə etdikləri tibbi alətlərin imitasiyası rəssamlar tərəfindən hazırlanıb. Həcəmət, dəllək ülgücü, küpə. Bununla hicama prosesi həyata keçirilirdi.

Muzeydə 1900-cü, 1930-cu illərə aid olan tibbi alətlər - stomatoloqların, oftalmoloqların, laboratoriya şəraitində istifadə edilən cihazlar, mikroskoplar və s. sərgilənir. Hər biri də həkimlərin özləri və ya ölümündən sonra ailə yaxınları tərəfindən muzeyə bağışlanıb. Bir divarda isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bitkilər düzülüb. Bunlar xüsusi əttarlar tərəfindən toplanıb, hazırlanırdı.

İlk tibb işçisi geyimi, evakuasiya hospital.

Muzeydə eksponatlar arasında ilk tibbi işçinin geyimi də diqqətimizi çəkir. Eyni zamanda, Mustafa Topçubaşovun yad cisimlərin orqanizmdən çıxarılması ilə bağlı ixtira etdiyi cihazın imitasiyası da təsvir edilib. Bu ixtiraya görə, M.Topçubaşova 1978-ci ildə Nobel mükafatı veriləcəkdi, lakin erməni lobbisi buna mane olub.

İlk tibb işçisi geyimi, evakuasiya hospital.

Muzeydə eksponatlar arasında ilk tibbi işçinin geyimi də diqqətimizi çəkir. Eyni zamanda, Mustafa Topçubaşovun yad cisimlərin orqanizmdən çıxarılması ilə bağlı ixtira etdiyi cihazın imitasiyası da təsvir edilib. Bu ixtiraya görə, M.Topçubaşova 1978-ci ildə Nobel mükafatı veriləcəkdi, lakin erməni lobbisi buna mane olub.

1914-17-ci illərdə Bakıda vəba xəstəliyi sürətlə yayılmağa başlayır. Bu xəstəliyi qarşısını almaq üçün indiki Kliniki Tibbi Mərkəzin yerində 19 vəba barakaları yaradılır. Xəstəliyin qarşısı alındıqdan sonra barakaların hamısı sökülür. Və yerində adı üç dəfə dəyişilən, hər kəsin "Semaşko" kimi tanıdığı, indiki Kliniki Tibbi Mərkəz inşa edilir.

Zemfira xanım qeyd edib ki, o zaman traxoma göz xəstəliyinin qarşısını almaq üçün süni mazut gölməçələri yaradılıb:

"O zamanlar Bakıda asfalt, yaşıllıq ərazilər, demək olar ki, yox idi. Bakı indiki kimi "küləklər şəhəri" adlanırdı. O ərəfələrdə traxoma göz xəstəliyi geniş yayılır. Onun qarşısını almaq üçün isə süni şəkildə mazut gölməçələri yaradılmağa başlanılır".

1900-cü illərdə atılmış uşaqlar üçün "baby box"lar

O zamanlar tez-tez küçəyə atılan uşaqlarla qarşılaşıblar. Buna görə, atılan uşaqların həyatını xilas etmək üçün Bakıda uşaq evləri yaradırdılar. Zemfira xanımın sözlərinə görə, uşaq evlərinin qarşısında dəmir qablar qoyulurdu:

"Uşağından imtina edən şəxslər körpələri oraya atırdılar və qutunun qapağı açılıb-bağlananda içəridə zəng çalınırdı. Bu zaman qutuya uşaq atıldığını bilib, işçilər dərhal uşağı götürürdülər. Foto real həyatdan götürülüb. Dəmir qutuya atılmış uşağın şəklidir".

Fransanın gözəllik salonundakı Naftalan nefti, gizli məhlul...

Hələ qədim zamanlardan müalicəvi Naftalan nefti Nizaminin əsərlərində rast gəlinir, dillərə dastan olur. Məlumata görə, ilk dəfə Yeger adlı alman mühəndis Naftalan neftini araşdırmağa başlayır. Elə bu səbəbdən orada zavod tikdirir. Yeger zavodda Naftalan neftindən məhlul hazırlayır və tərkibini gizləyir. Elə məhlul da "Yeger" adlanır. Əl-əl gəzib Fransaya gedib çıxır. Fransada gözəllik salonlarında, kosmetoloji klinikalarda daha çox üzdə qırışların, qocalmaların qarşısını almaq üçün istifadə edilir. Uzun illər sonra bu məhlul Birinci Dünya müharibəsi dövründə yapon əsirlərin çantasından tapılır.

Görkəmli şəxsiyyətlər...

Muzeydə görkəmli şəxsiyyətlər, Azərbaycanda tibb elminə töhfə verən həkimlərin haqqında stendlər düzülüb. Bu şəxslər içində minlərlə insanın xəstəliyinə çarə olmuş akademik Zərifə Əliyeva guşəsi də mövcuddur. Bunlarla yanaşı, XX əsrin əvvəllərində milli azadlıq məfkurəsi üzərində köklənən vətənpərvər ziyalılar nəslinə mənsub həkimlərimizdən biri isə Xudadat bəy Rəfibəyli olub. Hər kəs onu fəaliyyəti dövründə heç bir xəstədən bir qəpik belə almayan ziyalı kimi tanıyıb, hörmət edib. O, yanına gələn xəstənin dərman almağa pulu olmayanda onun cibinə pul qoyur, ona müalicəsini davam etdirə bilməsi üçün maddi yardım göstərirmiş.

Və daha nələr-nələr...

9 zal özündə ayrı bir dövrü əks etdirir. Gəzdikcə, sanki, elmə, tibb tarixinə kiçik səyahət edirsən. Burdan yazacaq, danışılacaq çox şeylər var.

Bu da belə... Canınızı tüpürcəyə, mollanın duasına qurban verməyin. Sağlıqla qalın...


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 975   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. media-ayp. -ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizd

19 aprel 2025
.

"Ermənistan müharibə yolundan birdəfəlik imtina etməlidir" - Bəhruz Quliyev

Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zaman

11 dekabr 2024
.

İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hindin həyat hekayəsi həm ürək dağlayır, həm də insan iradəsinin gücünü göstərir. Ona nadir rast gəlinən, çox ağır gedişə malik və müalicəsi son dərəcə çətin olan "jele xərçəngi" - elmi adı ilə Pseudomiksoma Peritonei diaqnozu qoyulub. xəbər verir ki, hə

29 may 2025
.

Məşhur reper federal axtarışa verildi

Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. -a istinadən xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib. Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəs

27 yanvar 2025
.

Psixoloqlara görə, yalançını ifşa etməyin yeganə real yolu

Araşdırmalar göstərir ki, insanların yalanı aşkar etmə uğuru cəmi 54%-dir; bu isə təxminən bəxtəbəxt qərar vermək kimidir. Ekspertlər bildirirlər ki, göz təması aldatma üçün zəif göstəricidir, əsl ipucu isə hekayədəki detal çatışmazlığında gizlənir. xəbər verir ki, bir çox mədəniyyətdə gözü qaçırmağı

25 mart
.

"Vergi Məcəlləsində dəyişikliklər yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur" - Azər Əmiraslanov

Vergi Məcəlləsinə dəyişikliklər ilk növbədə qeyri-neft özəl sektorunda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır. xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin dövlə

21 noyabr 2025
.

Yaxşı yatmağa kömək edəcək üç "şah" məhsul

"Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya "sosial jet laq" adlanan vəziyyətdir". -ın -ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru, nevroloq Aleksey Danilo

24 noyabr 2024
.

Qəbələ Dəmiryolu Vağzalından şikayət… sərnişinləri buraxmadılar

Qəbələ Dəmiryolu Vağzalının gözləmə zalına sərnişinlərin girişinə icazə verilmir. xəbər verir ki, bu barədə sərnişin Həsən Hüseynzadə məlumat paylaşıb. O bildirib ki, heç bir sərnişin gözləmə zalına buraxılmır:. "Şikayətim Qəbələ Dəmiryolu Vağzalındandır. Qatarı gözləmək üçün istədim daxil ola

1 aprel 2025
.

Nəriman Axundzadə bu tarixdə ABŞ-yə yollanacaq

"Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir. xəbər verir ki, bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib. O, forvardın viza işləri tamamlana

12 fevral