Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildiriblər.
"Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar", - deyə məlumatda vurğulanıb.
Qeyd olunur ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb, əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər inzibati tədbirlər həyata keçirilir.
Ermənistan İstintaq Komitəsi həmçinin hərbçilərin əməllərindən peşman olduqlarını və vəziyyəti siyasiləşdirməməyi xahiş etdikləri barədə video yayımlayıb./Oxu.az
11:50
Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb.
Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.
"İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür", - deyə məlumatda bildirilib.
Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət veriləcək./Oxu.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 760 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNaxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI
Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd
2 mayO videodakı hərbçi Azərbaycanın xüsusi təyinatlısı deyil
Sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarındaTavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan videoda kənd ərazisində hərbi geyimdə olan bir şəxs görünür. Həmin hərbçinin Azərbayca
7 mayPrezident bir qrup mədəniyyət xadimini təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentini
9 mayRamin Məmmədov deputat mandatından məhrum edildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha
2 mayPrezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb
2 may