TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBQazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Sonxeber.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib:

"Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

13:58

Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

12:47

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb.

Bu barədə "Report"a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

12:22

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2078   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda Uşaq İncəsənət məktəbində 188 min manatlıq mənimsəmə - Cinayət işi başlandı

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlmat yayıb. Məlumata görə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilə

15 may
.

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Sabir İslam oğlu Mustafayev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Azərtac-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyini

15 may
.

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib. "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur. Qeyd edək ki, bun

15 may
.

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb. "Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmı

14 may
.

Sürücülərin DİQQƏTİNƏ! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətind

15 may
.

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrinin ru

15 may
.

Azərbaycanda tələbə qız vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib. xəbər verir ki, bu barədə ADPU məlumat yayıb. Qeyd olunub ki, o, universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası"nın 4-cü tədris ilinin tələbəsi olub

15 may
.

SDU-nun tələbəsi vəfat etdi

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb. Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğl

14 may
.

İnsanlarda travma yaradan psixoloqlar: Onların fəaliyyətini tənzimləyən qanun yaradılmalıdır" - Açıqlama

Bu gün Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi əyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans təşkil olunub. Konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan "Müasir Azərbaycan ailəsi" analitik hesabatının birinc

15 may