Oksana Rəsulova: "Ürəyimdə aktrisa olmaq arzusu ilə ginekologiya fakültəsinə daxil oldum"

Oksana Rəsulova: "Ürəyimdə aktrisa olmaq arzusu ilə ginekologiya fakültəsinə daxil oldum""Bu, rəqs müsabiqəsi yox, məhz kino ulduzu şousu idi. 6 mindən çox hindistanlı iştirak üçün kastinqə gəlmişdi. Mən 6 min adamın arasından seçilmiş 12 nəfərdən biri və yeganə azərbaycanlı idim. Yekunda o şounun qalibi oldum!"

Bu fikirləri "Kaspi" qəzetinə müsahibəsində aktrisa və prodüser Oksana Rəsulova deyib. O, teatr, kino və sənət haqqında danışıb.

- Sizdə Hindistana sevgi haradan yaranıb?

- Uşaqlığım Rusiyada keçib. O illərdə hind filmləri, musiqiləri dəbdə idi. Mən də çox sevirdim. Hind rəqsləri, hind dili maraqlı idi, öyrənməyə başladım. O vaxt internet yox idi. Mahnılara qulaq asırdım, subtitrlərə baxır, araşdırır, kitabxanada materiallar oxuyurdum. Belə-belə gördüm ki, mən artıq Hindistanı yaxşı tanıyıram. Artıq nəinki ştatları, küçələri də əzbər bilirdim. Bununla yanaşı, dərsimi də çox yaxşı oxuyurdum. Doqquzuncu sinifdə artıq aktrisa olmağa qərar vermişdim. Məni buna hind filmləri həvəsləndirmişdi. Amma atam razılıq vermədi. Ürəyimdə aktrisa olmaq arzusu ilə Tibb Akademiyasının ginekologiya fakültəsinə daxil oldum. Doqquz il təhsil alaraq həm ginekoloq, həm də dəri-zöhrəvi həkimi oldum. Bakıya gələnə qədər bir müddət Rusiyada ixtisasım üzrə işlədim.

- Rusiya Prezidenti Vladimir Putin xeyriyyə konsertində iştirakınıza görə sizə təşəkkür məktubu göndərib?

- Bəli. Oxuduğum akademiyanın özfəaliyyət dərnəkləri vardı, mən də rəqslə məşğul olmağa başladım. Orada bir çox nailiyyətlərim oldu, diplomlar aldım, akademiyamız mənim çıxışlarımla həmişə festivallarda yaxşı yerlər tutdu. Hətta 2006-cı ildə Vladimir Putin Moskvada xeyriyyə konsertində iştirakıma görə akademiyamıza təşəkkür məktubu göndərmişdi. 2005-ci ildə keçirilən müsabiqədə üçüncü, 2007-ci ildə ikinci dərəcəli laureat, 2009-cu ildə isə beynəlxalq müsabiqənin qalibi olmuşam.

- Niyə həkim kimi fəaliyyət göstərmədiniz?

- 2008-ci ildə Azərbaycana gəldim. Baxmayaraq ki, həkim idim, yaradıcılıq ruhu məni heç vaxt tərk etmədi. Burada müəyyən səbəblərdən küsdüm, kənara çəkildim. Başa düşdüm ki, Azərbaycanda həkim kimi fəaliyyət göstərə bilməyəcəyəm. Rusiyaya qayıtmaq istəmədim, yenidən rəqslə məşğul olmaq qərarına gəldim. 2008-ci ildə məktəb yaratdım. Hindistan səfirliyi ilə əlaqəli işlədim. Hindistanı Azərbaycana və Azərbaycanı Hindistana mədəniyyət baxımından ən çox tanıdan mən olmuşam. Hazırda rəqsdə olmasam da, onlarla işimi davam etdirirəm.

- "Bollywood"da təhsil almaq sizə nə verdi?

- 2009-cu ildən başladım filmlərə çəkilməyə. İlk çəkildiyim film "Mənim atam" festival filmi oldu. Ondan sonra film, reklam təklifləri gəldi. Düşündüm ki, bunun təhsilini almalıyam. 2012-ci ildə Hindistana "Bollywood"da Anupam Kherin aktyorluq məktəbində təhsil almağa yollandım. Bizə kamera altında düzgün işləməyi elə mükəmməl öyrətmişdilər ki, gündəlik həyatımızda da elə bilirdik hər yerdə kamera var. Orada olduğum müddətdə də bir çox kastinqlərə qoşuldum, reklamlara çəkildim.

- Bildiyim qədərilə Fuad Poladov filmə görə sizə xeyir-dua vermişdi...

- 2014-cü ildə Bakıya qayıdanda "Zaman atlı qatar" adlı filmdə baş rolda çəkildim. Elə həmin il öz prodakşnımı yaradaraq filmlər çəkməyə başladım. "Şər qarışanda" filmi prodüser kimi ilk filmim oldu. Kino sektorunda ən böyük dəstəkçim Fuad Poladov olub. O, filmlə bağlı "Oksana, mən bu filmə baxdım, elə bildim ki, bu sənin birinci yox, yüzüncü filmindir. Filmin ssenarisində, süjetində müəyyən səhvlər var, amma sənin oyununda heç bir səhv yoxdur, belə də davam elə", - dedi. Fuad müəllimdən bunu eşitmək mənim üçün həm xeyir-dua, həm də böyük bir məsuliyyət idi. Mən çox xoşbəxt idim.

- "Hindistanın ən parlaq kino ulduzu ol" şousunda qalib olmağınız necə reallaşdı?

- 2014-cü ildə Hindistanda "Racc Kapur film studio"da keçirilən, ZTV-də yayımlanan "Hindistanın ən parlaq kino ulduzu ol" adlı realiti şouda iştirak etdim. Bu, rəqs müsabiqəsi yox, məhz kino ulduzu şousu idi. 6 mindən çox hindistanlı iştirak üçün kastinqə gəlmişdi. Mən 6 min adamın arasından seçilmiş 12 nəfərdən biri və yeganə azərbaycanlı idim. Yekunda həm də o şounun qalibi oldum!

Şou boyu bizə müəllimlər səhnə, aktyorluq, düzgün tələffüz, rəqs, bədən dili, gimnastika, yoqa və s. öyrədirdilər. Hər həftə sonu şou bütün Hindistana yayımlanır, SMS vasitəsilə həftənin qalibi seçilirdi. Xarici vətəndaş bir mən olduğumdan daha çox diqqət mərkəzində idim. Hər həftə çıxışım zamanı bayrağımız dalğalanırdı və finalda bayrağımız qaldırılan an çox böyük sevinc və qürur hissi yaşadım.

Artıq ölkəmizi də tanıyır, mənə "Oksana from Azerbaijan" deyirdilər. 2012-2017-ci illər ərzində Hindistanda seriallar, reklamlar, sosial çarxlarda yer aldım. Azərbaycanda 16-17 filmdə baş rolda və bir neçə serialda çəkildim. Öz prodakşnımda isə "Şər qarışanda", "Mələyin öpüşü", "Sevgi romanı" adlı üç film, "Lal yuxu", "Yalan həqiqət", "Son nəfəs", "Sara" seriallarını ərsəyə gətirdim.

- Sizcə, teatrın ruhu, canı nədir?

- Teatrın ruhu əsərdir, bədəni aktyordur. Digər tərəfdən isə səhnə bədəndir, ona ruh və can verən aktyorun özüdür. Hazırda Vidadi Həsənovun yaratdığı "M Teatr"ın səhnəsində müxtəlif obrazlar yaradıram. Bu, mənə xüsusi zövq verir. Özümü burada tapdım, hiss etdim. Nə gözəl ki, böyük sənətkarımız Vidadi Həsənov mənə inandı, güvəndi. Həmçinin aktyorlar Ziya Ağa, Etibar İbadullayev və digərləri mənə dəstək oldular. Hamısına minnətdaram. Nə gözəl ki, "M teatr" var. Və nə gözəl ki, mən də "M teatr"dayam!


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1249   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi

Müğənni Təranə Qumral həmkarı Əli Mirəliyevə ömürlük cəza verilməsini istədiyini bildirib. O, Əli Mirəliyevin bütün həmkarlarını tənqid etdiyini deyib:. "Əli müəllim dostumdur, bilirəm ki, heç nə deməyəcək. Özündən başqa heç kəsi bəyənmir. Ona görə də ona ömürlük cəza verilməsini istəyirəm"

21 oktyabr
.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18 oktyabr