Nənəsinin çömçəsini və oxlovunu "murdarlayıb" şöhrət tapan sənətkar

Nənəsinin çömçəsini və oxlovunu "murdarlayıb" şöhrət tapan sənətkarOnun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinin xəzinəsi hesab olunur. Milli musiqi salnaməmizdə müstəsna yer tutur. O, XX əsrin 50-ci illərinin sonunda - böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan tamaşaçı sevgisini qazana bildi. Qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi tanınaraq sevildi. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib. Bu gün çoxları onun yolunu gedib, onun kimi virtuoz ifaçı olmağa çalışırlar. Amma...

"Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

Publika.az xəbər verir ki, bu gün musiqi tariximizin ən gözəl səhifələrinə adını ömürlük həkk edən Xalq artisti, kaman ustadı Habil Əliyevin doğum günüdür.

Habil Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəyir. Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında başlayıb.1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərib. O, 1956-1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Hələ uşaqlıqdan kamançaya həvəs göstərdiyini deyən sənətkar anası Nisə xanımın çömçəsi və oxlovu ilə kamança çalırmış:

"Anam əlindən çömçəni yerə qoyan kimi çömçəni, oxlovu götürüb dizimin üstünə qoyur, çalmağa başlayırdım. Yazıq arvad deyirdi dəymə, murdarlayırsan. Evimizin balkonunda otururdum, nə isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Bir də görürdüm, qonşudan ağı səsi gəlir, qara kağız gətiriblər. Bir gün bizə də böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki, ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə "sağ ol" deyəcək. Amma gəlmədi... Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim. Qarnımız ac, əynimiz çılpaq, əziyyət çəkirdik. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam. Hürən itdən də qorxurdum".

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla öz dəsti-xəttini yarada bilib. Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Paqanininin ifaçılığı ilə müqayisə edirlər. Sənətkarın ifasında "Sarı gəlin", "Qaragilə", "Sona bülbüllər" və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambikdə qastrol səfərlərində olub. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqimizə, muğamlarımıza geniş şöhrət qazandırıb.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab edən Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif mükafatlara, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Tanrısı hesab olunan Şajaryan Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

Habil Əliyev həm də son dərəcə hazırcavab, baməzə, müdrik insan kimi tanınıb və yaddaşlarda qalıb.

Habil Əliyev vəfatından bir müddət əvvəl Təbrizdə baş tutan konsertində kamança ilə ağlayaraq belə vidalaşıb:

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Habil Əliyev 2015-ci il sentyabrın 8-də 89 yaşında vəfat edib və 1-ci Fəxri Xiyabanda dəfn olunub.

Çıxışlarında həmişə deyərdi ki, mən kamançadan çox razıyam, inanıram ki, kamançanı utandırmamışam. O da məndən razıdır. Razı olan bir tək kaman deyil, ustad. Bütöv Azərbaycan sizdən çox razıdır. Kaman Habilin şəxsiyyəti və musiqisinə görə. Ruhunuz şad olsun.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1967   Tarix: 29 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu

18 avqust
.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun