""Bəxt üzüyü-2" filmində çəkilməyi Firəngiz xanıma mən tövsiyyə etdim, kaş çəkilməzdi, filmi görüb utandım"

""Bəxt üzüyü-2" filmində çəkilməyi Firəngiz xanıma mən tövsiyyə etdim, kaş çəkilməzdi, filmi görüb utandım""Balaca uşaq idim. Bəlkə də o vaxt 7-8 yaşım olardı. O zaman ancaq Dövlət televiziyası var idi. Televiziyada izlədiyim, uşaq ikən dinlədiyim iki ifaçı var idi. Sərxan Sərxan və Firəngiz Rəhimbəyova. Firəngiz Rəhimbəyovanın ifası eşidiləndə ekran qarşısında dayanıb ona baxardım. Firəngiz xanımın ifasında dəyərli bəstəkarımız Eldar Mansurovun "İnanıram sevgiyə" adlı mahnısı var. Bu mahnını çox sevirdim. Mətni anlamırdım, 7-8 yaşında uşaq sevgi mahnısından bir şey anlamayacaq. Amma musiqi, Firəngiz xanımın səsi o qədər gözəl idi ki, məni uzaqlara aparırdı. Mən deyərdim ki, həmin mahnı ilə onun vurğunu oldum"

Bunu Moderator.az-a açıqlamasında Amerikada yaşayan tanınmış aparıcı Səxavət Nur deyib. O bildirib ki, Firəngiz xanımla illər sonra yaxın dostluqları başlayıb.

"İllər sonra Firəngiz xanımın Amerikaya getdiyini eşidib çox üzülmüşdüm. 90-cı illərin əvvəlləri idi. İstəyirdim ki, oxusun, elə bilirdim bir daha onu görməyəcəm. İllər sonra radioya gəldim. Çünki radio və televiziya mənim uşaqlıq arzum idi. Firəngiz xanımın mahnılarını efirimdə səsləndirirdim. 2001-ci ildə Firəngiz Rəhimbəyova Azərbaycana gəlmişdi. Bunu eşitdim və dərhal onunla əlaqəm saxladım. Onu efirimə dəvət etdim. Firəngiz xanımla enerjimiz tutdu, dostluğumuz başladı. Ondan sonra artıq Firəngiz xanımla tez-tez danışmağa, zəngləşməyə başladıq. Bir-birimizdən tez-tez xəbərimiz olurdu. Mən bir dost qazanmışdım. Çox güman ki, Firəngiz Rəhimbəyova da mənim timsalımda bir dost qazanmışdı. Bu görüşdən sonra yenə o Azərbaycana gəldi, bizim evimizdə qonaq olub, bütün ailəmlə tanış oldu. 2012-ci ildə Firəngiz xanım Nyu-Yorkda konsert təşkil etmişdi. İstədi ki, həmin konsertin aparıcısı mən olum. Biz onunla bərabər səhnəni paylaşdıq. 2014-cü ildə mən Amerikaya köçdüm. Bu dəfə onun ailəsində mən qonaq olub, həyat yoldaşı, ailəsi ilə yaxından tanış oldum. Düzdür, ikimiz də Amerika Birləşmiş Ştatlarında yaşayırdıq, amma aramızda böyük məsafə var idi. Nəticə etibarı ilə Amerikaya köçməyim bizi heç də yaxınlaşdırmadı, aramızda məsafə var idi. Təxminən 5 saatlıq yol idi. Mən Vaşinqton, o isə Los Anceles ştatında yaşayırdı. Tez-tez zəngləşib, məsləhətləşirdik. Sonuncu dəfə ad günündə onunla danışmışdım. Deyirdi ki, gələcək Vaşinqtona, evimdə qonaq olacaq. Belə oldu ki, ad günündən sonra da ölüm xəbərini eşitdim. Firəngiz xanım mənim xatirələrimdə gülərüz, mehriban, aydın qalıb. Düşünürəm ki, Firəngiz xanım dünyaya nə üçün gəldiyini anlamışdı. Hər bir insanın doğulduğu gündən bəri beynində dolaşan bir sual var ki, mən nə üçün doğulmuşam?! İllərlə biz bu suala cavab axtarmağa çalışırıq. Firəngiz xanım bu sualın cavabını tapmışdı. Həyatından da çox razı idi" deyə aparıcı bildirib.

Səxavət Nur Firəngiz Rəhimbəyovanın Azərbaycanı tərk etməsi ilə bağlı suala belə cavab verib.

"Açığı bu sualı Firəngiz xanımdan heç vaxt soruşmamışam. Filmdə olanda belə ondan soruşmadım ki, niyə Azərbaycanı tərk etdiniz? Bir çox səbəblər ola bilərdi. Amma bir şeyi əminliklə bilirəm ki, Firəngiz xanım Amerikaya ulduz olmaq üçün, Hollivud arzusu ilə gəlməmişdi. Çünki onunla bağlı addımlar da ata bilərdi. O Amerikaya sadə və sakit həyat yaşamaq üçün gəlmişdi. Həmişə deyirdi ki, burada mənim qohumlarım yaşayır, onlara yaxın olmaq üçün bura gəlmişəm. Bir çox səbəblər ola bilərdi, övladının gələcəyi üçün bəlkə də gəlmişdi. Əslində o qədər yaxşı anlayıram onun Amerikaya köçüb gəlməyini. Buna çox şey təkan ola bilər. Və yaxud hansısa şəxsi münasibətlər səbəb ola bilər. Dəyərli bir insanı itirəndən sonra onun yaşadığı yerdən uzaqlaşıb çıxıb getmək istəyirsən. Bunun üçün də ən çox sevdiyin sənətini də qurban verirsənsə bunun nə demək olduğunu mən daha yaxşı başa düşürəm. Bu sualı heç vaxt ona vermədim və o da heç vaxt danışmadı" deyə o bildirib.

Səxavət Nur bildirib ki, "Bəxt üzüyü-2" filmində çəkilməyini aktrisaya o tövsiyyə edib.

"Firəngiz Rəhimbəyova hər kəsin fikrində "Bəxt üzüyü" filminə görə aktrisa kimi qalıb. O professional musiqi ifaçısı idi. Deyərdim ki, 80-90-cı illərdə Azərbaycan estrada musiqisinin ən uğurlu ifaçılarından biri idi. Bunu onun köhnə ifalarına qulaq asanda da görmək olur. Bu qədər maraqlı bir ifaçı idi. Firəngiz Rəhimbəyovadan sonra gələn bir çox Azərbaycan estrada ulduzlarının onu təqlid etdikləri göz qarşısındadır. Mən deyərdim ki, estrada ifaçısı olaraq onun yaratdığı maraqlı bir obraz var idi. Sonra artıq "Bəxt üzüyü" filminə çəkilmişdi, aktrisa kimi özünü sınamışdı. Çox da uğurlu alınmışdı. Azərbaycan estrada musiqisini sevənlər Furəngiz Rəhimbəyovanı ifaçı kimi onsuz tanıyırdı. Böyük bir kütlə isə onu aktrisa kimi "Bəxt üzüyü" filmindən sonra tanıdı. Mən deyərdim ki, həqiqətən də çox uğurlu bir rol oldu. Hətta xatırlayıram, bir neçə il bundan əvvəl "Bəxt üzüyü" filminin 2-ci hissəsi çəkilərkən Firəngiz xanım mənimlə əlaqə saxladı. Dedi ki, belə bir təklif gəlib, "Bəxt üzüyü" filminin 2-ci hissəsi çəkilir, bilmirəm qəbul edim yoxsa yox?! Dedim ki, Firəngiz xanım, indi Azərbaycan dəyişib. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Azərbaycan kinosu, incəsənəti bir az durğunluq yaşadı. İndi artıq hər şey professional şəkildədir. Bizdə çox dəyərli, işini bilən insanlar var. Xüsusilə də kino sahəsində artıq yaxşı filmlər çəkilməyə başlayıb, məncə qəbul edin. O da bu təklifi qəbul etdi. Açığı mənimlə ssenarini də paylaşmışdı. Senari yaxşı səslənirdi. Film ekranlara çıxandan sonra mən utandığımdan bir müddət onunla danışmadım. Çünki ona həmin məsləhəti verdiyimə görə çox peşman olmuşdum. Kaşki "Bəxt üzüyü" filminin 2-ci hissəsi heç çəkilməzdi" deyə Səxavət Nur bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1424   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi

Müğənni Təranə Qumral həmkarı Əli Mirəliyevə ömürlük cəza verilməsini istədiyini bildirib. O, Əli Mirəliyevin bütün həmkarlarını tənqid etdiyini deyib:. "Əli müəllim dostumdur, bilirəm ki, heç nə deməyəcək. Özündən başqa heç kəsi bəyənmir. Ona görə də ona ömürlük cəza verilməsini istəyirəm"

21 oktyabr
.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18 oktyabr