Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?

Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?Tale Elxanı çox ağır sınaqlara çəkdi... "İnsan çox şeyə dözə bilər" deyirlər, amma dözmək olmur. İmtahanlar çox ağır olur. Ünsiyyətcil, hamıya yanan, hər kəsə əl tutan nadir insanlardan idi Elxan Qasımov. Yaradan ona istedad, bacarıq, məhəbbət, ilham, şuxluq, enerji vermişdi. Sözün əsl mənasında hərtərəfli şəxsiyyət idi.

Sevməyi bacarırdı. Sevgi paylamağı bacarırdı.

Bir rolu ilə xalqın ürəyində həmişəlik yer tutmaq hər aktyora nəsib olmur. "Nəsimi", "Babək" kimi "Şofer Əhməd" də tarixdə qalmağı bacaran obrazlar sırasındadır.

Publika.az xəbər verir ki, bu fikirlər sevilən aktyor, istedadlı rejissor, Əməkdar artist Elxan Qasımovun Dövlət Film Fondunda keçirilən anım günündə səsləndirilib.

İnsanı yaşadan onun yaddaşıdır. Elxan Qasımov onu tanıyanıların yaddaşında gözəl qalmağı bacarıb. Buna yüksək insani keyfiyyətləri qədər istedadı, bacarığı da səbəb olub. Dostları üçün onu yad eləmək çətin idi, eyni zamanda həm də böyük fəxr idi.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyir ki, Elxan Qasımov Azərbaycan Film Kinostudiyasının sütünlarından biri idi. O, canlı tarixi idi kinostudiyanın.

"Bir il keçdi, iki il də keçəcək. Həyat öz axarında davam edir. Çox heyif ki, Elxan müəllim bu günləri görə bilmir. Çox tez ayrıldı aramızdan . Onun yoxluğunu biz həmişə hiss edəcəyik. Mənim üçün onun haqqında keçmişdə danışmaq, açığı çox çətindir. Bu illər ərzində biz dost olduq. Onun Azərbaycan kinosu ilə bağlı fikirləri həmişə mənim üçün önəmli olub".

Elxan Qasımovla 60 ildən çox dostluq edən Xalq artisti, rejissor Xamis Muradov yeri dolmayacaq bir dostunu itirdiyini, onun yoxluğuna hələ də alışmadığını deyir.

"Hər şeyin başlanğıcı və sonu olur. İnstitutda oxuyanda 5 nəfər dostluq yaratmışdıq. Bizə "beşlik" deyirdilər o vaxt İncəsənət İnstitutunda. Ən böyüyümüz Fikrət Əliyev idi, Fikrətdən bir-iki yaş balaca Tofiq Məmmədov idi. Tofiqdən də iki yaş balaca mən idim. Məndən də iki yaş balaca Elxan idi. Bizim aramızda yaşı bilinməyən bircə Xalq artisti Şeyx Əbdüldür (gülür). Elxanla 61 ildir ki, yol gedirdik. O dünyasını dəyişən vaxt biz onunla qonşu idik, eyni binada, bir blokda yaşayırdıq. Yaxşı insan idi, çox əvəzsiz ata idi. Kinostudiyanın bir xeyri-şəri Elxansız olmazdı. Özü də yüksək təşkilatçılıq qabiliyyəti var idi. Hər şeyi elə səliqə-səhmanla yerbəyer edirdi, məəttəl qalırdı adam. Biz beş dost həmişə aramızda danışanda deyirdik ki, Elxan, bizi sən basdırarsan. Həyatın işini bilmək olmur. Biz onu düz bir il əvvəl son mənzilinə yola sadıq. Qəribə həyatdır, nə deyəsən..."

Xalq artisti, rejissor Şeyx Əbdülü bir xeyli müşahidə elədim. Yaman fikirli idi. Yaxınlaşıb müsahibə almaq istədiyimi deyəndə dərindən bir ah çəkib" elə bilirsən asandır, qızım?" dedi. Çiynində o dünyaya getmək istədiyin adam səndən əvvəl ölür...

"Bizim Elxanla dostluğumuz tələbəlik illərindən başlayıb, 1962- ci ildən. Mənim üçün danışmaq çox ağırdır. Bir ildir ki, Elxanın yoxluğuna alışa bilmirəm. Bax bu əynimdəki kostyumu cüt almışdıq onunla.O rəhmətə gedəndən geyinmirdim bu kostyumu. Bu gün onun anım gününə geyinib gəldim. Adam var, evdən gedir, adam var, eldən gedir. Elxan həm evdən getdi, həm eldən getdi, həm də bizim içimizdən getdi. Özü də məni atıb, aldadıb getdi. Bax bu "beşlik" (Film Fondun Foyesində sərgilənən foto stenddəki şəkillərdən birini göstərir) artıq parçalanıb, ikisi bizi qoyub getdi. Üçümüz qalmışıq. Qəribədir ki, ən kiçiyimiz də Elxan idi. Əhdi-peyman etmişdik ki, bizim hamımızı o dəfn edəcək. Çünki o, bizi layəqətlə, şərəflə son mənzilə yola salacaqdı. O, təşkilatı məsələlərdə çox böyük ustad idi. Və birdən Elxanın belə qəfil getməsi... Ölümlə-qalım arasında Elxan Qasımov adında bir dostumuz var. Və bu dostluq əbədiyyətə köçürülən, həkk olunan bir dostluqdur. Əminəm ki, biz axirətdə də bir yerdə olacağıq".

Elxan Qasımovu ölümündən əvvəl ən son görən prodüser, jurnalist Vasif Ayan onu belə xatırlayır.

"Rasim Balayevə həsr edilən yaradıcılıq gecəsi keçirilirdi. Mən də dəvətli idim.. Bu mötəbər tədbiri Elxan Qasımov idarə edirdi. Həmin gün Elxan Qasımov çox hərəkətli, enerjili və qıvraq idi. Tədbir bitəndən sonra evə getmək üçün Elxan müəllimə taksi sifariş verdim. Yol boyu arxada əyləşən Elxan müəllimlə maraql söhbətlər edirdik. Kefi yaxşı idi. Hiss etdim ki, sürücüyə bizim söhbətlərimiz çox maraqlı gəlir. Dedim, "qardaş, Azərbacan filmlərini sevən adamsan?" Dedi hə, çox sevirəm və baxıram. Dedim ki, "Əhməd haradadır? filminə baxmısan?" Güldü, "əlbəttə o qədər" dedi. Dedim, " O filmdə şöfer Əhməd yadındadır?" Dedi, "hə". Dedim, "Bax arxada oturan Elxan müəllim həmin o şofer Əhməddir…" Sizi inandırım ki, oğlanın gözü işıqlandı və çaşqınlıqla həm güzgüdən, həm də çevrilərək Elxan Qasımovun üzünə baxdı. Gülümsədi, dedi: "Doğrudan odur?" Dedim, "Əlbəttə". Gəlib Elxan müəllimin mənzilinə çatdıq. Oğlan pul götürmək istəmirdi: "Qonağım olun. Heç zaman ağlıma gəlməzdi ki, şofer Əhməd mənim maşınıma minər, mənim müştərim olar". Hətta maşından düşdü, xahiş etdi ki, onun şəkilini "şofer Əhməd"lə çəkib. Elxan müəllim əlindəki gül dəstəsini dekor olaraq oğlana verdi. Onların şəkilini şəkdim. Xeyli minnətdarlıq etdi. Elxan Qasımov ikimizlə də sağollaşıb getdi. Və bu, son görüş oldu. Əslində maşının içində onunla söhbət edəndə dedim ki, "Elxan müəllim, bu həftə sizinlə iki görüşüm olacaq. Bir Ənvər Həsənovun kitabı üçün qısa müsahibə, bir də öz verlişimin üçün görüşümüz. Danışdıq?" Elxan Qasımov təbəssümlə gözlərimin içinə baxıb asta səslə dilləndi: "Sən elə yaxşı da planlamısan ki, bu həftə çəkirsən. Bəlkə mən heç sabaha sağ çıxmadım, artıq günü planlaşdırmısan. Nə bilirsən sabah necə olacam?" Dedi və gülümsədi. Çox qəribədir, sanki ölümünü hiss edibmiş.

Bir də qəribə paradoks o oldu ki, Elxan Qasımovu bütün ölkəyə tanıdan 18 yaşında çəkildiyi "sürücü Əhməd" obrazı idi və ölümündən öncə son dəfə şəkil çəkdirdiyi adam da sürücü oldu. Bu, həqiqətən də qəribə paradoksdur..."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1164   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr