İfası ilə sosial mediada gündəm olan taksi sürücüsü: "Barış Manço sağ olsaydı..."- FOTO
Oxuduğu mahnı ilə sosial mediada gündəm olan taksi sürücüsü haqda sizə xəbər vermişdik. Hər kəs ondan yazdı, onun ifasını paylaşdı və ünvanına təriflər yağdırdılar. Bu ifası həqiqətən də onun həyatını dəyişdi.
Həmin taksi sürücüsü Pərviz Zeyn Moderator.az-a açıqlama verərək bildirib ki, hər şey türk vətəndaşı olan xanımın avtomobilinə əyləşməsindən sonra baş verib.
"Mən bir ay idi ki, sırf taksi fəaliyyəti ilə məşğul olurdum. Əvvəl də taksidə çalışmışdım. Gündüz saat 16:00 da Mərdanov qardaşları küçəsindən bir xanım taksimə minib, Dilarə Əliyeva küçəsinə getmək istədiyini bildirdi. 22 dəqiqəlik yol idi. Əslində məsafə yaxın idi, amma yollar tıxaclı idi. Maşına əyləşən kimi aurasını görüb həvəsləndim. Ona görə də Barış Mançonun mahnısını onun üçün səsləndirdim. Bu mahnının bir hissəsini oxumuşdum, ikinci hissəsinə də şəhidlərimizlə bağlı səsləndirdiyim sözləri yazmışdım. Müştəridən soruşdum ki, görün necə mahnıdır? O dəqiqə sual verdi ki, bunu kim oxuyub?! Dedim ki, mən oxumuşam. Söylədi ki, zarafat edirsiz?! Xanım türk vətəndaşı idi. Şəhidlərimizlə bağlı yazdığım ikinci hissəni məndən canlı oxumağımı xahiş etdi. Və icazə alıb mahnını lentə aldı. Taksidən düşəndən sonra mahnını paylaşıb. Bu heç bir məqsədyönlü hərəkət deyil, sadəcə olaraq bir təsadüf nəticəsində baş verdi. Gördüm ki, səhəri gün hamı məndən danışır, ünvanıma xoş sözlər deyirlər. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Mənim bu səmimi münasibətim taksi sürücüləri haqda ağıllarda olan bütün mənfi rəyləri bir anlıq da olsa unutdurdu" deyə Pərviz bildirib.
Müsahibimiz bildirib ki, o musiqi fəaliyyətini davam etdirmək istəyir.
"Musiqi ilə davam etmək istərdim, amma dəstək lazımdır. Mən bu sahədə təkəm. Düzdür, özüm də mahnılar yazmışam, amma dəstəksiz onları ərsəyə gətirib üzə çıxara bilmirəm. Barışmançonu çox sevirəm. Onun "Can bədəndən çıxmayınca" mahnısını gözəl oxuyurdum. Mahnıya sözləri də dostumun təkidi ilə yazdım. Hər dəfə deyirdim ki, Barış Mançonun üstündən nə söz yazım?! Bütün bu sözləri zəfərdən sonra yazdım. Barış Manço sağ olsaydı bəlkə də o da bəyənərdi bu ifamı. Həmin xanımın İT üzrə kiber təhlükəsizlik şirkəti var. Məni də orada işə götürdü. Hətta dedi ki, səni sıfırdan öyrədərəm də. Ona öz təşəkkürümü bildirirəm. Həyatımın dönüş nöqtəsi oldu" deyə sürücü bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş