"Flora xanım kimi oxuyurdum, dedilər ki, bizə ikinci Flora Kərimova lazım deyil" - FOTO

"Flora xanım kimi oxuyurdum, dedilər ki, bizə ikinci Flora Kərimova lazım deyil" - FOTO"Sənətə gələndən Flora xanımı sevmişəm. Hara gedirdimsə Flora xanım Kərimova kimi oxuyurdum. Bir gün Aztv-yə gedəndə orada kanalın baş redaktoru var idi. O vaxtı da səsə qulaq asıb sonra efirə buraxırdılar, indiki kimi deyildi. Elbrus müəllim səsimə qulaq asıb dedi ki, bu Flora kimi oxuyur, bizə ikinci Flora Kərimova lazım deyil. Gəlib oturub ağlayırdım ki, mən necə edim ki, özüm kimi oxuyum?! Sonra elə oldu ki, yavaş-yavaş özümü tapdım. Bu təbii ki, Flora xanıma olan sevgimə görə belə idi".
.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra illər öncə sənətdə çəkdiyi əziyyətli günlərdən danışıb.

"Bizim o vaxt çəkdiyimiz əziyyətləri heç bir müğənni bu gün çəkmir. Heç o günlərin bir gününü də yaşaya bilməzlər. Dözə bilməzlər. Biz dözümlü olmuşuq. Kalxozlarda, sovxozlarda, zəhmətkeşlərin qarşısında çıxışlar edirdik. İndikilər kimi bahalı otellərdə gedib qalmırdıq. Otellər də şəraitsiz idi. İki lapeti birləşdirib səhnə düzəldirdilər. Bəzən işıq sönürdü məcbur idik ki, lapma işığında oxuyaq", - deyə sənətkar bildirib.

Ruhəngiz Allahverdiyeva deyir ki, söz-söhbətdən, dedi-qodulardan hər zaman uzaqdır:

"Hər kəsin arxasınca danışırlar. Qulağım gündə 100 söz eşidir. Heç nə demirəm. Sonra o insanı görəndə nə salam verirəm, nə də ki, əlaqə saxlayıram. Soruşur ki, niyə belə? Deyirəm ki, yaxşı fikirləş, taparsan".
"Flora xanım kimi oxuyurdum, dedilər ki, bizə ikinci Flora Kərimova lazım deyil" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1109   Tarix: 07 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO

Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus

4 oktyabr
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB

Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya

24 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr