Namiq Qaraçuxurlu kimdir? - Özünə gəlinsiz toy edən, oğullarını gizlədən "Kazanova"

Namiq Qaraçuxurlu kimdir? - Özünə gəlinsiz toy edən, oğullarını gizlədən "Kazanova"Namiq Qaraçuxurlu kimdir? - Özünə gəlinsiz toy edən, oğullarını gizlədən "Kazanova"

Sonxeber.az Lent.az-a istinadən "Bioqrafiya" rubrikasında meyxanaçı Namiq Qaraçuxurludan bəhs edir.

- Namiq Qaraçuxurlunun əsl adı, soyadı necədir?

Onun rəsmi sənədlərdə adı Namiq Hilal oğlu Şükürov kimi yazılır. Yaşadığı Qaraçuxur qəsəbəsinin adını özünə təxəllüs götürüb.

- Namiq Qaraçuxurlunun neçə yaşı var?

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Qaraçuxur qəsəbəsində anadan olub.

- Namiq Qaraçuxurlunun ali təhsili var?

Yoxdur. O, 104 nömrəli orta məktəbi bitirib.

- Namiq Qaraçuxurlunun sənət yolu necə başlayıb?

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub. 1999-cu ildə ilk kaseti işıq üzü görüb. 2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert verib. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində konsert verib.

- Namiq Qaraçuxurlunun fəxri adı var?

Yoxdur, lakin o, fəxri ada layiq olduğunu düşünür.

- Namiq Qaraçuxurlu hansı müğənnilərlə duet oxuyub?

Uzun müddət Aygün Kazımova ilə duet oxuyan müğənninin ilk duet ortağı Könül Kərimova olub. Rəhim Rəhimli, Sevil- Sevinc bacıları, Xəyyam Quliyev, Əhməd Mustafayev, Əminə Şirinqızı ilə duetləri var.

- Namiq Qaraçuxurlunun neçə övladı var?

Namiq Qaraçuxurlu 3 övlad atasıdır.. O, illərlə ilk evliliyini və bu evlilikdən olan 2 oğlunu mediadan gizli saxlayıb. Bir zamanlar hamının xalq artisti Aygün Kazımovanın sevgilisi kimi tanıdığı və heç vaxt evli olmadığını deyən meyxanaçının uzun illər yalan danışdığı sübuta yetirilib.

Namiq Qaraçuxurlu uşaqlarının anası Solmazla evlənərkən çox gənc olub. Ailə qurarkən Namiqin 23, Solmaz xanımın isə 24 yaşı olub. Solmaz Şükürova 1977-ci il təvəllüdlüdür. Namiq isə 8 noyabr 1978-ci ildə doğulub. Hazırda hüquqşünas işləyir və subaydır.

Keçmiş cütlüyün rəsmi nikahı 30 avqust 2001-ci ildə Suraxanıda 2 saylı VVAQ-da bağlanıb. Rəsmi nikahdan sonra Solmaz Namiqin soyadını götürüb və Solmaz Şükürova kimi qeydiyyata alınıb.
Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar. Başı şou-biznesdə uğur qazanmağa qarışan Namiq Qaraçuxurlunun ailəsi qısa müddətdə dağılıb. Artıq 2004-cü ilin mart ayından onlar ayrılıblar. Bir ildən sonra isə rəsmən boşanıblar.

Namiq və Solmaz Şükürovaların rəsmi nikahı 2 dekabr 2005-ci ildə Suraxanı rayon məhkəməsində rozulub. Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat yoldaşına 2 ev bağışlayıb.

- Namiq Qaraçuxurlu Aygün Kazımova ilə sevgili olub?

-Meyxanaçı bunu özü gizlətsə də, Aygün Kazımova efirdə sevgili olduqlarını, 7 il ər arvad kimi yaşadıqlarını deyib. Sonradan Namiq Qaraçuxurlu Aygün Kazımovanı tərk edib.

- Namiq Qaraçuxurlu evlidir?

Bəli, o, özünə gəlinsiz toy edib, ikinci nikahından bir qızı doğulub. Xanımı bir zamanlar şou-biznesdə olsa da, sonralar peşəsini tərk edib.

- Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətləri indi necədir?

Uzun ayrılıqdan sonra bir araya gələn cütlük yenidən duet ortağı kimi məclislərdə tüğyan edirlər.

- Namiq Qaraçuxurlu ulduz həyatı yaşayır?

Öz dediyinə görə, yox. "Mən tam olaraq "ulduz həyatı" yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Heç bunu istəmirəm də. Mənə olmaz... Çünki çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, madiyyat və bu şərait olmayanda mənə ris təsir etməsin. Bəzi məqamlar var ki, orada qoyduğum qaydalardan çıxmıram. Misal üçün, öz dostumun məclisində necə ulduzluq edə bilərəm ki? Elə bir şey ola bilməz. Gördüyünüz kimi dostumun məclisinə tək gəlib, tək də gedirəm. 10 nəfər yanımda gətirim kimi şeylər ola bilməz. İşlə bağlı harasa xidmət göstərməyə getsəm, o zaman orada artıq sənətçi düşüncələri daha irəli gələcək",- deyə o bildirib.

- Namiq Qaraçuxurlunun neçə avtomobili var?

O, bir neçə bahalı avtomobilə sahibdir. Heç birini kreditlə almayıb.

"Heç vaxt kredit götürməmişəm. Qorxuram. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə bahalı maşında olduğumu hiss etmirəm. Sənətçi şəxsi qaraını bəzəyən lüks "Bentley" markalı avtomobilindən də söz açıb:

"Bahalı avtomobilin olmasını ulduz həyatı ilə əlaqələndirmirəm. Bizim o qədər bahalı maşın sürən sənətçilərimiz var ki, onlarda ulduzluqdan əsər-əlamət yoxdur. Və ya bizim lüks avtomobil idarə edən biznesmenlərimiz var ki, onlar ulduz deyillər. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk.

Mənim üçün bu cür məqamlar heç zaman vacib olmayıb. Ürəyim istəyib, bahalı maşın alıb, sürürəm. Mən ona da özümü öyrəşdirmirəm. Dostumun məclisinə adi bir avtomobillə gəlmişəm. Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm. Hərdən dadıram. O da ki, daimi deyil. Mənim üçün avtomobil ulduzluq yox, rahatlıq və komfortdur. "Bentley " avtomobilimi də ara-sıra sürürəm".

- Namiq Qaraçuxurlu üçün ən çətin şey nədir?

Müğənni bu suala belə cavab verib. "İstənilən ayrılığı çətin keçirirəm. Dostdan da ayrılanda çətin keçirirəm. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə belə, bunu çətin keçirirəm".

- Namiq Qaraçuxurlu sənətdən getmək barədə düşünür?

O, bu suala belə cavab verib: "Hərdən ağlıma gəlir ki, 5 və ya 10 ildən sonra bu sənətdən gedim. Bu kimi şeylər ağlıma gəlib-gedir. Amma indidən bunu açıqlaya bilmərəm. Gərək, bunu bir il öncədən deyim və buna hazır olum. Bu isə mənim üçün çox böyük məsuliyyətdir. Amma hələ ki, elə bir fikrim yoxdur".

- Namiq Qaraçuxurlu toylara neçəyə gedir?

Onun toy qonorarı 8 min manatdır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3330   Tarix: 09 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO

Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus

4 oktyabr
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB

Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya

24 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr