54 il eyni rolu oynadı: Helen Vaqnerin unikal nailiyyətinin hekayəsi
Lent.az "Kinofakt" rubrikasında dünya və Azərbaycan kinosunda baş vermiş maraqlı məqamlar, hadisələr, faktlar barədə məlumat təqdim edəcək. Bu gün rolu ilə birlikdə qocalan, düz 54 il eyni serialda rol alan Helen Vaqnerdən danışacağıq.
Amerikalı aktrisa Helen Vaqner heç vaxt kino şedevrlərində rol almayıb.
Vaqner "serial" aktrisa statusuna sahib idi. O, yalnız "Sabun" operalarının yaradılmasında iştirak edib.
Buna baxmayaraq, adı Ginnesin Rekordlar Kitabına düşüb.
O, eyni rolu yarım əsrdən uzun bir müddətdə oynadığı üçün rekordçu olub.
Vaqner 1918-ci ilin payızının əvvəlində ABŞ-ın Texas ştatında anadan olub. Monmout Kollecini bitirdikdən sonra Vaqner aktrisalığa başlayıb. 1950-ci illərdə bir neçə teleserialda rol alıb. 1956-cı ildə aktrisa ilk dəfə "Dünya fırlanan kimi" televiziya serialında Nensi Hughes rolunu oynayıb və bu rol onun taleyinə çevrilib.
Bu "Sabun operası" uzunömürlü oldu və düz 54 il davam elədi. Dünyanın ən uzunömürlü serialı kimi rekordlar kitabına daxil edildi. Ümumilikdə 54 mövsüm və 14 minə yaxın seriya nümayiş olundu.
Nensi Hughes 1956-cı ildən 2010-cu ilə qədər serialda aktiv personaj olaraq qaldığı üçün aktrisa Helen Vaqner öz rolu ilə birlikdə qocaldı.
Vaqner 2010-cu il mayın 1-də 91 yaşında vəfat edib. "Dünya fırlanan kimi" serialı aparıcı aktrisalardan biri olmadan uzun sürməyib. Son bölüm 2010-cu il sentyabrın 17-də yayımlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ
Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah
8 sentyabr 2021Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO
Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist
13 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021"Sirtaki"nin müəllifi olan bəstəkar öldü
Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd
3 sentyabr 2021Jan-Pol Belmondo vəfat etdi
Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm
6 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021