"Xəzər dənizində zərərli maddə var, insan onu udsa, bir sutkada ölər" –Qorxunc AÇIQLAMA

"Xəzər dənizində zərərli maddə var, insan onu udsa, bir sutkada ölər" –Qorxunc AÇIQLAMAHər il olduğu kimi, bu il də bəzi çimərliklərdə yüksək bakterioloji çirklənmə qeydə alınıb. Monitorinqi həyata keçirən aidiyyəti qurumlar bilavasitə çirklənmə aşkarlanan çimərliklərdə çimməməyi tövsiyə edirlər. Amma qızmar yay günlərində bölgələrə və xaricə istirahət üçün üz tuta bilməyən insanlar özlərini çimərliklrə atırlar. Çimərliklərdə isə aşkarlanan çirklənmə onların bu həvəsini öldürür desək yanılmarıq.

Məlumat üçün bildirək ki, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərində dəniz suyunun yüksək bakterioloji çirklənməsi göstəriciləri aşkarlanıb.

Buna görə də, adları çəkilən çimərliklərdən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.

Bəs insan özünü dənizdəki bakteriyalardan necə qorumalıdır?

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, Xəzər göl olduğuna və okeana çıxışı olmadığına görə, təmizlənmir:

"Yəni istər buradan, istərsə də digər ölkələrdən axan bütün kanalzasiya suları Xəzərə tökülür. Ona görə də deyərdim ki, Xəzərin suyu ən çirkli sudur. Nəzərə aldıqda ki, son dönəmlər Xəzərdə quruma prosesi də gedir, çirklilik bir az da artır. Okeana açılan dənizə getdikdə belə, yenə də ehtiyat tədbirlərini görmək lazımdır".

R.Bağırov qeyd edib ki, dənizə gedəndə birinci Günəş şüasından qorunmaq üçün səhər 11-ə qədər ara-sıra suya girib-çıxmaq lazımdır:

"Çünki suda çox qaldıqda ultrabənövşəyi şüalar insana zərər vura bilər. Ümumiyyətlə isə, günorta saat 16:00-a qədər Günəş şüasından qorunmaq üçün suda çox qalmaq olmaz. Lakin artıq saat 4-dən sonra Günəş şüası müəyyən bucaq altında düşdüyünə görə, insan dərisində elə də narahatlıq yaratmır.

Dəniz suyunun 1 mm-nə baxdıqda, o qədər mikroblar üzə çıxır ki... Ona görə də çalışmaq lazımdır ki, dəniz suyu ağıza getməsin. Bu baş versə belə, heç vaxt dəniz suyunu udmaq olmaz.

Təsəvvür edin, dəniz suyunun içində yosunların xırda hissəcikləri, sianobakteriyalar, gözlə görünməyən heyvanlar, molyuskalar və s. olur. Bununla yanaşı, dəniz suyunda birhüceyrəli bitki mənşəli zərərli maddələr olur ki, insan onu udsa, bir sutka içində ölər. Ona görə də birinci şərt odur ki, dəniz suyunu udmaq olmaz".

Qeyd edək ki, laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1329   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr