Övladını itirən Çinarə: "Yazıq sifətlə üzümə baxmayın" – VİDEO
"Şou-biznesdə nə qədər məni sevən, sevməyən varsa, hamı mənə ürək sözlərini yazdı. Sizə təşəkkür edirəm. Həqiqətən, bilmirdim ki, siz məni bu qədər sevirsiniz. Siz yazdığınız mesajlarınızla mənə güc verdiniz. Məni ayağa qaldırdınız. Düzdür, içimdə nə çəkirəmsə, Allahım buna şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz özümüz də istəmirdik. Amma Allahın bildiyi bir şey var, demək ki, belə olmalı imiş".
Sonxeber.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri bir neçə gün əvvəl doğulan körpəsini itirən aparıcı Çinarə Əliyeva sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.
Övlad itkisi ilə hələ də barışa bilmədiyini söyləyən televiziya ulduzu yaxın zamanda işinin başına dönəcəyini bildirib:
"Artıq özümü ələ almalıyam, çünki qarşıda işlərimiz var. Mənə çox çətindir. Neqativ şeyləri sevmirəm. Özünüz də bilirsiniz ki, mən, Çinarə hər zaman pozitivəm, deyib, gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər çatdırım. Allahın bir yazısı var imiş ki, bu, belə oldu. Yazdığınız mesajlarla mənə stimul verdiniz. Yaxın rəfiqələrim dedilər ki, analarımız bu xəbəri eşidib o qədər ağlayıblar ki... O anaların əllərindən öpürəm. Çox sağ olun ki, yanımdasınız. Bir qadın olaraq məni başa düşürsünüz. Hətta bəylər mənə o qədər yaxşı sözlər yazırlar ki...
Qarşıda aparacağım məclislər var. Buna görə də özümü ələ almalıyam. Xahiş edirəm, heç kim məni qınamasın. Onsuz da bir il sonra belə işimin başına qayıtsam, yenə də bilirəm, xoş olmayan sözlər yazılacaq. Çalışın ki, mənə dəstək olun. Həqiqətən, bu aralar mənim sizin dəstəyinizə ehtiyacım var. İşimə qayıdıb, verilişlərimi çəkməliyəm. Qarşıda xına məclislərim var. İstəyirəm ki, ev yiyələrinin qarşısına pozitiv çıxım, onların məclislərini gözəl idarə edim. Bu hadisələr ürəyimdə qalsa da, çalışacağam yavaş-yavaş unudum. İnşallah, Allah məni mükafatlandırar. Hər şey gözəl olar".
Çinarə, həmçinin onu görən şəxslərdən övladı ilə bağlı suallar verməməklərini xahiş edib:
"Sizdən ən böyük xahişim, mənə artıq suallar verməyin. Məni mənasız suallarınızla yormayın. Mənə yazıq sifət ilə baxmayın. Bilirəm ki, yenə də yaxınlaşıb "Niyə belə oldu?" sualını verəcəklər. Belə suallarla yaramı təzələməyin. Məni görəndə elə edin ki, sanki belə bir şey olmayıb. Bildiyinizi bilirsiniz, məsələ ilə bağlı açıqlama da vermişəm".
Qeyd edək ki, Çinarənin qeysəriyyə yolu ilə dünyaya gətirdiyi körpəsinin ciyərində yırtıq olduğu məlum olub. Bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Çinarə Əliyeva plastik cərrah Ruslan Rəsul ilə evlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrBunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabrElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrRafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25 oktyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabr