Bakıda yataqxanada DƏHŞƏT: Onu yatmağa qoymayan tələbəyə 38 bıçaq vurdu

Bakıda yataqxanada DƏHŞƏT: Onu yatmağa qoymayan tələbəyə 38 bıçaq vurduQısa arayış...

2023-cü il fevralın 8-i gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən 6 saylı Peşə məktəbinin yaxınlığında bıçaqlanma hadisəsi olur.

Bu barədə vətəndaş Daxili İşlər Nazirliyin "102" xidmətinə zəng edərək məlumat verib. Bundan 10-15 dəqiqə sonra isə 2007-ci il təvəllüdlü Əliəkbər Mərəyevin qətlə yetirilməsi barədə 5-ci Polis Bölməsindən rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 2002-ci il təvəllüdlü Rəşad Muxtarov hadisə yerində saxlanılıb.

Məlumatla əlaqədar prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yataqxanasının 204 saylı otağında baş verib. Çarpayıda Əliəkbər Mərəyevin meyiti, yastığda, yorğanda, döşəmədə, mələfədə, hamam otağında çoxlu sayda qan ləkələri aşkar edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, fevralın 8-i gecə saat 2 radələrində Rəşad Muxtarov 204 saylı otaqda onunla birlikdə yaşayan, həmin Mərkəzin tələbəsi Ələkbər Mərəyevə yatmaq istədiyini bildirərək, ondan otaqdakı işığı söndürməsini və mobil telefonunun səsini azaltmasını xahiş edib. Ancaq aralarında mübahisə yaranıb. Bu zaman Rəşad Muxtarov otaqdakı masanın üzərindən mətbəx bıçağını götürüb və arxası üstə çarpayıya yıxdığı Əliəkbər Mərəyəvin döş qəfəsinə bir neçə zərbə zərbə vurub. Daha sonra onun döş qəfəsinə və bədəninin digər nahiyyələrinə ümumilikdə 38 dəfə zərbə endirib. Nəticədə yeniyetmə ölüb.

İş üzrə dindirilmiş Rəşad Muxtarov bildirib ki, Mingəçevir şəhərində Səməd Vurğun adına 16 nömrəli orta məktəbi bitirib, səhhəti ilə bağlı hərbi xidmətdə olmayıb. 2022-ci ilin sentyabr ayında "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"nə qəbul olunub:

"Mərkəzin yataqxanasında 204 saylı otaqda, Əliəkbər Mərəyev, Elcan Talıbov və Məhəmməd Səfəralıyevlə birlikdə yaşayırdım. Həmin uşaqlarla münasibətimiz yaxşı idi. Axırıncı dəfə, mənimlə söyüşlə etdiyi zarafatlara görə, Əliəkbərlə münasibətim pisləşmişdi. Bu növ zarafatları qəbul etmədiyimdən otaq yoldaşıma iradımı bildirəndə, Əliəkbər zarafatdır da edirəm, sən də məni söy dedi. 2023-cü il fevralın 7-də dərsə getməmişdim. "28 may" metostansiyasının yanında yerləşən Ticarət Mərkəzində bir az vaxtımı keçirib, saat 22 radələrində yataqxanaya qayıtdım. Otaqda Əliəkbər idi, Məhəmmədlə Elcan bir neçə günlük yaşadıqları rayona getmişdilər. Öz yerində uzanan Əliəkbərə salam versəm də, o, salamımı almadı, fikri əlindəki telefonda idi. Paltarlarımı soyunub, yatağımda uzandım. Saat 23 radələrində Şamil adlı komendant otağa gəlib, nəzər yetirib getdi. Əliəkbər telefonunda oyun oynayırdı.

Telefonun səsi və işığına görə yata bilmirdim. Telefonu söndürməsini tələb etsəm də, otaq yoldaşım sözlərimə məhəl qoymayaraq, mənə "işinlə məşğul ol" dedi. Əliəkbərə "sənə 10 dəqiqə vaxt verirəm, telefonun səsini al, yatıram" söyləsəm də, o, buna əhəmiyyət vermədi. Ünvanıma işlədilən söyüşdən qəzəblənərək, ayağa qalxdım və onun üstünə getdim. Ondan üzr istəməsini tələb etdim. "Məni səni vurmağa vadar etmə" deyəndə, Əliəkbər yenə "işimlə məşğul olmağımı" bildirdi. Artıq söyüşlərə dözə bilmədiyimdən, əlimdə bıçaqla otaq yoldaşıma yaxınlaşdım. Bunu görən Əliəkbər ayağa qalxıb mənimlə əlbəyaxa olmaqla, bıçağı əlimdən almağa çalışdı, ama bunu bacarmadı. Əllərimlə itələyib onu çarpayıya yıxdım. Dərhal sinəsinə bir neçə zərbə endirdim. Əliəkbər söyüşlər söyüb, özünü müdafiə etməyə çalışsa da, əsəbimdən ona xəsarətlər yetirməkdə davam etdim. Əliəkbər yataqda, üzü üstə uzanıqlı, hərəkətsiz vəziyyətdə qaldı. Tibbi Yardım stansiyasına zəng etdim. Atam, sonra da anamla əlaqə saxlayaraq, onlara adam bıçaqladığımı dedim. Daha sonra otaqda işıqları söndürüb, həkimlərin gəlməsini gözlədim".

İstintaq zamanı, Rəşad Muxtarov hamam otağında, su borusunun arxasından mətbəx bıçağını çıxarıb, müstəntiqə təqdim edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Mərəyev bildirib ki, Əliəkbər Mərəyev onun bacısı oğlu olub:

"Hadisə haqqında mənə polis əməkdaşı zəng edib məlumat verib. 5-ci bölməyə gedəndə bildim ki, Əliəkbəri otaq yoldaşı Rəşad Muxtarov öldürüb. Bacım oğlu Lənkəran rayonunun Şağlaküçə kəndində böyüyüb. 9-cu sinifdən sonra, 2022-ci ildə Əliəkbər "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyinə qəbul olunub. Qohumum heç vaxt otaq yoldaşlarından mənə şikayət etməmişdi".

Şahid Ülvi Kazımov bildirib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin yataqxanasında və yeməkxanasında maddi-texniki təminatın həyata keçirilməsi ilə məşğuldur:

"Yataqxanada oğlanların yaşadığı hissəyə Şamil Qasımov, qızlar olan hissəyə isə Gülyanaq Qarayeva nəzarət edir. Fevralın 7-də gün ərzində yataqxanada olmuşam. Şamil Qasımov saat 22:00-da gündəlik rejimə uyğun olaraq, tələbələrin otaqlarına daxil olaraq, səliqə-sahmana eləcə də, digər zəruri təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsini yoxlayıb və bu barədə mənə məlumat verib.
Fevralın 8-i gecə saat 2:30-da Rəşad Muxtarovun anası zəng edib, mənə oğlunun kiminləsə dalaşdığını və bıçaqlanma hadisəsi baş verdiyini dedi. Yolda olan zaman Şamil mənimlə əlaqəsi saxlayıb, Rəşadın Əliəkbəri bıçaqla vurduğunu bildirdi. Polisə və təcili yardım stansiyasına zəng edib xəbər verdim. Sonradan öyrəndim ki, Şamil qapını döyüb Rəşadı çağırıb. Otaqdan heç bir reaksiya verilmədiyini görüb qapını çiyni ilə vurub açıb. İşığı yandıranda Rəşadı əlində bıçaqla, Əliəkbərin isə çarpayıda, hərəkətsiz vəziyyətdə qaldığını görüb".

Məhkəmə iclasında Rəşad Muxtarov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Rəşad Muxtarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi
tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Muxtarov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1288   Tarix: 16 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Boyları 1.52 metrdən az olan 7 məşhur - SİYAHI

Ekranda məşhurların boyunu müəyyən etmək heç də həmişə asan deyil. Kamera bucağı, ayaqqabı və geyim amili ulduzları olduğundan daha hündür göstərə bilir. xəbər verir ki, "People" nəşri boyu 152 santimetrdən az olan məşhurların siyahısını hazırlayıb. Onların bir çoxu kiçik boylarını kompleks

19 avqust
.

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabındakı bütün paylaşımlarını silərək, yalnız 2021-ci ildə paylaşdığı "Bir azdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvə

25 avqust
.

İllərdir yaşanan küsülülük bitdi - Foto

Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında illərdir davam edən küsülülük sona çatıb. Axşam.az xəbər verir ki, sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər. Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq "Uzun aradan sonra yenidə

29 avqust
.

Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər

Məşhur türkiyəli müğənni Tarkan 29 avqustda Marmarisdə yerləşən lüks hoteldə yalnız 400 nəfərin iştirak edəcəyi özəl konsert proqramı ilə çıxış edəcək. qafqazinfo-ya istinadən xəbər verir ki, "meqastar"ı canlı dinləmək istəyənləri yüksək qiymətli paket gözləyir. Belə ki, "Gel Konuşalım"

22 avqust
.

Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı

Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb. xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. "İnsanlara böyük hörmətlə yanaşdığı

30 avqust
.

Boşanıb, ayrıla bilməyən məşhurlar

Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:. Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarhe

30 avqust
.

Nigar Camalın qızı İngiltərədə möhtəşəm qol vurdu

Azərbaycanın tanınmış müğənnisi Nigar Camalın qızı Jasmin Keyn futbol karyerasını İngiltərədə uğurla davam etdirir. xəbər verir ki, hazırda "Luton Taun"un şərəfini qoruyan gənc futbolçu son qarşılaşmalardan birində baxımlı qola imza atıb. Jasminin fərqləndiyi epizod sosial şəbəkələrin Azərbayca

18 avqust
.

Selena Qomez məhkəməyə verildi - Fırıldaqçılıqda ittiham olunur

Amerikalı müğənni və aktrisa Selena Qomez, anası Mendi Tifi və iş qadını Daniella Pierson ilə birlikdə qurduğu ruhi sağlamlıq platforması "Wondermind Global" ilə bağlı məhkəmə iddiası ilə üzləşib. xəbər verir ki, Delaver ştatında federal məhkəməyə müraciət edən beş investor Qomez və digər təsisçiləri

15 avqust
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17 avqust