Ermənistanın qazanc mənbəyi: COP-29-a qədər mina xəritələri VERİLƏCƏK?

Ermənistanın qazanc mənbəyi: COP-29-a qədər mina xəritələri VERİLƏCƏK?Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib. Məlumata görə, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Sözügedən ərazidə bu gün sursat partlayışı hadisəsi də baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib.

Təəssüflər olsun ki, öz terrorçuluq əməllərini davam etdirən Ermənistan hələ də mina xəritələrini Azərbaycana verməkdə niyyətli deyil. Erməönistan hökuməti mina xəritələri verdiyini iddia edir. Lakin verilən xəritələrin çoxu qeyri-dəqiqdir. Bu gün işğaldan azad edilmiş ərailərdə basdırılan minaların ucbatından mülki əhali əziyyət çəkir. Eyni zamanda, danışıqlar prosesləri davam edir. COP-29-a qədər Ermənistan Azərbaycana mina xəritələrini verə bilər?

Mövzunu Sonxeber.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın COP-29 tədbirinə qədər mina xəritələrini vermə ehtimalı azdır. Çünki onlar iddia edirlər ki, mina xəritələrinin hamısı verilib:

"Halbuki bu iddia doğru deyil. Ən azından işğal dövründə mina xəritələri həm Ermənistan Müdafiə Nazirliyində, həm də separatçıların əlində var idi. Ermənistan Müdafiə Nazirliyi mina xəritələrini versə belə, həmin xəritələrin hamısı separatçıların əlində var. Qarabağda separatizmə son verildi. Yerdə qalan separatçılar isə Qarabağdan qaçdılar. Hazırda onlar Ermənistandadır. Ermənistan hökuməti həmin xəritələri separatçılardan alaraq Azərbaycana təhvil verməlidir. Bu məsələ Ermənistanın marağında deyil. Əgər belə olsaydı, indiyədək dəqiq olan mina xəritələrinin hamısını vərərdilər. Mina xəritələri Ermənistan üçün siyasi qazanc mənbəyi rolunu oynayıb. Çünki Bakıda həbs olan ermənilərin qaytarılması məsələsindən istifadə edə bilərlər. Qeyd edək ki, bu beynəlxalq humanizm prinsiplərinə ziddir. Mənim fikrimcə, onların əlində mina xəritələri hələ də qalıb və bunu gizlətməkdə davam edirlər".

Asif Nərimanlının sözlərinə görə, Ermənistan sülh danışıqlarında bu məsələni yenidən gündəmə gətirə bilər. Amma rəsmi Bakının qəbul etmədiyi bir məsələ var:

"Ermənistanın verdiyi xəritələrin 25 faizi doğru olub. Verilənlərin çoxu qeyri-dəqiqdir. Burada Azərbaycanın əldə etdiyi nəticə böyük olmur. Mina problemi rəsmi Bakının beynəlxalq müstəvidə gətirəcəyi bir məsələyə çevrilib. Artıq beynəlxalq təşkilatları bu məsələyə cəlb etməyə çalışırlar. Görünür ki, ermənilərin verəcəyi mina xəritələrinə inam yoxdur. Digər tərəfdən, Ermənistanın bu xəritələri verməsi sual altındadır. Çünki növbəti mərhələdə yeni bir xəritənin verilməsi özlərini təkzib etməsi deməkdir. Ermənistanda hakimiyyətdə kimin olduğu fərqi yoxdur. Onların çoxunda bir xislət var. Ermənilər Azərbaycanın mina baxımından əziyyət çəkməsində maraqlıdır. Minaların təmizlənməsi ləngisə, ərazilərin bərpası prosesi gecikir. Mina terrorunun qurbanı olan mülki şəxslərin sayı isə artmaqda davam edir. Ermənilər maksimum dərəcədə ziyan verməkdə maraqlıdır. COP 29-a qədər minaların verilməsi, veriləcək xəritələrin isə tam dəqiq olması sual altındadır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1158   Tarix: 21 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr