""The Washington Post"un məqsədi öz niyyətlərini reallıq kimi təqdim edib, ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır" - DEPUTAT

""The Washington Post"un məqsədi öz niyyətlərini reallıq kimi təqdim edib, ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır" - DEPUTAT"İlk öncə onu qeyd etmək istərdim ki, ABŞ-la Azərbaycan arasında daim yaxşı münasibətlər olub. Bu gün də iki ölkə arasındakı əlaqələr kifayət qədər sabitdir, bir sıra sahələr üzrə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyi, transmilli nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli tərəfdaşlıq əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir. Biz beynəlxalq hüquq normaları əsasında, ABŞ da daxil olmaqla bütün transmilli dünya ilə, dost və tərəfdaş ölkələrlə qarşılıqlı etimad, faydalı və səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində geniş əməkdaşlıq edirik. Bir tərəfdaş kimi Azərbaycan daim öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir, beynəlxalq öhdəliklərini axıra qədər icra edir".

Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan həm də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz.

O ki qaldı ABŞ səfirinin Azərbaycan hakimiyyətinə qarşı olan fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil. İllərdir Ermənistanın Qarabağda başlatdığı separatçılıq hərəkatı ABŞ tərəfindən birmənalı olaraq  dəstəklənib. Müxtəlif vaxtlarda qondarma  rejimə  rəhbərlik edən separatçıların Amerikaya səfərləri təşkil edilərək yüksəkvəzifəli rəsmi şəxslər tərəfindən qəbul ediliblər. 2020-ci ildə Ermənistanın işğalçılıq niyyəti ilə başladığı müharibənin torpaqlarımızın işğaldan azad edilməsi, işğalçı dövlətin  rüsvayçı məğlubiyyəti ilə başa çatması,  illərdir problemin həllinə "vasitəçilik" edən ABŞ-ni daha da qəzəbləndirib. Azərbaycanın müstəqil siyasət yürütməsi, ölkəmizin  ərazi bütövlüyünün tam bərpa edilməsi istiqamətində  atdığı addımlar, Qarabağda ABŞ-nin geosiyasi maraqlarına zidd olan antiterror tədbirlərinin həyata keçirilməsi bu olkənin indiyə kimi "problemin həlli istiqamətində" apardığı siyasətin süqutu deməkdir. Separatçı rejimin özünü buraxdığını elan etdikdən sonra ABŞ Konqresində "Dağlıq Qarabağın gələcəyi", eləcə də noyabrın 15-də ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etmələri onların indiyə kimi sərgilədiyi siyasətin əsl siması idi".

Deputat vurğulayıb ki, sirr deyil ki, ABŞ Konqresinə yaxınlığı ilə tanınan, Azərbaycana qarşı mütəmadi olaraq qərəzli mövqe sərgiləyən  "The Washington Post" qəzeti son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb:

"Dövlətimizə qarşı ittiham dolu məqalələri ilə tanınan bu mətbuat orqanında  2023-cü ildə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 yazı dərc olunub. Həmin məqalələrdə   Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi yolunda atdığı addımlardan, antiterror tədbirlərin keçirilməsindən bəhs edilir. Bu bir faktdır ki, istər ABŞ rəsmiləri, istərsə də "The Washington Post" qəzeti Ermənistan-Azərbaycan konfliktinin baş verdiyi bu illər açıq mətnlə "Qarabağı Ermənistana verin" ifadəsini işlətməyiblər, əvəzində dolayı yolla hər cür riyakarlıq ediblər. Beləcə, özünü "ədalət mücəssəməsi" hesab edən qəzet maliyyə qarşılığı nəticəsində Amerikada fəaliyyət göstərən erməni lobbisinin və müəyyən siyasi dairələrin sifarişini həyata keçirən bir vasitəyə çevrilib. Nəzərə alsaq ki, ABŞ seçkilərə hazırlaşır, onda erməni lobbisindən maliyyə yardımı və dəstək almağa çalışan, Demokratlar Partiyasına yaxınlığı ilə seçilən "The Washington Post" qəzetinin də, Azərbaycana qərəzli hücumlar təşkil edən Ağ Ev rəsmilərinin də dərdlərini anlamaq olar.

Müntəzəm olaraq  Azərbaycanı hədəfə alan, ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışan qəzet dövlətimizi cidd-cəhdlə gözdən salmağa çalışır. İnsan hüquqlarını heçə sayan, demokratik dəyərlərə qiymət verməyən bir ölkə Qarabağı  "mübahisəli ərazi" kimi təqdim edir. "The Washington Post"un əsas məqsədi öz bədnam niyyətlərini, sərsəm düşüncələrini oxucularına reallıq kimi təqdim edərək ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır.

Bilməlidirlər ki, Azərbaycanda hakimiyyət xalqın iradəsi əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı olmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkənin dinamik inkişafı, milli maraqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və s. istiqamətdə prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan öz coğrafi və geosiyasi mövqeyinə, xalqın milli maraqlarına və xüsusiyyətlərinə əsaslanaraq, dünyanın müasir reallıqlarına cavab verən siyasəti, məxsusi inkişaf yolu ilə seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və məqsədyönlü siyasəti bundan sonra da davam etdiriləcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1050   Tarix: 26 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr