Putindən son QƏRAR: Rusiya-Ukrayna cəbhəsində dondurulmuş SSENARİ - ŞƏRH

Putindən son QƏRAR: Rusiya-Ukrayna cəbhəsində dondurulmuş SSENARİ - ŞƏRHRusiya Prezidenti Vladimir Putin deyib ki, Kiyev öz mövqeyini yaxşılaşdırmaq üçün atəşkəsdən istifadə edə bilməz. O bildirib ki, Ukrayna ilə sülh danışıqları başlayana qədər təmas xəttində atəşkəs mümkün deyil. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında Ərdoğanın vasitəçi ola bilməyəcini vurğulayıb. Belə ki, Kiyev Rusiya ilə vasitəçili və ya vasitəçisiz istənilən danışıqlardan imtina edir. Eyni zamanda Ukrayna Rusiya prezidentinin təqdim etdiyi sülh planını da qətiyyətlə rədd edib. Belə olan təqdirdə Rusiya-Ukrayna müharibəsi hansı hallarda sonlana bilər?

Mövzunu Sonxeber.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna müharibəsi bir neçə ssenari üzrə bitə bilər. Bunlardan biri odur ki, tərəflərdən biri tamamilə qalib gəlir:

"Bu ehtimal çətin görünür. Bütün qərbin Ukraynaya verdiyi dəstəyə baxmayaraq cəbhədə Ukrayna ordusu istənilən nəticəni əldə edə bilmədi. Bundan sonrakı dövrdə bu çətin görünür. Çünki Rusiya böyük ölçüdə tutduğu ərazilərdə möhkəmlənə bilib. Bu artıq mövqe müharibəsinə gətirib çıxarır. Bu Rusiyanın əlini gücləndirən məqamlardan biridir. Ukraynanın istənilən əks-hücumu zamanı müdafiə olunmaq bacarığı var. Bu o deməkdir ki, Ukraynanın bundan sonrakı dövrdə qalıb gələcəyi çətin görünür. Amma Rusiyanın tamamilə qalib gələcəyi ehtimallar azdır. Çünki qərbdə anlayır ki, Rusiyanın qalib gəlməsi onun güclənməsinə gətirib çıxaracaq. Bu müharibənin tərəflərdən birinin qalib gələcəyi ssenarisi çətindir".

Siyasi şərhçinin sözlərinə görə, burada ikinci bir ssenari kimi qərbin tamamilə Ukraynadan dəstəyi kəsməsi ola bilər: "Bu da çətin görünür. Ukraynadan dəstək tamamilə kəsildiyi halda, Rusiyanın tələbləri ilə ikitərəfli formatda müəyyən bir sülh sazişi imzalana bilər. Müharibənin ilk dövründə biz bunu görürdük. İstanbul müzakirəsində mümkün variantlardan biri bu idi ki, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul edir və müharibə dayanır. Həmin dövrdə bu baş tutmadı. Bu ssenari çətin görünsə də mümkün variantlardan biridir. Xüsusən qərbdə bununla bağlı kollektiv bir mövqe yoxdur. Ukrayna müharibəsi uzandığı müddətdə qələbə ilə bağlı müəyyən problemlər yaranır. Amerikada keçiriləcək seçkilərində buna təsiri ola bilər. Əgər demokratlar-xüsusilə Tramp hakimiyyətə gələrsə bu Rusiyanın xeyrinə ola bilər. Bu da proseslərin inkişafından asılıdır".

Asif Nərimanlı bildirib ki, ümumi olaraq Rusiya-Ukrayna müharibəsinin praktiki olaraq başa çatması uzunmüddətli müharibədən sonra tərəflərin böyük ölçüdə mövqe müharibəsinə çevrilməsidir:

"Əsasən bu dondurulmuş münaqişələrdə baş verir. 2014-cü il Krımın və Donbasınn bir sıra ərazilərinin işğalından sonra bu mövqe müharibəsi davam edirdi. Bu dondurulmuş münaqişə ssenarisi idi. Bu halda tərəflər heç bir hücuma keçmədən danışıqlar masasında müzakirə edirdilər. Cəbhədə müəyyən atışmalar və qarşıdurmalarda yaşanır. Bu inandırıcı bir ehtimaldır. Çünki bu halda tərəflərdən heç biri uduzmur. Amma müharibə aktiv fazadan passiv fazaya keçir. Mövqe müharibəsi ilə yanaşı, dondurulmuş vəziyyətə düşür. Bir çox ekspertlər bunun baş verməyəcəyini düşünsə də, indiki halda yaxın dövr üçün mümkün variant görünmür. Əlavə olaraq qərb Ukraynanı məcbur edə bilər ki, Rusiya ilə mümkün danışıqlara getsin".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2002   Tarix: 05 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr