Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir".

Sonxeber.az-ın məlumatına görə, bunu milli.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Kosobokovun təyinatından dərhal sonra İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajıdır:

"10 noyabr razılaşmasına görə tərəflərdən biri, yəni Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Biz buna hazırlaşırıq. Bunu Rüstəm Ruradov da bilməmiş deyil. Rusiyalı rəsmilər doğru olaraq sülhəməramlı kontingentin uzadılması barədə heç nə demir, açıqlama vermirlər. Ancaq onlar bu barədə bağlı qapılar arxasında danışırlar, Rüstəm Muradov da bu barədə məhz komandanlığından eşidib və eşitdiklərinə əsasən Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib.

Rüstəm Muradovun yerinə təyin olunan Mixail Kosobokovun təyinatından dərhal sonra Bakıya gəlmək əvəzinə İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajıdır. Azərbaycan ərazisində xidmət edəcək komandanın Qarabağdakı fəaliyyətini ilk əvvəl Ermənistanın müdafiə naziri ilə müzakirə etməsi Kremlin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatıdır".

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov doğulduğu Dağıstana qayıtdıqdan sonra Mahaçqala şəhərində "Vətən Qəhrəmanları Keşikçiləri" təşkilatının üzvləri ilə görüşüb və deyib ki, sülhməramlı kontingentin Qarabağda yerləşmə müddəti uzadılacaq: "Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3058   Tarix: 10 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dublində 50-yə yaxın ölkənin liderləri bir araya gəlir: Azərbaycan üçün mühüm məsələlər müzakirə olunacaq

İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (ASB) sammitinə start verilib. Görüşdə Avropa ölkələri ilə yanaşı, digər tərəfdaş dövlətləri təmsil edən 50-yə yaxın ölkənin liderləri iştirak edir. Kanada da sammitə xüsusi qonaq qismində dəvət olunub. xəbər verir ki, Dublin Konqres Mərkəzind

12 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah

9 noyabr
.

İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe - innovation, connectivit

12 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA

"1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın tarixində ilk fundamental konstitusiya sənədidir. Həmin vaxta qədər ölkədə qüvvədə olan Konstitusiya sovet dövrünün Konstitusiyası əsasında müəyyən dəyişikliklər və düzəlişlər edilməklə formalaşdırılmışdı. Təbii ki, bu sənəd müstəqi

11 noyabr