Acunun köməkçisi azərbaycanlı iştirakçıları təhqir etdi - FOTOLAR

Azərbaycanlı iştirakçıların "O səs Türkiyə" yarışmasından uzaqlaşadırılmasına layihə rəhbəri Acun Ilıcalının köməkçisi Nazlı Sütçü münasibət bildirib.

Sütçü yaranmış qalmaqalla bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

Acunun köməkçisi deyib ki, azərbaycanlı iştirakçılar təsadüfən eyni qrupda çıxış ediblər:

"Azərbaycanlı iştirakçılar Gökhan və Hakanın komandasında idi. Münsiflərin öz istəyi ilə yarışacaq iştirakçılar qruplaşdırılır. Jürilər opera janrında ifa edən iştirakçıları bir qrupa, türkü oxuyanları başqa qrupa, əcnəbi dildə oxuyan iştirakçıları isə üçüncü qrupa salıblar. Onların komandasında olan iştirakçılar çox yaxşı idi. Azərbaycanlı iştirakçıların əksəriyyəti də opera ifaçılarıdır. Təsadüfən onlar eyni qrupa düşdülər.

Nəticədə hamı perfonmansını göstərdi, Gökhan bəy detalları ilə hər kəsin qüsurlarını dedi. İlham Nəzərov səhnədə bizi ittiham etdi. Dedi ki, biz azərbaycanlıyıq deyə yarışmadan çıxardız. Çox sərt və hörmətsiz bir ittihamdır. Çünki burada bir çox fərqli ölkədən olan iştirakçılar yarışır. Azərbaycanlılar isə özümüzük, sizlərlə özümüz arasında fərq qoymuruq.

Biz sizə əcnəbi kimi baxmırıq. Elnur bizim yarışmanın qalibi olub, ayrı-seçkilik heç vaxt etməmişik. Hazırda yarışmada yoluna davam edən üç azərbaycanlı var. Əgər belə bir düşüncə olarsa, bu, növbəti sezonda iştirak etmək istəyənlərə də çox pis təsir göstərəcək. Düşünəcəklər ki, onlara qarşı da haqsızlıq edilə bilər. Çıxan iştirakçılar belə bir təsəvvür yaratmaq niyyətindədilər".

N. Sütçü eks-iştirakçı İlham Nəzərovun yarışmaya şəxsən özləri tərəfindən dəvət edildiyini vurğulayıb:

"Çox pis olduq, belə düşüncə yaranmamalıdır. Çünki, biz azərbaycanlı iştirakçıları "O səs Türkiyə"yə dəvətlə çağırırıq. O, "Rising Star" yarışmasında iştirak edəcəkdi, alınmadı bu biri yarışmaya dəvət etdik.

Hər bir azərbaycanlı iştirakçı ilkin mərhələdə dörd münsifi öz tərəfinə çevirə bildi. Azərbaycanlıların bizim yarışmaya qatılmaqlarından çox məmnun oluram. Belə bir qalmaqalın yaranması çox üzücü və ayıbdır. Ölkələri ayırmaq, ayrıseçkilik etmək böyük günahdır".

Mənbə: qafqazinfo
Acunun köməkçisi azərbaycanlı iştirakçıları təhqir etdi - FOTOLARAcunun köməkçisi azərbaycanlı iştirakçıları təhqir etdi - FOTOLARAcunun köməkçisi azərbaycanlı iştirakçıları təhqir etdi - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2423   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtə çiy ət vermək olarmı? – Mütəxəssislər danışdı

Köpək sahibləri hələ də ev heyvanları üçün ən yaxşı qidanın çiy ət olduğunu düşünürlər. Ancaq hamı bununla razılaşmır və mütəxəssislər itləri belə qidalandırmağın doğru olmadığını bildirirlər. xəbər verir ki, çiy ət və ya balıq it üçün zərərlidir. Bu mövzuda araşdırma Bristol Universitetinin nümayəndələr

4 may
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

5 may
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28 aprel
.

Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında "8 qapı" - VİDEO

Qədim tarixə malik Bakının Maştağa kəndi Azərbaycanın adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürlərini qoruyub saxlaması ilə seçilir. Məşhur kənd həm də ziyarətgahları ilə məşhurdur. Bəs bu ziyarətgahların tarixçəsi nəyə dayanır? Bu yeri maraqlı, daha doğru desək, sirli edən nədir?. Suallarımız

4 may
.

Əsəbdən ortaya çıxan kəşf: hər kəsin sevimlisinin MARAQLI TARİXİ

Bu gün böyükdən-kiçiyə əksəriyyət insanın çox sevdiyi çipslərin maraqlı tarixi var. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu xırtıldayan ləzzət üçün Afrika və Yerli Amerika mənşəli şef Corc Kruma təşəkkür etməliyik. 1853-cü ilin yayında Corc Krum Nyu-Yorkun Saratoqa Sprinqs şəhərindəki dəbdəbəl

2 may
.

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib. Nazirlik zəvvarlara saxta şirkətlərin qurbanı olmamağı və müqəddəs səfərlərini yalnız səlahiyyətli şirkətlər vasitəsilə bron etməyi tövsiyə edib. Qeyd edilib ki, Həcc ziyarətinin müvafiq icazə olmadan həyata keçirilməs

28 aprel
.

"Ailəni gəlinlər və kürəkənlər dağıdır"- Müşerref Akay

Tanınmış müğənni Müşərref Akay televiziya proqramlarından birində taleyindən giley-güzar edib. -ın xəbərinə görə, o gəlin və kürəkənin əsla daxil olduqları ailənin doğma fərdi kimi davranmadıqlarını söyləyib. "Ailəni gəlmələr dağıdır - Gəlinlər və kürəkənlər. Ailəyə gələn kürəkən, gəlin ailəni

5 may
.

Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı

ABŞ-ın Florida ştatında qadını qaçırmaqda ittiham olunaraq həbs olunan şəxs sərbəst buraxılıb və iki ay sonra yenidən eyni qadını qaçırıb. xarici KİV-ə istinadla bildirir ki, 53 yaşlı Ceffri Holley 11 ittihamla yenidən həbsxanaya qayıdır. Holley 2022-ci ilin avqustunda qadını oğurlamaqda təqsirləndirilərə

4 may