Oksana Rəsulova kimdir? - 3 dəfə ərə gedən, Hindistanı fəth edən ginekoloq, rəqqas

Oksana Rəsulova kimdir? - 3 dəfə ərə gedən, Hindistanı fəth edən ginekoloq, rəqqasLent.az "Bioqrafiya" rubrikasında hind rəqslərinin mahir ifaçısı, aktrisa, aparıcı, ginekoloq və dəri zöhrəvi həkimi "OksiMedia" MMC şirkətinin rəhbəri Oksana Rəsulova barədə məlumat verir.

- Oksana Rəsulova harada və nə zaman anadan olub?

Oksana Rəsulova 1982-ci il 19 dekabrda Əli Bayramlı, indiki Şirvan rayonunda doğulub. Sonra ailəsi ilə birgə Rusiyaya köçüb və uzun illər Rusiyada yaşayıb.

- Oksana Rəsulovanın ali təhsili var?

Bəli. Əsl peşəsi həkimdir. Ginekoloq və dəri zöhrəvi həkimidir. Buna baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir.

- Oksana Rəsulova hind rəqsləri üzrə müsabiqələrdə qalib olub?

Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müzikalda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-ndə 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır.

- Oksana Rəsulovanı Hindistanda məşhurlaşdıran nə oldu?

"Məşhur ulduzların iştirak etdiyi tədbirlərdə oluram, mənə qarşı gözəl münasibət var. Hindistanın məşhur müsabiqəsi "İndias Best Cine Star Ki Khoj"un qalibi oldum, neçə min insanın içərisindən birinci seçildim. Onlar avtomatik məni qəbul etməli oldular. Həm də hind dilini bilirəm, bu, mənə böyük köməklik edir. Orada gəlmə olduğumu çox da hiss etmirlər" - deyə o qeyd edib.

- Oksana Rəsulova nə zamandan rəqslə məşğul olur?

3 yaşından hind rəqslərinə böyük həvəsi olan, 8 yaşından isə rəqslə məşğul olan Oksana, 1999-cu ildən başlayaraq artıq böyük səhnələrdə rəqqasə kimi çıxış etməyə başlayıb.
Qalmaqallardan kənar, öz sənəti ilə məşğul olan Oksana Rəsulova qısa bir zamanda populyarlıq qazanıb.
Hindistanda bir neçə dəfə tədbirlərə dəvət alan rəqqasə, axırıncı səfərində Bollivudun məşhur aktyoru Anupam Kxerin aktyorluq məktəbində təhsil alıb və Bollivudun ən tanınmış simaları ilə görüşüb.
Bundan əlavə, ilk müəllimi hesab etdiyi, Hindistanın rəqs kraliçası Madhuri Diksitin tələbəsi olub. Oksananın rəqsini bəyənən aktrisa, onun istedadını yüksək dəyərləndirib.2014-cü ildə o, Hindistanda "India's Best Cine Star Ki Khoj" adlanan realiti şousunda finala çıxıb.

2015-ci ildən etibarən "OksiMedia" MMC şirkətini yaradaraq oranın rəhbəri kimi fəaliyyətini davam etdirir.

- Oksana Rəsulova filmə çəkilib?

Öz şirkətinin istehsal etdiyi 15 filmə çəkilib.

- Oksana Rəsulova ailəlidir?

O, 3 dəfə ailə qurub. Birinci əri Rusiya vətəndaşı idi. İkinci dəfə böyük sevgi əsasında Elşad Xose ilə evlənib. Bu ailə Elşadın ona qarşı şiddət göstərməsi nəticəsində dağılıb. Oksana üçüncü dəfə dostu Şəhriyar Əbilovla evlənib. Bu evlilik nəticəsində onun 16 illik uşaq həsrətinə son qoyulub, Şəhriyar Oksananın Osman adlı oğlunun atasıdır. Lakin bu evlilik də uzun sürməyib və cütlük ayrılıb. Ayrılsalar da münasibətləri dost kimi davam edir. Sosial şəbəkələrdə Oksananın bu nikaha yalnız uşaq xətrinə daxil olduğu deyilir.

- Oksana indi həkim kimi fəaliyyət göstərir?

Xeyr. Lakin 4 sonsuz qadını müalicə edərək, onları öz reseptləri nəticəsində analıq səadətinə qovuşdurduğunu deyib.

- Oksana Rəsulovanın bir ginekoloq kimi qadınların seksual həyatı barədə düşüncələri necədir?

O bu barədə belə deyib: "Qadının enerjisi o qədər güclüdür ki. Fen-şuy fəlsəfəsinə görə qadın çox diqqətli olmalıdır, enerjisini çox xərcləməməlidir. Allah qadına o qədər güc verib ki, onun enerjisi həm ərə, həm ailəyə, həm də ki, uşaqlara paylana bilir. Bunu da unutmaq olmaz ki, hər bir insan digərinin həyatında vampirdir. O, səndən nəyi isə alır və gedir. Fərqi yoxdur, o insan sənin kimindir, nəyindir. Biri alıb getdi, ikinci alıb getdi... Cinsi əlaqə zamanı da kişi qadından o enerjini "sorur". Ancaq bir qadın və bir kişi uzun müddət cinsi əlaqədə olsalar, onlar bir-birini 50-50-yə tamamlayırlar. Elə bil, onlar təzədən bir-birindən həzz alıb, ehtirasa gəlirlər. Xanımdan enerji gedəndə isə dərisi quruyur, gözünün işığı gedir, saçları taxta kimi olur. Ona görə xanımlar sevən zaman, hər hansı münasibət yaşayan zaman, çox diqqətli və məlumatlı olmalıdırlar".

- Oksana Rəsuloava bir daha ailə quracaq?

O bir daha evlənməyəcəyii bildirib.

- Oksana Rəsulova ilə Elşad Xosenin münasibətləri soyuqdur?

Bəli. Ünsiyyət qurmurlar. Lakin Oksana onunla gözəl keçmiş yaşadığını inkar etmir.

- Oksana Rəsulova sosial şəbəkələrdə aktivdir?

"Bəli, sosial şəbəkələrdə çox aktivəm, xüsusən də İnstagram-da. Fan-səhifəmi izləyirəm, xoşuma gəlir mənim fanlarımın mənə yazdığı sözlər, göndərdikləri video və şəkillər. Təşəkkür edirəm onlara" o deyib.

- Oksana Rəsulova varlıdır?

"İnsanlar elə bilir ki, Oksanın başından var-dövlət tökülür. Təki olsun, niyə də yox? Amma söhbət bundan getmir. Yetərincə pul qazansam da, düşündükləri qədər zəngin deyiləm. Elə vaxtlarım olub ki, maliyyə ilə bağlı ciddi sıxıntılar keçirmişəm. Ciddi maliyyə ziyanına düşmüşdüm. Nəinki quyunun dibinə, sanki okeanın dərinliyinə batmışdım. 15 gün evdən çıxmadım, böyük bir maliyyə itirmişdim, pulsuz qalmışdım. Ən böyük dayağım ailəmdir. Elə tanışlarım var idi ki, kömək istədim deyə məndən üz döndərdi. Məhz şou-biznes nümayəndələri idi. Dar günümdə onlar mənə kömək olmasa da, indiki vəziyyətim onlardan qat-qat yaxşıdır"- o bu sualı belə cavablandırıb.

- Oksana Rəsulova ailəsi üçün layiqli övlad ola bilib?

"Məşhur sima olmağıma baxmayaraq, onların mənə ehtiyacı yoxdur. Sözsüz ki, bu, o demək deyil ki, onlara dəstək olmuram. Əlavə yardım etmişəm, valideynlərimi xarici səfərlərə aparmaq istəmişəm, özləri razı olmayıb. Yenə də düşünürəm ki, yaxşı övlad deyiləm. Çünki vaxtında səhv addımlarımla onları çox incitmişəm. Son illərdə ailəmə daha çox bağlanmışam, amma keçmiş xətalarım yadıma düşəndə sarsıntı keçirirəm. Gərək o qüsurlara yol verməzdi" deyə aktrisa bir müsahibəsində qeyd edib.

- Oksana Rəsulova dindardır?

Bəli. O hətta Həcc ziyarətində olub, hacıxanımdır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2266   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021