Azərbaycanda 19 yaşlı tələbə ürəyindən bıçaqlanaraq qətlə yetirildi

Azərbaycanda 19 yaşlı tələbə ürəyindən bıçaqlanaraq qətlə yetirildiCəlilabadda qətl hadisəsi baş verib.

Sonxeber.az bildirir ki, istipress-in Cənub bürosunun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb. İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 19 yaşlı Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Universitet tələbəsi olan Emin 2001-ci il təvəllüdlü Murad Muradov tərəfindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində qətlə yetirilib.

Faktla bağlı Cəlilabad prakurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.

Hadisə   Baxılıb: 2150   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR