"Səngəçal əhalisi qorxudan çöllərdə yatır"

"Səngəçal əhalisi qorxudan çöllərdə yatır"Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki magistral qaz kəmərində son 2 ayda artıq 3-cü partlayış qeydə alınıb. Partlayışlar və yanğınlar isə ətrafdakı evlərə ziyan vurub, sakinlər təlaş içindədirlər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının verdiyi məlumata görə, qəsəbə əhalisi evlərə girməyə qorxur: "Orada yaşayan insanlar arasında çox böyük narahatlıq var. Bütün qəsəbə əhli çöldədir. Heç kim qorxudan evə girə bilmir. Əhali bildirir ki, evlərinin başlarına uçmasına az qalıb. Bu nə vaxta kimi belə olacaq? Hamilə qadınlar, qocalar, uşaqlar nə vaxta kimi qorxaraq yaşayacaq? Hər partlayış onların qorxu və stress keçirməsinə səbəb olur. Hətta orda yaşayan xanımlardan biri mənə yazdı ki, partlayış zamanı evlərinin tavanı belə tərpənib. Hökumət bunlar haqda fikirləşməlidir. Çünki ölkədə birinci amil insan faktorudur. İstehsalat ikinci yerdədir".

M. Qəhrəmanlı bildirib ki, hazırda belə obyektlərin yerləşdiyi yerdən nə qədər uzaq məsafədə yaşayış massivlərinin mövcud ola biləcəyi ilə bağlı araşdırma aparılır: "Biz indi əsas standartları öyrənirik ki, "sanitar" zonalardan hansı uzaqlıqda yaşayış sahələri və massivləri ola bilər. Həmin ərazidə 3 dəfə partlayış olub. Təlafatsız ötüşsə də, hökumət zaman-zaman qəsəbənin oradan köçürülməsini planlaşdırmalıdır. Çünki sənaye obyektləri olan yerdə yaşayış massivləri ola bilməz

Həmin qəsəbənin lap yaxınlığında həm qaz emalı zavodu var, həm də yüksək təzyiqli qaz xətləri gedir.

Qaz emalı zavodunun da ətraf mühitə atdığı çirklər, nə vaxtsa havaya vurduğu ziyanlar da nəzərə alınmalıdır".

QHT rəhbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də bu məsələyə diqqət etməli olduğunu düşünür: "Hesab edirəm ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də düşünsə yaxşı olar. Nazirlik 2016-ci ildə ətraf mühiti çirkləndirdiyinə görə Qaradağ qaz emalı zavoduna 5935 manat cərimə tətbiq edib. Deməli bu cərimənin özü sübut edir ki, orada və digər emal sahələrində də ekoloji çirklənmələr var".

Qeyd edək ki, dünən Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində ötən ay partlayış baş vermiş qaz xəttinə yaxın ərazidə yenidən partlayış olub.
Partlayışlar zamanı xəsarət alan olmasa da, yaxın ərazidə yaşayanlar xeyli zərər görüb.

Mənbə: bakipost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1334   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədə

6 may
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

5 may
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

6 may
.

Azərbaycanda bu şəxslər 10 günə dövlətdən 1380 AZN ala bilərlər - VİDEO

"Qanunvericiliyə əsasən, cəza çəkməkdən azad edilmiş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət ödənilir. Ödənişin məbləği minimum aylıq əməkhaqqının dörd misli qədərdir". Bu sözləri millət vəkili Vüqar Bayrmov bildirib. Deputat əlavə edib ki, 1380 manat müavinəti 1

6 may
.

Bakıda Rusiya vətəndaşı intihar edib

Bakıda Rusiya vətəndaşı intihar edib. APA xəbər verir ki, Rusiya vətəndaşı, 1966-cı il təvəllüdlü Güman İbadullayev yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsindəki evdə turnikdən özünü asaraq öldürüb. Faktla bağlı araşdırma aparılır

6 may
.

Ermənilərin yeni KARDAŞYANI: Erməni kilsəsi və Koçaryan Paşinyana qarşı - VİDEO

Delimitasiyanın olmamağı Ermənistanın, olması isə Paşinyanın başını ağrıdır. Ermənilər heç cürə sakitləşmirlər. Erməni Qriqoryan kilsəsi və keçmiş prezident Robert Köçəryan vəziyyəti gərginləşdirməkdə bir xeyli maraqlıdır. Paşinyan təzyiqlərə tab gətirsə də, xalqının könlünü almaqda çətinlik çəkir. xəbə

6 may
.

Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb. -ın bu barədə sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib. Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:. "Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşur

6 may
.

Rezidenturaya qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün mayın 5-də keçirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini açıqlayıb. Mərkəzdən -a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartını

6 may
.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

6 may