"Efirlərdə bunun adını sərbəstlik qoyurlar, gələcək nəsillərə pis örnək olurlar" - Xalq artistindən İRAD

"Efirlərdə bunun adını sərbəstlik qoyurlar, gələcək nəsillərə pis örnək olurlar" - Xalq artistindən İRAD"Sevənlərimə, insanlara qarşı hansısa səhv addımım olmayıb. Onlar da bilirlər ki, mən efirdə necəyəmsə, həyatda da eləyəm. Bəzən efirlərdə elə hərəkətlər görürəm ki.. Bunun adını sərbətslik qoyurlar. Siz gələcək nəsillərə düzgün örnək olmalısınız. Amma gələcək nəsillər nə görür? Onlar sizin etdiyiniz səhvlərin təsiri ilə böyüyürlər".

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyeva deyib.

O daha sonra əlavə edib:

"Güclü qadının çiləsi çox olur. Mən başıma gələnlərdən deyirəm. Səhnədə olduğum vaxt ola bilsin desinlər ki, bəxtəvər başına, nə edir ki? Mahnısını oxuyur, pulunu qazanır da. Amma mən heç vaxt o acı həyatımı, Allahın mənə yaşatdığı imtahanları xalqla paylaşmadım. Acımı göstərməyə çalışmadım. Sevincimi göstərməyə çalışmışam. Allahın səbri ilə özümü ayaqda saxlaya bilmişəm. Həyatımda elə bir acı yaşamışam ki, o dərd həyatımın sonuna qədər qəlbimdə olacaq. O acını içimdə çəkib, səhnədə gülməyə çalışmışam. Oxuduğum mahnıları sevənlərə aid etmişdim, mənim heç ağlıma gəlməzdi ki, mahnının sözlərini nə vaxtsa öz həyatıma həsr edəcəm, yaşayacam. Heç vaxt Allaha üsyan etməmişəm. Təsəllim insanların, məni sevənlərin sevgisi olub".

Xalq artisti bildirib ki, atasının sənətindən faydalanıb bu sahəyə gəlib:

"Atam Şirvan torpağında tanınmış, sevilmiş çox gözəl, məşhur aşıq idi. Aşıq Əhmədəli Dostəliyev. Mənim atam çox toylar etmişdi. 5 günlərlə, 3 günlərlə toy edərdi. Əlbəttə ki, belə bir sənətkarın ailəsində neçə övlad doğulurdusa hamısı sənətlə məşğul olmalı idi. Atam hər dəfə sazı əlinə alanda biz də ifa edirdik. Qonşular bizi Dostəliyevlər ailəsindən ibarət xalq çalğı alətləri ansamblı adlandırırdı. Biz hələ o vaxt təhsil almamışdıq. Böyük qardaşım tar alətinə gedirdi, musiqi təhsili alırdı. O da faciəli şəkildə dünyasını dəyişdi. Ondan sonra atam toylara getmədi".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1577   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Bayhan dinini dəyişib?

Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı

17 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB

Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya

24 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr
.

Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"

Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y

22 oktyabr
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr