Gecə növbəsində işləyənlərin nəzərinə – Sizi hansı xəstəliklər gözləyir?

Gecə növbəsində işləyənlərin nəzərinə – Sizi hansı xəstəliklər gözləyir?Gecə növbələri müasir dünyanın məcburi reallığına çevrilib. Lakin bu, işçilərin sağlamlığına mənfi təsir göstərir.

Gecə işləmək bədənə və zehnə necə zərər verir və bu təsirləri necə azalda bilərik?

Medicina.az bu suallara cavab tapmağa çalışıb:

- Gecə işləyənlərin ən böyük problemi bioloji saatları ilə uyğun olmayan yuxu rejimidir. Ona görə də əsasən yuxu pozğunluqları yaşayırlar. Bu, keyfiyyətli yuxu almağı çətinləşdirir.
- Gecə növbəsində işləyənlərin ürək xəstəliyi və hipertoniya riski artır. Keyfiyyətsiz yuxu və yemək vərdişləri bu riskləri artırır.

- Gecə işləmək mədə və bağırsaq problemlərinə səbəb ola bilər. Uyğun olmayan saatlarda yemək və qeyri-sağlam qidalanma vərdişləri həzm sisteminə mənfi təsir göstərir.

- Gecə işçiləri nizamsız həyat tərzi və qeyri-sağlam qidalanma vərdişləri səbəbindən piylənmə və diabet riski ilə üzləşirlər.

- Gecə işləmək sosial izolyasiyaya və emosional problemlərə səbəb ola bilər.

- Gecə işçiləri arasında depressiya və narahatlıq nisbətləri daha yüksəkdir.

- Daimi yorğunluq və enerji çatışmazlığı gecə işləyənlərin stress səviyyələrini artırır. Bu, iş performansına və həyat keyfiyyətinə mənfi təsir göstərir.

- Qeyri-kafi yuxu və daimi yorğunluq diqqət və konsentrasiya problemlərinə səbəb olur. Bu isə iş qəzalarının və səhvlərin artmasına səbəb ola bilər.

- Gecə işləmək ailə və sosial həyata mənfi təsir edir. Sosial tədbirlərdə iştirak etmək və ailə ilə vaxt keçirmək çətinləşir. Gecə işçiləri, insanların çoxunun yatdığı saatlarda işlədikləri üçün sosial çevrədən təcrid olunurlar.

Gecələr işləyənlər üçün məsləhətlər:

- Mümkün qədər müntəzəm yuxu cədvəli tərtib edin. Günün eyni saatlarında yatın və oyanın.

- Sağlam və balanslı qidalanmağa çalışın. Eyni saatlarda yeməyə diqqət etməlisiniz. Yüngül, eyni zamanda da qida dəyəri yüksək olan məhsulları seçin.

- İdman enerji səviyyənizi artırb stresin öhdəsindən gəlməyə kömək edə bilər. 15 dəqiqə belə olsa, idmana vaxt ayırmağa çalışın.

- Ailənizlə və dostlarınızla vaxt keçirməyə çalışın. Sosial dəstək zehni sağlamlığınızı qorumağa kömək edəcək.

- İş mühitinizi rahatlaşdırın. Bu biraz xərc tələb edə bilər, ancaq gələcəkdə böyük sağlamlıq problemləri ilə üzləşməkdən yaxşıdır. İş yerinizdə və ya evinizdə sağlamlığa uyğun işığı, havanı, kreslonu və s. təmin edin. Bütün bunlar həm də işinizdə daha məhsuldar olmağa imkan verəcək.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1326   Tarix: 16 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr