Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHI

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHIÖtən gün Xalq artisti Ağadadaş Ağayevin balta ilə xəstəxana mühafizəçisinə hücum etməsi xəbəri müzakirələrə səbəb odu. Ölkə gündəmini sözün əsl mənasında silkəyən bu hadisə ilə məşhur şəxslərin və şou-biznes nümayəndələrinin keçmişindəki kriminal hadisələri yenidən xatırlamalı olduq.

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHIBu dəfə BAKU.WS adı cinayət hadisəsində hallanan məşhurları oxuculara təqdim edir:

Məşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) adı gözlənilmədən kriminal aləmdəki tanınmışlar siyahısına düşdü. O 2022-ci il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirdi. Daha sonra R.Əmirov istintaqa cəlb edildi. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçildi. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirildi. Ekspertiza isə müəyyən etdi ki, Rəşad Dağlı İskəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Meyxanaçı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürüldü. Rəşad Dağlıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxundu və 9 il 6 ay azadlıqdan məhrum edildi.

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHIAzərbaycanı "Avroviziya-2008" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, illər əvvəl dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHITanınmmış müğənni Ziba Osmanova bu il mayın 8-də Suraxanı rayonunda törətdiyi yol qəzasında iki azyaşlını vurub. O qəzanı "Changan" markalı avtomobili ilə törədib. Müəyyən xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəkillər bildirib ki, əgər uşaqlardan birinin ağır bədən xəsarət aldığı sübut olunarsa, onda sürücü CM-nin 263.1-1 maddəsinə əsasən 3 ilədək həbs oluna bilər. Ancaq bu maddədə cərimə yoxdur, real cəza var. Ola bilsin ki, 2 uşaq xəsarət aldığına görə sürücü həm CM-nin 263.1 və 263.1-1 maddələri ilə ittiham edilsin. Burda bir məqam da var. Əgər piyada yüngül xəsarət alarsa və o sürücüdən şikayətçi olmasa, onda sürücü cəzadan azad ola bilər".

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHIBloger Səbinə Kətanovanın avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçdığı iddia edilib. Belə ki, bloger özünə aid "Toyota Prado" markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloger hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHIMüğənni Elçin Məmmədov paytaxtda kafelərdən birində oxuyarkən adam bıçaqlayıb. Hadisə Nərimanovda baş verib. Gecə saat 02.00 radələrində kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb. Müğənni onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını deyib. Qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb və onu bıçaqlayıb. "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim" - deyə, sənətçi qeyd edib. Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən 2 il sınaq müddəti tətbiq olunmaqla cəzası şərti hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHI


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3131   Tarix: 24 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021