Ölümcül xəstəlikdən xilas oldu

Ölümcül xəstəlikdən xilas olduHindistanda yeniyetmə dünyada beyin yeyən amöb ilə xəstələnən, lakin sağ qalmağı bacaran nadir insanlardan birinə çevrilib.

"Naegleria fowleri" adlı amöb burundan beyinə keçərək, birincili amöb meningoensefalit (PAM) adlı ölümcül infeksiyaya səbəb olur.

PAM-a yoluxmuş insanların 97 faizi ölür.

Əfnanın iyun ayında Hindistanın cənub-qərbindəki Kerala əyalətindəki göldə çimdikdən sonra bədəninə daxil olan su nəticəsində infeksiyaya yoluxduğu güman edilir.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) sözügedən xəstəliyə yoluxanlar ilə bağlı məlumat yayıb. Verilən məlumata görə, 1971-2023-cü illər arasında Avstraliya, ABŞ, Meksika və Pakistanda xəstəliyə yoluxan yalnız 8 nəfər sağ qalıb.

Bütün bu hallarda xəstəlik simptomlar görünəndən 9 saat və 5 gün sonra müəyyən edilir.

Diaqnoz və müalicənin vaxtı bu xəstəliklə mübarizədə mühüm rol oynayır.

Xəstəliyin bəzi əlamətləri bunlardır; baş ağrısı, qızdırma, ürəkbulanma, qusma, boyun sərtliyi, oriyentasiyanın pozulması, tarazlığın itirilməsi, qıcolmalar.

Əfnanın simptomları evinin yaxınlığındakı göldə çimməyə getdikdən 5 gün sonra ortaya çıxıb. Tutma və şiddətli başağrıları başlayan gənci ailəsi həkimə aparsa da, heç bir irəliləyiş olmayıb.

Xoşbəxtlikdən onun atası, 46 yaşlı südçü M.K.Siddiqinin sosial şəbəkədə oxuduğu bir yazı yadına düşüb və oğlu Əfnanın simptomları ilə beyin yeyən amöb arasında əlaqə yarada bilib.

Doktor Rauf Keralada işlədiyi xəstəxanada iki nəfərin bu xəstəlik nəticəsində ölməsindən sonra amöbün ictimai sağlamlıq problemi olduğunu hökumətə çatdırdıqlarını və daha sonra maarifləndirmə kampaniyasına başlanıldığını söyləyib.

Həkimlər Əfnanın onurğa-beyin mayesində amöb diaqnozu qoyub və uşağın onurğasına bəzi mikrob öldürücü dərmanlar yeridiblər.

Əfnana əyalət hökumətinin Almaniyadan ixrac etdiyi və amöb infeksiyalarının müalicəsində istifadə edilən Miltefozin dərmanı da verilib.

Doktor Rauf izah edib ki, "Hindistanda bu dərman nadir xəstəliklər üçün istifadə olunur və çox baha başa gəlir. Əfnan tutması nəticəsində ilk gün huşunu itirmişdi, lakin üç gün ərzində onun vəziyyətində yaxşılaşma müşahidə etdik. "

Bir həftə sonra təkrar edilən testlər amöbün artıq Əfnanın bədənində olmadığını göstərib.

Ancaq uşaqdan daha bir ay dərmanları qəbul etməsi istənilib.

Bu təcrübə də Əfnanda böyük təəssürat yaradıb.

Müalicəsindən sonra məktəbə qayıtmağı hədəfləyən Əfnan xəstəxanadakı təcrübəsindən ilhamlanaraq tibb bacısı təhsili almağa qərar verdiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 958   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr