"Azərbaycan gözəli" seçilən anam küçələrdə xəstəliyə tutuldu - Jerar Qafarov

"Azərbaycan gözəli" seçilən anam küçələrdə xəstəliyə tutuldu - Jerar Qafarov"Mən dilənçi deyiləm. Sadəcə çətin anımda kiçik yardıma ehtiyacım var idi. Sağ olsun insanlığı itirməyən vicdanlı qonşularım çətin anımda yanımda oldular".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerar Qafarov sosial media hesabında yazıb.

Hazırda işsizlikdən şikayətlənən Jerar bildirib ki, Zərgərli onunla maraqlanmır:

"Həyatımla bağlı bilib-bilmədən hər kəs fikir sahibidir. Hər kəs həyatımı görmək istədiyi kimi görür. Kimə görə əla yaşayıram, kimə görə avara. Mən də istədiyirdim ki, ali təhsil alım. Lakin yaşadığım çarəsizlik məni iş həyatına atdı. Namusumla hər işdə işləmişəm. Mən ən başda hər gün aldığım nəfəsə görə Allaha şükür edirəm. Sonra səhəri gün nəfəs alım deyə, mübarizə aparıram. Hər kəs düşünür ki, müğənni Roza Zərgərlinin oğludur, əla yaşayır və sairə. Öncəliklə nə mən, nə də qardaşım Corc Qafarov onun oğlu deyilik. Övladlığıyıq. Bizim anamız Leyla Qafarovadır. Onu da illər əvvəl xəstəlikdən itirdik. Bizi yaşadığı zaman uşaqlar evinə qoydu. Həyat onu elə hala saldı ki, "Azərbaycan gözəli" seçilən anam küçələrdə xəstəliyə tutuldu və rəhmətə getdi. Bizi də küçələrdə ölməyək deyə, uşaqlar evinə qoydu. Yoxsa, heç bir əsl ana övladlarından imtina etməz. Bizim anamız da etmədi. Roza Zərgərli bizə bir qədər yardım edib. Başımın üstündə Allah var, yalan danışa bilmərəm. Bəli, bizə kömək edib. Lakin əgər övladlığa kimisə götürürsənsə, maddi yox, mənəvi olaraq onlarla maraqlanmalısan. Harada qaldığımı, nə yeyib-nə içdiyimi bilmir. Ona haqq qazandırmazdan əvvəl həyatıma bir dəfə də olsa, mənim tərəfdən baxın. Hələ danışmadığım çox şey var. Bunu oxuyun kifayətdir. Əgər oxusanız... Hörmətlə Jerar Qafarov".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2676   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elgiz Əkbərə ağır itki

Aparıcı Elgiz Əkbərə ağır itki üz verib. Axşam.az agdash.tv-yə istinadən xəbər verir ki, aparıcının anası Xuraman xanım vəfat edib. Allah rəhmət eləsin!

1 iyul
.

Hadise və CeyLo bir arada

Türk müğənni Hadise ilə dünya şöhrətli müğənni Cennifer Lopez Paris Moda Həftəsi çərçivəsində keçirilən tədbirdə bir araya gəlib. OLAY yazır ki, ikilinin səmimi söhbətləri diqqət çəkərkən, onların iddialı geyim tərzləri moda dünyasında böyük maraq yaradıb

9 iyul
.

Alla Puqaçova iki ürək əməliyyatı keçirdi

Müğənni Alla Puqaçova iki ürək əməliyyatı keçirib. xəbər verir ki, 76 yaşlı sənətçi təxminən altı ay əvvəl Avropada yerləşən xəstəxanalardan birinə aparılıb. "Mash" nəşrinin məlumatına görə, əməliyyatlardan sonra müğənninin ağır iş rejiminə dözməkdə çətinlik çəkdiyi bildirilir. Onun nəfəs darlığ

29 iyun
.

Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü - FOTO

Sosial şəbəkələrdə 63 yaşlı rusiyalı müğənni, Xalq artisti Qriqori Lepsin yeni fotosu müzakirə olunur. xəbər verir ki, izləyicilər onun yaxın vaxtlarda plastik əməliyyat etdirdiyini düşünürlər. "Lepsə üzgərmə əməliyyatı ediblər? Şişlik keçəcək və əla olacaq", "Qriqori Viktoroviç yaxş

28 iyun
.

Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu

Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca

6 iyul
.

"Nilay" getsə, serial bitə bilər

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turqut layihədə "Nilay" obrazını canlandıran Feyza Civelekin serialdan ayrılması ehtimalı ilə bağlı açıqlamalar verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, prodüser Fatih Altaylının yutub kanalında yayımlana

28 iyun
.

"Bunları yeyəndən sonra oxumağa əziyyət çəkirəm"

"Nadir insanlar var ki, səsini qoruya bilər. İndiki zamanda gördüyümüz xanəndələr, ustadlar bəlkə də səsini qorumur. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam. Bütün qidaları qəbul edirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "Günə uğurla"

28 iyun
.

Serenay Sarıkaya tətil fotoları ilə gündəm oldu

Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya gərgin iş mövsümünün ardından istirahətə yollanıb. xarici mediaya istinadla xəbər verir ki, hazırda anası Ümran Seyhan ilə birlikdə tətil edən məşhur aktrisa sosial şəbəkədə paylaşdığı yeni fotolarla yenidən gündəmə gəlib. Boş vaxtını dəniz və günəşin dadın

2 iyul
.

Demet Akalın yeni iş təkliflərini dayandırdı: "Həqiqətən çox yorulmuşam"

Türkiyəli müğənni Demet Akalın səhhətini nəzərə alaraq karyerasında müvəqqəti fasilə vermək qərarına gəlib. xarici mediaya istinadla xəbər verir ki, sənətçi mövcud müqavilələrdən kənar yeni konsert və iş təkliflərini qəbul etməyəcəyini açıqlayıb. Yay mövsümü üçün nəzərdə tutulan sıx konsert qrafikini

8 iyul