"Analığım qardaşımı öldürtdürdü, nəvəsi ağacla boynundan vurmuşdu" - 85 yaşlı sənətkar İLLƏR SONRA danışdı

"Analığım qardaşımı öldürtdürdü, nəvəsi ağacla boynundan vurmuşdu" - 85 yaşlı sənətkar İLLƏR SONRA danışdı"1940-cı ildə anadan olmuşam. 1962-64-cü illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunda Seyid Şuşinskinin kursunu, 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişəm. Tələbə ikən "Lalə" qızlar ansamblının solisti kimi çıxış etmişəm. Atam həmişə gətirib-aparardı məni. Heç nəyim yox idi, qaloşumdan başqa.. Ceyran Haşımova bizə o qədər köməklik edib ki. Onun əziyyətlərini qətiyyən itirə bilmərəm. Həmişə də bizə nəzarət edib. Bizi özbaşına buraxmazdı.. 1964-1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olaraq səhnəyə çıxmışam. Opera və Balet teatrında müxtəlif tamaşalarda baş rolları ifa etmişəm. "Əsli və Kərəm" operasında Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu, Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası rollarım dillər əzbəridir. Bilirsiniz ki, teatrda yaşlı adamları saxlamırlar. Böyük sənətkarlarla tamaşada rollar oynamışam. Tamaşamı oynayan kimi tez evə qaçırdım. Mən özümü də, sənətimi də qoruyurdum. Heç vaxt şərait yaratmamışam ki, kimsə haqqımda pis fikirləşsin. Ailəmi, övladlarımı sənətdən üstün tutmuşam. Bununla belə sənətdə də ad-san qazanmışam. Dövlətimiz, cənab prezidentimiz məni mükafatlandırıb. Hazırda "Əməkdar artist" fəxri adını daşıyıram, "Prezident Təqaüdü" alıram. Dövlətimdən çox razıyam. İlham Mirzəyev sağ olsun, bütün bunları onun "Etiraf" verilişində deyəndən sonra mənə diqqət çoxaldı. Ərdoğanın qarşısında şeirlər demişəm, məni mükafatlandırıb, medala layiq görüb. 20 min tamaşanın qarşısında Türkiyədə və bir çox türk dövlətlərində çıxışlarım olub. Uzun illərdir evdə oturmuşam, bir sənət yoldaşım məni yada salmır. Bir zəng nə olan şeydir ki? Bəlkə də heç yaşamağımdan xəbərləri yoxdur".

Ətraflı
Bunu Moderator.az-a özəl açıqlamasında əməkdar artist Raziyə Şirinova deyib.

O daha sonra həyat yoldaşı, tanınmış tarzən Rafiq Məmmədovun bu günlərdə dünyasını dəyişdiyini söyləyib:

"Rafiq ağır yataq xəstəsi idi. Ona görə nə sənətimlə məşğul ola bildim, nə də son illərdə efirlərə çıxa bildim. Mənim kimi əziyyət çəkən olmayıb. Qızlarım da, oğlum Samir də bizimlə birgə əziyyət çəkdilər. Onu yataq xəstəsi ola-ola yaşatdıq. Yoldaşım böyük sənətkarlarla çiyin-çiyinə işləyib. Xalq artisti Əhməd Bakıxanovun konsertmeystri olub. Nə qohumları gəldi, nə də ki, çiyin-çiyinə çalışdığı sənətkarlar gəlib-getdilər. Gözü yolda qaldı. O bir dəfə mənə yüksək səslə qışqırmayıb. Çox yaxşı insan idi, xasiyyəti gözəl idi. Səhnə geyimlərimi belə özü ütüləyirdi. Deyirdi ki, sən sənətkarsan, görürdü ki, çatdırmıram, özü mənə kömək edirdi. Təranə Vəlizadə, Firuzə İbadova, Gövhər Rzayeva yasa gəlmişdi".

Sənətkar bildirib ki, 5 övlad olublar və yetimçiliklə böyüyüblər:

"Biz 5 övlad yetim qalmışıq. Mənim 14 yaşım var idi. Atam da mühəndis idi. Anamın ölümündən sonra atam Kimya adında bir qadın alıb gətirdi. O bizə "analıq" edirdi. Savadsız qadının biri idi. Kimyanın da bu izdivacdan bir oğlu dünyaya gəldi. Onu da Orenburqda öldürdülər. Meyitini gətirdilər, biz onu necə təmtəraqla yola saldıq bir Allah bilir. Qardaşım da savadlı bir insan idi. Onu analığımın sifarişi ilə nəvəsi öldürdü. Səbəbi də mülk idi. Çünki bizim Gədəbəydə torpaqlarımız var idi. Mən də, qızlarım da, həyat yoldaşım da Türkiyədə idik. Zəng edib dedilər ki, ay Raziyə, qardaşın ölüb. Sapasağlam idi, dedim ki, ola bilməz ki, öz əcəli ilə ölüb. Qardaşımın meyitini bizim istəyimizlə, tələbimizlə yardılar. Gördülər ki, boyun nahiyəsindən vurublar. Novruz bayramı ərəfəsi olub. Analığı üçün ət alıb gətirib. Bu onun yaxşılığı, o da bunların vicdansızlığı! Qardaşımın ürəyinə damıbmış ki, onu öldürəcəklər... Məhəlləyə düşüb, dostuna deyib ki, deyəsən məni öldürəcəklər. Elə də olub. Kimyanın nəvəsi qardaşımdan evin sənədlərini istəyib. Qardaşım sənədləri verməyəndə böyük ağacla boyun hissəsindən vurub onu öldürüb. Halbuki gəlib nənəsinə də deyib ki, Zakiri öldürəcək. Kimya da bunu bilib. O vaxt məhkəmə oldu, istəyirdilər ört-basdır etsinlər. Amma biz imkan vermədik. O qadın da, nəvəsi də it kimi öldülər. Qadın havalanıb küçələrə düşdü. Yaşatdığını yaşamadan heç kim bu dünyadan getmir".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1832   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

24 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr