"Anam məndən gizli fəxri ad üçün müraciət etmişdi, Aygün Kazımova ilə münasibətim heç vaxt olmayacaq" - ELARİZDƏN ŞOK AÇIQLAMALAR
"Mən hal-hazırda Nyu-York ştatının Bruklin şəhərində yaşayıram. Onu deyə bilərəm ki, Vətənim Azərbaycan üçün və Doğma Bakım üçün çox darıxıram. Öz Millətimi çox sevirəm. Ən adi insanları belə görmək istəyirəm".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Amerikada yaşayan və fəliyyət göstərən Elariz Məmmədoğlu deyib.
O daha sonra əlavə edib:
"Yerli şou- biznesi artıq izləmirəm, çünki bir-iki dəfə televiziyalarımıza baxdım və əsəbiləşdim. Efirdə səslənən bəzi mahnılardan xoşum gəlmir. Çünki, kommersiya mahnıları oxuyub toylara getmək lazımdır, amma sənətə xidmət edən əsərləri də oxumaq gərəkdir, sənət mahnıları hit olmasa belə. Sənət cılızlaşıb. Hər şey doğru təbliğatdan asılıdır. Professional bəstəkarların yazdığı harmonik və melodik mahnıları tv və radio dalğalarında təbliğ etsələr, hər şey düzələr. Məktəb və universtitet illəri, əsgərlik illəri, incəsənət insanları ilə keçirdiyim illəri xatırlayıram və o illər üçün darıxıram. İncəsənətdən hər adam danışa bilməz. İncəsənət adamı olmaq üçün ən azından Mədəniyyət və İncəsənət universtitetini bitirmək lazımdır".
Elariz Məmmədoğlundan xalq artisti Aygün Kazımova ilə hazırkı münasibətlərini də xəbər aldıq:
"Mənim onunla heç bir münasibətim yoxdur və yəqin ki, heç vaxt da olmayacaq. Amma İncəsənət aləminin 99%-i mənim dostumdur. Demək olar ki, hər kəslə münasibətim əladır. Kim nə edirsə, özünə edir. Hər kəsə söz atmaq və alçaltmaq mənim işim deyil, çünki bu illər ərzində yaltaq olmamışam. Mənə söz atan adamı isə yerində oturtmağı bacarmışam. Bu, videodan da bəllidir. Mən heç kimdən inciməmişəm, əslində məndən inciməlidirlər. Hər vaxt dostlarımı göylərə qaldırmışam ki, özüm də zirvədə olum. Haqlı olaraq mənə "Elit Toylar Müğənnisi’’ adı vermişdilər".
Elariz Məmmədoğlu bildirib ki, Azərbaycanda olduğu müddətdə saysız-hesabsız toylara dəvət alıb:
"Bu gün "Sənin yerin görünür’’ ifadəsini çox eşidirəm. Çox sağ olsunlar ki, məni hər vaxt yaddaşlarında qoruyub saxlayırlar. Mənim üslubum məni toylar sahəsində yüksəyə çatdırmışdı, hər ay 27-28 toya dəvət almaq hər müğənninin işi deyil. Deyəsən, burada özümü təriflədim (gülür). Amma deyim ki, bizim mənəvi müəllimimiz Arzu Rzayev Bakıda fəaliyyətdədir. Eyyub Yaqubovun mahnıları hər yerdə səslənir. Ceyhun Bakinski meydandadır. Gənclərdən Sabir Əhmədov xoşuma gəlir. İlqar Sail mənim mahnılarımı əla oxuyur. Yəni, Bakıda həyat davam edir".
Sənətçi bildirib ki, fəxri ad almağı ilə bağlı heç yerə müraciət etməyib:
"Fəxri adları mənə vaxtında vermək lazım idi, çünki, mən demək olar ki, bütün dövlət tədbirlərində iştirak etmişəm və mən fəxri adlara layiq idim. Amma gəlin indi baxaq, bu gün fəxri ad alanlar görün kimlərdir?! Yəqin ki, mənə hörmət edib, məni o sırada görmək istəməzsiz. Mən fəxri ad üçün müraciət etməmişəm, etmərəm də. Bu mənim xasiyyətimə uyğun deyil. Amma mənim rəhmətlik anam, məndən xəbərsiz məktub yazmışdı. Sonra mənə dedilər. Əlaqədar təşkilatlar özləri mənə müraciət etməli idilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrŞəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24 oktyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabrABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabr