Dollar dəyişmək istəyən vətəndaşlara mühüm xəbər

Dollar dəyişmək istəyən vətəndaşlara mühüm xəbərNatiq Cəfərli: "Marjanın ləğvindən istifadə edərək ciddi məzənnə fərqi yaradacaqlar"

Ötən gün Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının rəhbərlərilə görüş keçirdi və 4 faizli marjanı ləğv etmək haqqında qərar veriblər. Qeyd edək ki, manatın kəskin devalvasiyasından sonra AMB valyuta bazarını nəzarətdə saxlamaq üçün banklara 4 faizli marja tətbiq etdi. Ondan öncə isə banklar valyuta mübadiləsini 2 faizli marja ilə aparırdılar. AMBni üzən məzənnəyə keçiddən sonra belə bir qərar verməsi o zaman iqtisadçılar tərəfindən tənqid olundu. İqtisadçılar bildirirdilər ki, dünyanın heç bir ölkəsində üzən məzənnəyə marja tətbiq edilmir.

AMB nəhayət ki, marjanın ləğv olunmasıyla bağlı qərar verdi və artıq bütün kommersiya banklarına bunun bağlı rəsmi qərar göndərilib. Ancaq marjanın bir anda ləğv olunması da valyuta bazarına müəyyən təsirlər göstərəcək.

Qeyd edək ki, bankların son dövrlərdə dollar satışı həyata keçirməməsi "qara bazar"ın inkişaf etməsinə şərait yaratmışdı. Hökumət isə bunun qarşısını almaq üçün "qara bazar" əməliyyatları apardı və nəticədə valyuta bazarında daha ciddi ajiotaj yarandı. Bu vəziyyətdən çıxmağın yeganə yolu isə bankların dollar satışını bərpa etməsi idi. Məhz bu səbəbdən də AMB marjanı ləğv etdi və nəticədə də bankların "qara bazar"a dollar ötürməsinə ehtiyac qalmadı. Artıq banklar özləri istədikləri qiymətlərə dollar alıb sata biləcəklər. Bu da bir növ "qara bazar"ın leqallaşdırılması anlamına gəlir.

AMB isə Dövlət Neft Fondunun verdiyi 4.2 milyard dollar hesabına hərraclarda daha aktiv iştirak etməklə bazarı tənzimləməyə çalışacaq. Ancaq ekspertlərin fikrincə, AMB-nin bu planı da gözləntiləri verməyəcək. Çünki AMB-nin valyuta hərraclarına dollar çıxarmaqla yanaşı digər öhdəlikləri var. Bunun üçün isə kifayət qədər maliyyə resursları tələb olunur. AMB-nın 2017-ci il üçün təsdiq olunmuş büdcəsi isə bəllidir. Bu büdcəylə AMB-ni hərraclarda o qədər də aktiv iştirak edə bilməyəcək. Valyuta bazarlarında olan qiymətlərə ciddi təsir etmək imkanı yoxdur. İqtisadçılar bildirirlər ki, AMB dollar ajiotajının qarşısını almaq üçün banklara ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Ancaq bu yolla bankların monupulasya imkanlarını məhdudlaşdırmaq olar. Əks halda, marjanın ləğvindən sonra banklar bundan sui-istifadə edəcək və dolların alqı-satqısı arasında ciddi məzənnə fərqi yaranacaq. Bu isə vətəndaşlar arasında ciddi narazılıqlara səbəb olacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət" qəzetinə şərhində deyir ki, marjanın ləğvi ilk növbədə "qara bazar"a ciddi zərbə vuracaq.

Onun sözlərinə görə, banklar artıq dolları "qara bazar" vasitəsilə deyil, öz filiallarında satacaqlar: "Əvvəla, onu demək lazımdır ki, bu marja artıq formal xarakter daşıyırdı və heç bir əhəmiyyət kəsb etmirdi, "qara bazar"ın yaranmasının da əsas səbəblərindən biri idi. Bunun ləğvi normaldır. Əhəmiyyətsiz və mənasız bir qaydanı saxlamaq düzgün deyil. Ona görə də bu addımın atılması doğru addımdır. Bu "qara bazar"ın ləğv olunmasına səbəb olacaq. Banklar artıq "qara bazar" vasitəsilə deyil, öz filialları vasitəsilə dollar satmaqda sərbəst olacaqlar. Bu əslində "qara bazar"da olan məzənnənin leqallaşması deməkdir. "Qara bazar"da məzənnə 1.90-1.92 ətrafında idi və banklar da elə bu civarda satış aparacaqlar. Amma əldə olunan dolların həcmi kifayət etməsə, tələbatı ödəməsə bu zaman yenidən dollar ajiotajı yarana bilər. Banklar çalışacaqlar ki, əllərində olan valyutanı özlərinin təyin etdiyi və onlara sərf edən məzənnə ilə satsınlar". Ekspert əlavə edib ki, banklar digər tərəfdən də vətəndaşdan dollar alarkən kursu aşağı salmağa çalışacaqlar: "Necə ki, 2 gündür bu prosesi görürük. Burada Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var.

Yuxarı marjanı ləğv edirdilərsə, heç olmasa aşağı marjanı saxlamaq lazım idi. Vətəndaşların ziyana düşməməsi üçün Mərkəzi Bank rəsmi məzənnədən aşağı dollar qəbuluna imkan verməməlidir. Həm aşağı, həm də yuxarı marjanın ləğv olunması yaxşı hall deyil. Banklar bundan istifadə edib çalışacaqlar ki, dolları vətəndaşlardan daha ucuz alıb baha satsınlar. Alış və satış arasında böyük fərq yaranacaq. Təxminən 15-20 qəpik arasında fərq olacaq ki, bu da yaxşı hall deyil".

Mənbə: cəbhə info


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 5675   Tarix: 14 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

14 dekabr
.

Gürcüstanın Azərbaycandan pendir və kəsmik alışına çəkdiyi xərci 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 343,2 min ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,7 dəfə çoxdur

6 dekabr
.

Azərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək

Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək. AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neç

30 noyabr
.

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 29 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 150,712 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur. "Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Azərbaycana tədarü

22 noyabr
.

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub. O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetind

4 dekabr
.

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey

6 dekabr
.

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

13 dekabr
.

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Noyabrda Türkiyə Azərbaycana 550,3 min AB

6 dekabr
.

Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu

Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəməd

26 noyabr