Roza Zərgərli: "Mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm"

Roza Zərgərli: "Mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm""Əvvəllər İlhamə xanımla münasibətim çox da yaxşı olmayıb. Çünki zamanında o mənə bir çox televiziyalarda qadağa qoydurmuşdu. Dünyasını dəyişməzdən 5 il öncə Space TV-də yeni il çəkilişində görüşdük. Mən də gənclərin arasında idim. İlhamə xanım baxıb dedi ki, bilirsən də səni çox istəyirəm?! Mən də gənc, başı alovlu idim. İstehza ilə dedim ki, "hə, çox yaxşı görürəm". Dedi ki, yox, sən çox yaxşı qızsan, sən atəşsən. Hətta "Atəş" mahnısını çəkilişdə mənimlə birgə oynayıb, oxudu. Bu görüşdən sonra münasibətimiz çox yaxşı oldu. Bir çox dövlət tədbirlərində, seçki kampaniyalarında iştirak edirdik. Bu gün həqiqətən İlhamə xanımın yeri çox görünür. Həqiqətən şir bürcü idi. Çox gözəl, kübar xanım idi. O özü üçün, həyatı üçün, ətrafı üçün yaşadı. O istədiyi kimi hərəkət edirdi. Mən güclü qadınları sevirəm. Onlara vaxtında kənardan baxıb örnək götürmüşəm. Hər şeyin sahibi dəyişir. Bir gözəl pritça var. 120 il bundan sonra biz aldığımız evlərdə yaşamayacağıq. 120 ildən sonra gərək sən nə qədər böyük dahi insan olasan ki, səni hansısa dərslikdə kimsə xatirinə salsın. 120 il sonra çox şey olmayacaq. Ona görə hökmranlıq edirsən ki, bu aləmdə səndən çəkinsinlər. O kişinin qızı da zamanında hökmranlıq edib".

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O, daha sonra əlavə edib:

"Vaxtilə İlhamə xanımın əlini öpənlər indi rəfiqə olublar. Axı indi ölüb! Bir yaxını da yoxdur ki, basıb gözlərini çıxarsın. Hər yerindən qalxan "İlhamə" deyir. Onların "duxu" olsaydı onun sağlığında deyərdilər ki, Roza Zərgərli özünü İlhamə Quliyevaya oxşadır. İlhamə xanım onların payını özü verərdi. Gör dünyanın harasıdır ki, İlhamə xanımın qəbri üstündə mahnı oxuyur, klounluq edirlər. Onun sağlığında mahnısını kimsə oxuya bilərdi? Əlbəttə ki, yox! Dünyanı dağıdardı. Şou-biznes aləmi indi çox acınacaqlı vəziyyətdədir. Onun üçün mən kənara çəkilib, işlərimi görürəm, tamaşaçılarla ünsiyyətdə oluram. Nə bu camiyənin insanları ilə dostluq et, nə də yaxınlıq et. Bir-iki nəfər barmaqla sayılası dostlarım var, qalanı boş şeydir. Salam və sağ ol. Çünki durduğun yerdə problemə düşürsən", - deyə müğənni bildirib.

O daha sonra "Deyirlər ki, şou-biznesdə İlhamə Quliyevanın yerini Roza Zərgərli tutub. Bu həqiqətdirmi?, - sualına müğənni belə cavab verib:

"Bəziləri İlhamə xanımdan sağlığında o qədər qorxurdular ki, o olmayanda da xoxan axtarırdılar. Birincisi, mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm. Bu o səbəbdəndir ki, o, İlhamə xanım Quliyeva idi, mən isə Roza xanım Zərgərliyəm. İlhamə xanım istədiyi zaman kiminsə başını ağrıda bilərdi, mən isə Allah adamıyam. Əl altından iş görmürəm. O demək deyil ki, İlhamə xanım əl altından iş görüb. Mən açıq savaşıram. Xoşuma gəlməyən insana açıq şəkildə bunu deyirəm. Biz tamam fərqli-fərqli qadınlarıq. Bəli, zahirən, xasiyyətcə oxşadırlar. Sözü üzə deyən insanlarıq. Amma bu o demək deyil ki, mən kiminsə yerində ola bilərəm. Zamanında mənim də yerimdə heç kim gəlib otura bilməz. Hərənin fərqli yeri var. O, bizim sənətkarımız olub. Bəlkə də şou-biznesdə cavanlar içərisində ən çox incitdiyi mən olmuşam. Amma münasibət düzələndən sonra hər zaman onu sayıb-seçmişəm. Hətta "Bakı vaxtı ilə" verilişinə 2014-cü ildə təqdimat edəndə İlhamə Quliyeva özü şəxsən gəlib xeyir-dua verdi. Onda bildim ki, bu qadının ürəyi mənimlə düzəlib. Bəlkə də kimlərsə aramıza girmişdi, sonradan başa düşmüşdü".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1027   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14 avqust
.

Entoni Hopkins 88 yaşında arzusunu gerçəkləşdirdi

Britaniyalı aktyor Entoni Hopkins ilk tamformatlı musiqi albomunu buraxıb. "Decca Classics" saytına istinadən xəbər verir. "Quzuların sükutu" filmində Hannibal Lekter rolu ilə məşhurlaşan sənətçi bu albomu 88 yaşında təqdim edib. "Life Is a Dream" adlanan albom Hopkinsi

22 avqust
.

Xalq artistinin 1 yaşlı nəvəsi - Foto

Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır

2 sentyabr
.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14 avqust
.

Kamil Zeynallı: "Elədiyim hərəkəti də bilməmişdim, çox peşman oluram..."

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı keçmişi ilə bağlı etirafı ilə diqqət çəkib. İdmançı vaxtilə törətdiyi əməldən peşman olduğunu və həbsdə olduğu dövrün həyatında dönüş nöqtəsinə çevrildiyini bildirib. Kamil Zeynallı bıçaqlanma hadisəsi ilə bağlı həbs olunduğunu xatırladıb:. "Başıma çox işlə

22 avqust
.

Kanye Rusiyada konsert verəcək

Reper Kanye Uest bu payız Rusiyada konsert verəcək. OLAY yazır ki, amerikalı reperin konsertlərinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilməsi planlaşdırılır. Bu barədə xarici ifaçıların konsertlərinin təşkili ilə məşğul olan "Say Edjensi" şirkəti məluma

18 avqust
.

"Karib dənizinin quldurları"nda baç rol olacaq

36 yaşlı aktrisa Marqo Robbi "Karib dənizinin quldurları 6" filmində baş rolu canlandıracaq. OLAY yazır ki, altıncı hissədə əsas diqqət aktrisanın canlandırdığı personaja yönələcək, kapitan Cek Sərçə isə ikinci dərəcəli personaja çevrilə bilər. Hazırda filmin süjetinin nədən bəhs edəcəyi məlu

18 avqust
.

7 ildən sonra yenidən içməyə başladı

Məşhur aktyor Bred Pitt 7 il alkoqoldan uzaq qaldıqdan sonra yenidən içki içməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. Bildirilib ki, 62 yaşlı aktyor bu qərarı uzun müddət düşündükdən sonra verib. Məlumata görə, aktyor içkini yalnız ölçülü şəkild

12 avqust
.

Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı

Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb. xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. "İnsanlara böyük hörmətlə yanaşdığı

30 avqust