"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO
"Emildən sonra toparlanmışam, ayaqda durmağa çalışıram. İşlərimlə məşğulam. Amma Emilin adı, havası gələndə çox pis oluram. Hər dəfə istər gecə, istərsə də gündüz vaxtı evə Emillə gəlirdim. İndi onsuz evə keçəndə özümü pis hiss edirəm. Amma həyat davam edir. Hərəmiz kimin üçünsə yaşayırıq. Ona görə də yerdə qalan həyatımı anama, qızıma və sənətimə həsr etmişəm" Bunu Moderator.az-a mərhum sənətçi Emil Rəhmanovun həyat yoldaşı müğənni Sabrina deyib. O daha sonra ünvanına yazılan tənqidlərə cavab verib.
"Biz Emillə ailə həyatı quranda o həbsxanadan yeni çıxmışdı. Sənət fəaliyyəti də oz zirvədə deyildi. Düzdür, o sənətkar doğulmuşdu, amma o qədər də gündəmdə deyildi. Mən Emillə evli olandan sonra 3 il əlimə mikrofon götürməmişəm. Çünki o istəməyib. Daha sonra duetlər yazdırmışıq, onunla səhnə bölüşmüşük. Yalnız ailə məclislərinə, özü ilə bərabər televiziya verilişlərinə getmişik. Özünüz də yəqin fikir vermisiniz ki, mən onsuz heç bir televiziya proqramına qatılmamışam. Heç bir müsahibə vermirdim. Heç bir məclisə tək getməmişdim. Emillə bərabər olduğum müddətdə heç bir sosial həyatım olmayıb. Bunu ən azından jurnalistlər yaxşı bilir. O ki, qaldı ağzıgöyçəklərə, hansılar ki, deyir mən Emilin sənətinə görə onunla ailə həyatı qurmuşam... İnsan öləndən sonra o qədər hadisələr baş verir, o qədər lazımsız sözlər danışırlar ki.. Mən öz sənətiminin elə bir yerindəyəm ki, tək fəaliyyət göstərirəm. Yeni mahnılar yazdırıb, kliplər çəkdirirəm, televiziya proqramlarına qatılıram. Çox adam çox şey danışacaq. Amma bunların mənə heç bir təsiri yoxdur. Zatən biz bir-birimizə halallıq vermişik. Mənim borcum olub o mənim yanımda olub, onun borcu olub yanında məni görüb. Kim ailəsinə etmir ki? Hansı normal qadın öz ailəsinə baxmır? Və yaxud hansı normal kişi öz ailəsinə can yandırmır? Bizdə hər şey qarşılıqlı olub. Emil rəhmətə gedəndə üç mərasimi günü gəlib mənə sual verdilər ki, siz onun üçün çox əziyyət çəkmisiz. Bu sözlər mənə pis təsir edir. Necə yani? Hər bir qadın ailəsi üçün fədakarlıq edir. Mən də onlardan biri" deyə müğənni bildirib.
Sabrina "Deyirlər Emilin ailəsi ilə münasibətiniz yoxdur?" sualına belə cavab verib.
"Vallah rəhmətliyin dünən anası bizdə olub. Ondan da bir 10 gün əvvəl Rəhman dayı və yoldaşı bizdə idi. Mənim əlaqəm çox yaxşıdır, gözəldir. Niyə görə əlaqəm pis olmalıdır ki? Qətiyyən elə bir şeylər yoxdur" deyə müğənni bildirib.
Sabrina Emilin yas məclisinə gəlməyənlərdən də danışıb.
"Emil xəstə yatağında yatmayıb. Axşamüstü onu xəstəxanaya aparmışıq, səhər də rəhmətə gedib. O ki, qaldı hüzürə gəlməyənlərə.. Hamının yeri onsuz da oradır. Nə qədər xeyirdən-şərdən qalan insanlar var ki, onlara da bu qismət olacaq. Ona görə də bunlara fikir vermirəm. Allah Emilin ruhunu şad etsin, məkanı cənnət olsun. Onlar gəlsə nə olacaqdı? Guya onlar gəlməsəydi mən hüzürümü yola verməyəcəkdim? Emil bizim ailədən getdi. Zərbə bizə dəydi" deyə sənətçi bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ