"Anamın 40-ı çıxmamışdı insanları güldürməyə çalışırdım"
"Bu şəhərdə" yumoristik - estrada teatrının Heydər Əliyev Sarayında keçirilən "Kəm Ər" adlı konsertində kövrək anlar yaşanıb.
Moderator.az olay-a istinadən bildirir ki, sözügedən teatrın üzvləri Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov onları valideyinlərinin dünyasını dəyişməsinin "40 günü" çıxmamış verilişlərə və səhnəyə çıxmalarına görə qınayanlara ironiyalı cavab veriblər.
Rafael "Deyirəm yadına düşür o zaman, atam rəhmətə gedəndə verilişlərin birinə çıxdım. Başladılar haqqımda ağızlarına gələni danışmağa. Dedilər ki, buna bir bax, atasının dünyasını dəyişməsindən heç "40 gün" keçməyib amma verilişə çıxıb. Nə etməli idim? Uşaqlarıma deməli idim ki, gedin 40 gün acından ölün atanız babanız üçün yas saxlayır" sözlərini dilə gətirib.
Coşqun isə Rafaelin bu fikirlərinə "Məndə isə anamın ölümündən "40 gün"ü heç keçməyib amma səhnədə insanları güldürməyə çalışıram (kövrəlir) qarşılıq verib.
Bundan sonra İsgəndərov "Bəzi nadanlar başa düşmürlər ki, bu bizim işimizdir, bununla çörək qazanırıq, ailə saxlayırıq. Sən təsəvvür et ki, çörək bişirən "40 gün" çörək bişirmir və s.." ifadələri ilə məsələyə münasibətini bildirib.
İkilinin bu çıxışı isə onları seyr etməyə gələn tamaşaçıları göz yaşlarına boğub.
Qeyd edək ki, R.İsgəndərovun atası Çərkəz İsgəndərov 2 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib. C. Rəhimovun isə anası Ağanaz Rəhimova bu ilin fevralında xərçəng xəstəliyindən vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabrBunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabr