Hərbçi əri ilə boşanmamış Musa ilə evləndi, barəsində cinayət işi açıldı - Təranə Qumral kimdir?
Təranə Xeyrulla qızı Qumral (İbrahimova) 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda anadan olub. Ailədə üç bacı, iki qardaş olublar. Təranənin 5 yaşı olanda, anası ağır xəstəlikdən dünyasını dəyişib. Dəmir yolu idarəsində işləyən atası isə ikinci dəfə ailə qurmayıb.
Bizimshow.az xəbər verir ki, Anasızlığın əziyyətini çox çəkən Təranə müsahibələrinin birində o günləri xatırlayarkən deyir:
"Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki. Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı".
Birinci Qarabağ müharibəsinin ən şiddətli vaxtlarında Təranənin qardaşı Firdovsi Məmmədov müharibəyə yollanır. Bir müddət sonra isə qardaşının cəbhədə şəhid olma xəbəri Təranəgilin ailəsini yasa qərq edir.29 oktyabr 1993-cü ildə Təranənin doğulub böyüdüyü Zəngilan rayonu düşmən tərəfindən işğal olunur. 27 yaşlı Təranə ailəsi ilə birgə qaçqınçılıq taleyi yaşayır.
Təranə Qumral çox erkən yaşda ixtisasca hərbçi olan bir bəylə ailə qurub. Bu evlilikdən onun Qumral və Fidan adlı iki qız övladı olur. Ancaq iş elə gətirir ki, Təranə Almaniyada yaşayan ərindən ayrılmamış, tanınmış müğənni Musa Musayevlə ailə həyatı qurur. Bu nikahdan isə onların Sevgim adlı qızları dünyaya gəlir. Musa Musayev xalası qızı ilə evli olub. Təranə ilə evlənəndən sonra ondan ayrıldığı üçün Musanın anası və qardaşları heç vaxt Musa və Təranə ilə danışmayıblar.
Təranə və Musanın xeyli duetləri var: "Sənsiz", "Yarım", "Sevənlər inciməsin", "Sevgimizə göz dəyər", "Dilərsənmi", "Dağlara gedək", "Qoy, dünya bilsin" və sair.
Təranə Musanın spirtli içkiləri tərgitməsi üçün çox fədakarlıqlar edib. Söyüşcül və qısqanc olan Musa Musayev hətta bir neçə dəfə Təranə xanımı döyüb.
2013-cü ildə Təranə və Musa cütlüyü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir. Belə ki, Musa evində başqa bir kişinin olduğunu iddia edir. Təranə isə deyilənləri inkar edərək Musadan boşandığını açıqlayır...
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabrMələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr